Günəşin Təsiri: AKA elm adamlarından Paal Brekke; iqlim alimləri uzun müddətdir ki, Günəş xallarının 11 illik dövr hərəkətini və Günəşin əsrlik müddətlər içində parlaqlıq dəyişməsinin araşdırdıqlarını ifadə etmişdir. Bunun nəticəsində Günəşin maqnetik sahəsi və protonlar ilə elektronlar formasında ortaya çıxan günəş küləyi, Günəş sistemində kosmik şüalanmalara qarşı bir qalxan vəzifəsində olduğu açıqlanmışdır. Günəşin dəyişən fəaliyyətiylə zəifləyə bilən bu qalxan, kosmik şüaları keçirir. Kosmik şüalanmaların çox olması buludlanmağı artırır, Günəşdən gələn radiasiya nisbətini dəyişdirərək qlobal istilik artımına səbəb olur.
Günəşdən gələn ultrabənövşəyi şüa eyni zamanda kimyəvi reaksiyaların meydana gəldiyi (və dolayısilə atmosferin hamısına təsir edən) ozon təbəqəsi üzərində dəyişikliyə səbəb olacaq.
Dünyanın Presizyon Hərəkəti: 1930-cu ildə Serb elm adamı Milutin MİLANKOVİÇ dünyanın günəş ətrafındakı orbitinin hər 95 min ildə bir az daha da sıxıldığını göstərmişdir. Bundan başqa hər 41 min ildə dünya oxunda xətti bir sürüşmə və hər 23 min ildə dairəvi deviasiya tapıldığını ifadə etmişdir. Günümüz elm adamlarının bir çoxu Dünyanın bu hərəkətlərindən ötəri zaman soyuq dövrlər yaşadığını və bu soyuq dövrlər içində 100 min illik zamanda on min il müddətlə isti dövrlər keçirdiyini bildirməkdədir. Bu da Dünyanın təbii istiləşməsinin bir səbəbini meydana gətirmişdir.
Süni səbəblər
Qalıq Yanacaqlar: Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının cox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾'ünün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.