İnternet xidmətləri
Elektron poçt (e-mail). Hazırda e-mail, ən geniş yayılmış rabitə xidmətidir .
Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir. Elektron poçtundan faylların, mətnlərin ötürülməsi üçün istifadə olunur. Internetin xidmətləri arasında elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi off-line rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi on-line rejiminə keçir, daha dəqiq desək poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir.
Hazırlanmış məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompyuterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır. Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş məlumatların göndərilməsini təşkil edir. Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur.
İstifadəçi @ qovşaq kompyuteri, altdomen, I səviyyəli domen. İstifadəçi - bu istifadəçinin adıdır. Məsələn, elm@ - kommersiya işarəsi istifadəçinin
adını qovşaq kompyuterin adından ayırır.
Ünvanın ikinci hissəsi istifadəçinin Internetə qoşulduğu kompyuterin ünvanını göstərir. Kompyuter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.
Elektron məktubun qəbul edimiş formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı
Dostları ilə paylaş: |