Qiymetlendirme sistemi doc



Yüklə 116,5 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#38670
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
qiymetlendirme-konsepsiyasi

vəhdət təşkil edir; 

nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. Müvafiq indikatorlar 

vasitəsilə təhsil imkanları haqqında aşağıdakı məlumatlar toplanır: sinifdaxili indikatorlar 

vasitəsilə - müəllimin peşəkarlıq səviyyəsi, təlimin məzmunu, irəliləyişlərin, 

qiymətləndirmələrin koordinasiya səviyyəsi, təlim üçün ayrılmış vaxt, şagirdin tələblərini 

ödəyən resurslar və tədris vasitələrinin keyfiyyəti;  

bilavasitə təhsil sistemi ilə bağlı indikatorlar vasitəsilə - dövlət standartları, tədris 

proqramları, adambaşına düşən təhsil xərcləri;  

digər indikatorlar vasitəsilə - məişət problemləri ilə bağlı məsələlər;  

toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin edilməsi 

(validlik və relevantlıq). Məlumatların keyfiyyəti qəbul edilmiş qərar və fəaliyyətlərin 

münasibliyinə təminat verir. Qiymətləndirmə məqsədləri real seçilir və ölçülə bilən 

xüsusiyyətlər qiymətləndirilir. Şagirdin nailiyyətləri ona yaradılmış imkan daxilində 

müəyyən sahədə yerinə yetirdiyi konkret tapşırığın səviyyəsinə görə qiymətləndirilir.  

Qiymətləndirmə məqsədləri və nəzərdə tutulmuş müvafiq məlumatlar müxtəlif vaxtlarda 

istifadə edildikdə belə, eyni qərar verməyə imkan yaradır və kifayət qədər dayanıqlıdır;  


qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. Məlumatların 

toplanılması prosesi, müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları və hətta onun 

özünün peşəkarlıq səviyyəsi şəffafdır və qiymətləndirmə tapşırıqlarında şablonların, 

fərziyyələrin, şagirdlərin diqqətini yayındıran digər məsələlərin istifadəsinə yol verilmir. 


Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin