Qlobal şəbəkələr və qlobal şəbəkənin strukturu



Yüklə 0,75 Mb.
səhifə13/19
tarix02.01.2022
ölçüsü0,75 Mb.
#34721
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Mühazirələr hazır 7 10 11 12 13

Veb-agentlər. Serverlərin axtarışını təmin edir. Həmin serverlərdən lazım olan sənədləri seçərək email sisteminə ötürür. Veb agentliklər digər bizneslər üçün veb saytların hazırlanmasında xüsusi rol oynayırlar.

  • Emal sistemi. Sintaksis çeşidləmədən və standart operatorlardan istifadə etməklə alınan sənədləri indeksasiya edir.

  • Axtarış aparan sistemlər. Xidmət sistemindən sorğunu qəbul edərək emal edir, sorğuya görə indeks fayllarında axtarış aparır, topladığı keçid ünvanlarının siyahısını hazırlayır.

  • Xidmət sistemi. Kliyentdən axtarış sorğusunu qəbul edir, uyğun şəkildə dəyişdirir və indeks faylları ilə işləyən axtarış sisteminə göndərir, əldə olunan nəticəni kliyentə qaytarır. Bundan başqa axtarış sistemləri mürəkkəb sistemə malik reklam xidmətləri də təklif edirlər. Bu reklamların həyata keçirilməsi yüksək dərəcədə professionallıq tələb edir. Ona görə də şirkətlər bu cür reklamlardan istifadə edərkən ixtisaslaşmış agentliklərə müraciət edirlər

    Veb-agentlər və axtarış aparan sistemlər bir-birlərindən asılı olmayaraq işləyirlər. Veb-agentlər göndərilən sorğulardan asılı olmayaraq daima işləyirlər. Onların əsas vəzifəsi yeni informasiya serverləri haqqında məlumatları verilənlər bazasına ötürməkdir.

    İstifadəçi göndərdiyi sorğu nəticəsində həyata keçirilən əməliyyatları vizual olaraq görmür. O, yalnız gətirilən keçidlərin siyahısını əldə edir. Bu siyahıda olur:



    1. Səhifənin başlığı

    2. Səhifənin URL ünvanı

    3. Səhifənin saxlandığı veb-sayta keçid

    4. Açar sözlər tapılmış mətndən kiçik bir nümunə.

    Bir çox saytlar axtarış sistemlərinin onları tanıması üçün SEO texnologiyasından istifadə edilir. Bu texnologiya əsasında axtarış sistemi həmin saytın ünvanını kliyentə təqdim etdiyi siyahının əvvəlinə əlavə edir.

    Bu gün informasiya cinayətkarlığında İnternetdən daha aktiv və hərtərəfli istifadə edilməkdədir. İctimai rəyin yaradılması və ya dəyişdirilməsində, siyasi, iqtisadi və hərbi qərarların qəbulunda, informasiya resurslarına təsirdə, xüsusi hazırlanmış informasiyanın yayılması planında İnternet geniş imkanlara malikdir.

    Dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal İnternet şəbəkəsi özünün forma və tərkibi baxımından müxtəlif xüsusiyyətli, sərhəd tanımayan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə çevrilmişdir. Bunu nəzərə alan kibercinayətkarlar çox zaman informasiya hücumlarını axtarış sistemlərinin imkanlarını nəzərə alaraq təşkil edirlər.


    Yüklə 0,75 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   19




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin