Kommutasiya üsulları
İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:
1. kanalların kommutasiyası;
2. məlumatların kommutasiyası;
3. paketlərin kommutasiyası.
Kanalların kommutasiyası
Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini birbirinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir . Kanalların kommutasiyası zamanı ardıcıl birləşmə və verilənlərin ötürülməsi prosesi şəkil 2b-dəki zaman diaqramında göstərilib.
Burada şəkil 2də göstərilən ai abonenti ilə aj abonenti arasında əlaqənin yaradılması tələb olunur. A qovşağı aj abonentinin ünvanına uyğun olaraq ai abonentini B qovşağı ilə birləşdirir. Sonra birləşmənin qoşulması əməliyyatı B, C və D qovşaqları ilə təkrarlanır. Nəticədə ai və aj abonentləri arasında birbaşa əlaqə kanalı yaranmış olur. Kommutasiyanın sonunda D qovşağı (və ya aj abonenti) əks əlaqə siqnalı göndərir, bu siqnal qəbul edildikdən sonra ai abonenti verilənləri aj abonentinə ötürməyə başlayır. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır. Şəkildəki U1 qiyməti məlumatın aj abonentinə çatdırılma müddətini təyin edir.
Dostları ilə paylaş: |