Qlobal şəbəkələr və qlobal şəbəkənin strukturu


To (hara): məktub göndərilən şəxsin ünvanı  Cc



Yüklə 0,75 Mb.
səhifə16/19
tarix02.01.2022
ölçüsü0,75 Mb.
#34721
1   ...   11   12   13   14   15   16   17   18   19
Mühazirələr hazır 7 10 11 12 13

To (hara): məktub göndərilən şəxsin ünvanı 

Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı

Subject: məktubun mövzusu

Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur)

Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı

Son zamanlara qədər uzaq məsafədə əlaqə kimi, əsasən, elektron məktublar təşkil

edirdi. E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər, audio və video yazılardan istifadə edərək

informasiya mübadiləsi etmək olar. Yixarıda qeyd olunan informasiya fraqmentini

göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən

fayl məktub ilə eyni zamanda göndərilir.

World Wide Web. WWW- World Wide Web- ümumdünya hörümçək toru adlanır.

Bu İnternetdə xidmətin informasiya sistemidir. Son zamanlar WWW və onun proqram

təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir.

● Web-sayt – Web-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar.

Web-serverə müraciət edərək istənilən sahifəni tapmaq və onu ekrana çıxarmaqdır. Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul axtarılan resursun ünvanını göstərməkdir. İnformasiyanı internetdə saxlamaq üçün URL universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki hissədən ibarətdir: 1-ci hissə istifadə olunan protokolu göstərir; 2-ci hissə şəbəkənin hansı yerində resursların verildiyini bildirir. Bu hissələr bir-birindən iki nöqtə ilə ayrılır. Web

hostinq Web saytların saxlandığı yerdir.

Məsələn,

http://serverin adı/yol/fayl;

Ünvanlarda sol tərəfində http: //- W W W-də

http://WWW müraciəti göstərir. Bu Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu kimi oxunur.

Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır. Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində Web İnternet xidmətlərindən biridir. İnternetdə ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, görüntü, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. WWW İnternetin əsas xidmətlərindən biridir. Monitorun seçilmiş sahəsində mausun düyməsini basmaqla bir sənəddən və ya kompyuterdən digərinə keçməyə imkan verir.WWW-nin proqram təminatından istifadə edərək kompyuterlərin manitorunda mətnlər, qrafiki təsvirlər, video-audio informasiya meydana çıxır. Web-İnternetin geniş resurslarına, şəkil, musiqi kliplərinə və filmlərə müraciəti təmin edir.Web digər sistemlərdən fərqi olaraq iki xüsusiyyətə malikdir.Bu multimediya hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimediyanın interaktiv vasitəsi» - Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video yazılara və s.müxtəlif resurslara müraciəti təmin edərək, onları kompyuterə , stereo səs gücləndiricilərinə çıxmasını təmin edir.

World Wide Web (Dünyəvi Hörümçək toru) sözü haradan meydana gəlmişdir .World Wide - Web kompyuterlər Internetə qoşularaq bütün dünyanı təmir edir.

Web - kimi bu kompyuterlərdə informasiyanı birləşdirir. Web - qlobal multimediya kommunikasiya sistemi olaraq, informasiyanın ötürülüməsinin yeni üsuludur. Hipermətn - hipermüraciətləri istifadə edən elektron sənəddir.

İstənilən növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn ola bilər. Hipermətnlərdə hər hansı bir söz ilə digər bir infomsiya mənbəyi arasında əlaqə yaradıla bilər . Hipermüraciyət mətndə izahı tələb oluna bilən sözlər olurlar. Onlar elektron sənəddə seçilirlər . İstifadəçi kursoru həmin sözün üzəri ilə yerləşdirdikdə kursor əl formasına çevrilir. Bu zaman mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar informasiya əldə edir. Hipermediya - hipermətnin geniş imkanlı formasıdır. Hipermediya sənədi qrafika , foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında Web səhifə yaratdıqda onun istifadə etdiyi qrafika, şəkil , musiqi həmin sənədi daha effektiv edir . Web-in geniş proqram təminatı imkan verir ki, hipermediya sənədi digər kompyuterlərdə qorunaraq, müxtəlif müəlliflər tərəfindən yaradılmış sənədə myraciəti təşkil etsin. Məsələn, müəllif hipermətnlə məqalə yaradır. Bu zaman həmin məqaləyə, digər mənbələrdən müraciət edilir. Həmin müraciət vasitəsilə müxtəlif ölkələrdə yerləşən kompyuterdəki hipermətnlər arasında əlaqə yaralıdır.

Axtarış sistemləri vasitəsi ilə İnternetdə istifadəçiyə lazım olan informasiyanı əldə etmək olar. İlk internet axtarış saytı Aliweb adlanıb. Yandex, Rambler, Google, AltaVista, Toema, WiseNut, Euroseek, Yahoo və s. axtarış sistemlərini misal göstərmək olar.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin