İnternet proqram təminatının səviyyələri
Şəbəkə proqram təminatının əsas məqsədi məlumatların bir maşından digərinə ötürülməsi üçün infrastrukturun təmin edilməsidir. İnternetdə ötürmə proqram təminatının hissələrinin iyerarxiyasına görə baş verir. Bu hissələr sizin bir şəhərdən digər şəhərdə yaşayan dostunuza hədiyyə ilə bağlama göndərdikdə yerinə yetirdiyinizə oxşar məsələləri yerinə yetirirlər. Siz hədiyyəni qablaşdırır, onun üzərində ünvanı yazır, sonra isə onu poçta aparırsınız. Poçtda bağlamanı digər bağlamalarla birlikdə böyük konteynerə yerləşdirirlər və onu avia şirkətə çatdırırlar. Avia şirkətdə konteyneri təyyarəyə yerləşdirirlər və təyinat yerinə göndərirlər. Təyinat yerində avia şirkət konteyneri təyyarədən götürür və onu təyinat yerinin poçt xidmətinə təhvil verir. Öz növbəsində poçt xidməti bağlamanı konteynerdən çıxarır və onu ünvana çatdırır.
Beləliklə, bağlamanın göndərilməsini 3 səviyyədən ibarət olan iyerarxiya kimi təsvir etmək olar:
1. istifadəçi səviyyəsi (bağlamanı göndərən və bağlamanı alan);
2. poçt xidməti;
3. avia şirkət.
Hər bir səviyyə abstrakt səviyyə kimi aşağı səviyyədən istifadə edir. İyerarxiyanın hər bir səviyyəsi həm təyinat yerində, həm də ötürülmə yerində nümayəndələrə malikdir, bu zaman təyinat yerindəki nümayəndələr ötürülmə yerindəki nümayəndələrin yerinə yetirdiyi işlərə əks işləri yerinə yetirirlər.
Eynilə, İnternet vasitəsi ilə məlumatlar ötürülür və alınır, ancaq İnternetin proqram təminatının tərkibində üç deyil, 4 səviyyə vardır və hər bir səviyyə insanlardan yox, proqramlardan ibarətdir. Bu dörd səviyyə aşağıdakılardır:
1. Tətbiqi;
2. Nəqliyyat;
3. Şəbəkə;
4. Kanal.
İnternetin hər bir maşınında bütün səviyyələr mövcüddur.
Tətbiqi səviyyədən başlayaraq məlumatın bütün səviyyələrdən keçməsi prosesini daha ətraflı nəzərdən keçirək.
Dostları ilə paylaş: |