Qiymetlendirme sistemi doc



Yüklə 116,5 Kb.
Pdf görüntüsü
səhifə55/55
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#38670
1   ...   47   48   49   50   51   52   53   54   55
qiymetlendirme-konsepsiyasi

ilkin şərtdir.  

Konsepsiya sənədinin və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf Proqramının 

həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi gözlənilir: 


təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat aparılması üçün 

uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni mexanizmlər yaradılacaq, 

onların fəaliyyətləri vahid mövqedən koordinasiya olunacaq; 

təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi metodologiyası, 

qiymətləndirmə standartları və vasitələrinin yaradılması, tətbiq edilməsi üçün müvafiq 

təlimatlar hazırlanacaq və bu fəaliyyət kurrikulum islahatı ilə əlaqələndiriləcək; 

şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil sistemində 

yeni monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə 

mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq; 

milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ tələbləri, attestasiya 

prosedurlarını nəzərdə tutan təlimatlar hazırlanacaq; 

milli qiymətləndirmədə şagirdlər tərəfindən nail olunmuş təlim nəticələrinin 

dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;  

təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurrikulumun 

hazırlanması üçün əsas təlim nəticələri təyin olunacaq, kompetensiyalara əsaslanan 

yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparılacaq; 

milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi aparılacaq, 

nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq hesabatvermə prosedurları əsasında 

nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq; 

qiymətləndirməni həyata keçirmək məqsədi ilə müəllimlərin ixtisasartırma və 

maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;  

beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları, təlimatlar 

əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və digər proqramlar 

həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq 

qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin ediləcəkdir. 

 

Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin