Veb texnologiyaları
Veb texnologiyalar müasir dünyada insanların fəaliyyətində mühüm rol oynayan vasitəyə çevrilmişdir. Artıq biz həyatımızı internetsiz təsəvvür edə bilmirik. İnternetlayihələr insanların müxtəlif sahələrdə: tədrisdə, biznesdə, maketiqdə və s. vacib platforma olmuşdur. Qısa müddət ərzində veb-texnologiyalar böyük sürətlə inkişaf edərək, qlobal informasiya fəzasının bütün istiqamətlərini əhatə edən Ümumdünya Hörümçək Toru (World Wide Web, WWW) yaratmışdır.
Virtual mühitdə toplanan informasiyanın tez-tez dəyişdirilməsi, tipinə, formatına, strukturuna və s. parametrlərə görə müxtəlif verilənlərdən təşkil olunması veb texnologiyaların üzərinə əlavə vəzifələr qoyur. Məsələn, minlərlə veb-səhifəyə malik hər hansı bir internet-layihədə səhifələrin, səhifədəki sözlərin, hiperistinadların, mediafaylların sayı tez-tez dəyişir. Belə bir şəraitdə müasir veb texnologiyaların tədqiqatlarda təhlükəsizlik, zaman faktoru, tranzaksiya sürəti, verilənlərin tipi mühüm rol oynayır. Məqalədə verilən araşdırmalar istifadəçinin tələbinə uyğun veb-resurs yaratmaq üçün hansı veb texnologiyadan istifadə edilməsi sualına cavab verməyə yardım edə bilər.
Hazırda bir çox veb texnologiyalar var ki, onların üzərinə düşən əsas vəzifələr kontentin təhlükəsizliyi, istifadəçilərin rahatlığı, dizayn və rahat interfeys kimi tələblərə cavab verməkdir. Hər veb texnologiya öz üslubunda yazıldığı proqram platforması üçün tələb olunan funksiyaları həyata keçirir. Hazırda bir çox veb proqramlaşdırma mövcuddur. Onlardan misal olaraq Hypertext Preprocessor (PHP), Active Server Pages (ASP.NET), Cold Fusion Markup Language (CFML), Java, Python və s. göstərmək olar. Web proqramlaşdırmanın 2 növü var: Server tərəfdə proqramlaşdırma, Klient tərəfdə proqramlaşdırma. Server tərəfdə proqramlaşdırma dilləri kimi əsasən PHP, PERL, JAVA, C++, ASP və digər AD-dən istifadə olunur. Klient tərəfdə isə JavaScript, VbScript, JScript və s. bu kimi AD-dən istifadə olunsada, bütün Web browserlər tərəfindən əsasən JavaScript problemsiz istifadə olunur.
ASP.NET. Bu texnologiya müxtəlif sahələrdə istifadə olunmaqla müştərilərin və biznes təşkilatlarının məqsədlərinə nail olmaq üçün faydalıdır.
Müasir tələblərə uyğun veb səhifələrin yaradılması üçün istifadə olunan müasir nəsil veb texnologiyadır. Microsoft şirkəti tərəfindən yaradılıb. Həmçinin server proqramlaşdırma dili kimi tanınır.
ASP.NET-i Microsoftun müasir nəsl veb texnologiyası kimi adlandırmaq da olar. ASP.NET proqramlaşdırma dili aşağıdakı proqram platformalarının birləşməsi ilə həyata keçirilir.
veb dizayn dili (HTML);
JavaScript;
C #, .NET/VB.NET;
Web Server (IIS /ASP.NET Development Server).
ASP.NET ilə yaradılan milyonlarla veb səhifələr mövcuddur. Məsələn, US Airways, British Museum, Bing, Xbox 360, MSNBC və s. Son illər Visual Studio.NET sistemindən çoxfunksiyalı veb-layihələrin yaradılmasında istifadə olunur.
Visual Studio.NET sistemi şəkil 1-də göstərilən proqram platformaları əsasında təşkil olunmuşdur.
PHP. PHP proqramlaşdırma dilinin imkanları geniş və müxtəlifdir. Saysız skriptlərdən və müxtəlif komponentlərdən ibarətdir. PHP dilində kodlaşmada kodların ümumi bir stilə uyğunlaşdırılması və müxtəlif kitabxanalara problemsiz müraciəti bu texnologiyanın üstün cəhətlərindəndir. Proqramçı tərəfindən yazılan PHP kodu ümumi bir stilə gəlmədikdə avtomatik sorğu pəncərəsi açılır və proqramçıya düzgün variantlar təklif edilir. Bu xüsusiyyət proqram təminatının asan və az vaxt sərf etməklə hazırlanmasını təmin edir. Həmçinin, proqramçıya fərqli kitabxanalardan istifadə etmək imkanı da verir.
PHP veb-layihələndirmədən başqa veb tətbiqlərin inkişaf etdirilməsi üçün də geniş istifadə olunur. PHP hazırlanan proqram məhsulunun testləşdirilməsi, nəşr və s. kimi tətbiqləri avtomatik yerinə yetirməyə köməkçi ola bilər. ASP.NET və PHP veb texnologiyaları arasında ən populyar olanlardır. Şəkil qalereyalarının tətbiq edilməsi bu iki texnologiya əsasında yaradılmışdır. Bu texnologiyalar arasında seçim etmək çətindir.
Müəyyən təcrübəyə malik insanlar və bir çox digər amillər bu texnologiyalardan birgə istifadəyə üstünlük verirlər. Lakin əgər bu texnologiyalardan birini seçmək lazım gələrsə istifadəçinin nə istədiyi nəzərə alınmalıdır. Məsələn dəyəri, platforma mürəkkəbliyi, təhlükəsizliyi və digər xüsusiyyətlər seçim etməyə kömək ola bilər.
Dostları ilə paylaş: |