Qlobal istiləşmə


İstixana Qazlarının Meydana gəlməsi



Yüklə 44,11 Kb.
səhifə4/5
tarix24.10.2022
ölçüsü44,11 Kb.
#66135
1   2   3   4   5
torpaq sərbəst is 20.10.2022

İstixana Qazlarının Meydana gəlməsi: Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qisimi litosferden, bir qisimi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutularaq dünyanı istitməkdə olan səth və troposfer normadan isti olur. Bu hadisə, günəş şüalarıyla istilənən amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır; bu səbəblə də bunu təbii istixana təsiri olaraq adlandırılar

Istixana Təsirinin Əhəmiyyəti: İstixana təsiri təbii olaraq meydana gələn və iqlim üzərində əhəmiyyətli rol oynayandır. Sənaye inqilabı ilə birlikdə, xüsusilə 2-ci dünya döyüşündən sonra, insan fəaliyyəti istixana qazlarının miqdarını hər keçən il artıraraq yüksək nisbətlərə çatdırmışdır.
Bu təsirin yoxluğunda dünyanın ortalama istiliyinin -18ºC olacağı ifadə edilir. Ancaq həyati təsiri olan istixana qazlarının miqdarının normalın üzərinə çıxması və bu artımın sürməsi də dünyanın iqlim tarazlıqlarının pozulmasına səbəb olmasıdır.
Bu təbii təsiri artıran karbondioksid, metan, su buxarı, azotoksit və kloroflorokarbonlar istixana qazları olaraq adlandırmışdırlar. Ozon təbəqəsinin incəlməsi də başqa bir faktordur.

İstixana Qazları : Karbondioksid (CO2): Dünyanın istiləşməsində əhəmiyyətli bir rolu olan CO2, Günəş şüalarının yer üzünə çatması əsnasında bu şüalara qarşı keçiricidir. Beləcə yer üzünə çarpıb əks olunduqlarında onları sorur.
18 və 19-cu əsrlərdə CO2-in atmosferdəki cəmi 280-290 ppm arasında ikən, qalıq yanacaqların istifadə edilməsi nəticəsində indiki vaxtda təxminən 350 ppmə qədər çıxmışdır. Edilən ölçülmələrə görə atmosferdəki CO2 miqdarı 1958-dən etibarən 9% artmış və günümüzdəki artım miqdarı illik 1 ppm olaraq hesablanmışdır.
Dünyada enerji istifadəsi davamlı artdığından, istifadə olunan texnologiya qısa dövrdə dəyişsə belə, karbondioksid artımının dayandırılması mümkün deyil..
İstixana Qazları: Metan (CH4): Nisbəti minlərlə ildən bəri dəyişməmiş olan metan qazı, son bir neçə əsrdə iki qata çıxmış və 1950-dən bəri də hər il 1% artmışdır. Edilən son ölçülmələrdə isə metan səviyyəsinin 1,7 ppmə çatdığı görülmüşdür. Bu dəyişiklik CO2 səviyyəsindəki artıma görə az olsa da, metanin CO2-dən 21 qat daha qalıcı olması səbəbiylə ən az CO2 qədər dünyamıza təsir etməkdədir.
Amerika və bir çox qərb ölkəsində zibilliklərin böyük yer örtməsi problem yaradır. Orqanik zibillərdən bir çoxu ayrışarak böyük miqdarda metan ifraz edir, bu qaz da xüsusilə yaxşı ventilyasiyası olmayan və idarə altında tutulmayan köhnə zibilliklərdə partlamalara və içdən yanmalara səbəb olur. Daha da əhəmiyyətlisi atmosferə atılan metan nisbəti artmaqda və bunun nəticəsi olaraq da istixana təsiri təhlükəli ölçülərə çatmaqdadır.


Yüklə 44,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin