Qlobal (keçmiş Avrasiya) Tələbə Mübadiləsi Proqramı (UGRAD) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) tərəfindən idarə olunur. Proqram Azərbaycanın ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü* (*beşillik sistem üzrə təhsil alan) kursda oxuyan tələbələrinə Amerika Birləşmiş Ştatları universitetlərinin və kolleclərinin birində bir il dərəcəsiz təhsil almaq imkanı yaradır. İştirakçılar açıq müsabiqə yolu ilə seçilir.
Bütün iştirakçılar:
Bir akademik il ərzində dərslərdə iştirak edəcəklər.
Birinci semestr ərzində ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf efəcəklər.
İkinci semestrdə təcrübə keçəcəklər
Proqramla bağlı aşağıdakı bütün xərclər ödənilir:
Vizanın alınması (J1)
Yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri
Qismən tibbi sığorta
Aylıq təqaüd və təhsil xərcləri
Gözlənilməz kiçik xərclər
ABŞ-da yaşayış
Dərs ədəbiyyatının alınması üçün məhdud vəsait
İngilis dili kursları (zərurət varsa)
Məzunlar arasında əməkdaşlıq və treninq təşkil etmə imkanları
Ərizələr 10 dekabr 2007-cı il saat 17:00-a qədər qəbul edilir
Qlobal Tələbə Mübadilə Proqramı üçün ərizə formalarını əldə etmək və təhvil vermək üçün IREX-in Azərbaycandakı ofisinə müraciət edin: