Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə59/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
1   ...   51   52   53   54   55   56   57   58   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)

Biliyin seçilməsi 
Kommunikativ metodlar 
Passiv 
Tekstoloji 
(mətnşünaslıq) 
metodlar 

müşahidə; 

söhbətin
protokollaşdırılması; 

mühazirələr 

beyin həmləsi; 
-
dəyirmi masa; 

işgüzar oyunlar 
Fəal 

elmi, metodiki və
istehsalat
ədəbiyyatının təhlili; 

dərsliklərin təhlili; 

işçi sənədlərin təhlili 

anketləşdirmə; 
-
müsahibə; 

sərbəst dialoq; 

ekspert oyunları 
Qrup 
Qrup 


Kommunikativ metodlar da passiv – qeyri-fəal və fəal metodlara bölünmüşdür. Passivlik 
onu ifadə edir ki, həmin metodlar əsasında biliyin aşkarlanmasında aparıcı rol bilik mühəndisinə 
deyil, ekspertə məxsusdur. Ekspertin müşahidələrinin nəticələri və mühazirələri buna misal ola 
bilər. Fəal metodlarda isə bu proses əksinədir, yəni bilik mühəndisi əsas rol oynayır. Qrup 
metodları bir neçə mütəxəssis-ekspertin biliklərinin kollektiv şəkildə aşkarlanmasında istifadə 
edilir. Lakin müasir ETS-lərdə fərdi metodların tətbiqi daha geniş yayılmışdır. 
Passiv metoda aid olan müşahidə zamanı bilik mühəndisi ekspertin icra etdiyi işi izahını, 
hərəkətlərini, qeydlərini və s. işə müdaxilə etmədən yazır, və ya videolentə köçürür. 
Müşahidənin nəticələri ekspertlə müzakirə edilməlidir. 
Söhbətin protokollaşdırılması metodunda ekspert yalnız özünün müəyyən iş fəaliyyətini 
deyil, həm də onun bütün mərhələlərini izah edir. Bütün izahlar, mühakimələr, hətta söhbət 
zamanı edilən qısa fasilələr də protokollaşdırılır. 
Mühazirələr – biliyin verilməsinin ənənəvi üsuludur. Mühazirənin yalnız hazırlanması və 
oxunması deyil, dinlənilməsi, konspektləşdirilməsi və öyrənilməsi də əsas cəhətdir.
Fəal metodlar içərisində hazırda ETS-lər üçün əksər hallarda fərdi metodlardan istifadə 
edilir. Anketləşdirmə, müsahibə, dialoq və ekspert oyunlarının senarisi və təşkili bilik mühəndisi 
tərəfindən aparılır. Burada ekspert oyunları metodu digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
Anketləşdirmə - sosioloji və psixoloji tədqiqatlarda daha çox istifadə edilərək standart 
xarakter daşıyan metoddur. 
Müsahibənin keyfiyyətinə təsir edən üç əsas sual tipi vardır: 1) sualın stili (aydınlıq, 
lakoniklik, terminologiya), 2) sualların məntiqi ardıcıllığı, 3) sualın etik cəhətləri. 
Eyni vaxtda bir neçə ekspertin biliyinin aşkarlanması, müzakirələr və diskusiyalar zamanı 
orijinal fakt və hadisələrin meydana çıxması ilə nəticələnən fəal qrup metodlarına beyin həmləsi, 
dəyirmi masa, işçi oyunlar daxildir. 
Beyin həmləsi – yaradıcı təfəkkürün sərbəstliyini və fəallağını artıran metod kimi geniş 
yayılmışdır. 40 dəqiqəyə qədər müəyyən edilən bu prosesdə 10 nəfər iştirakçı müəyyən mövzuda 
tənqid edilmədən zarafat, fantastik, hətta yanlış ideya söyləyə bilər. Maraqlı odur ki, ideyaların 
miqdarı pik həddə çatdıqda iştirakçılar analitik təfəkkür prosesini gücləndirərək deyilməmiş 
yeni ideyalar axtarmağa cəhd edirlər. 
Biliyin seçilməsi prosesində ekspert oyunları metod kimi istifadə edilir. Ekspert oyunları 
üç metodun müəyyən elementlərini özündə birləşdirir: 1) mütəxəssis hazırlığında və 
modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) təlimdə daha 
çox istifadə edilən kompüter oyunları. 
İşgüzar oyunların məqsədi müəyyən qrup iştirakçılarının həh hansı fəaliyyətinin real 
mənzərəsini nümayiş etdirməkdir. Təlim, istehsalat və elmi-tədqiqat xarakterli oyunlar 
fərqləndirilir. 
Trenajor oyunları həqiqi təcrübi fəaliyyətə uyğun mənzərə yaratmağa və eksperti real 
şəraitdə müşahidə etməyə imkan yaradır. Onlar təlim prosesində (məs: təyyarəçilərin, atom 
stansiyası operatorlarının, kosmonavtların, hərbi qulluqçuların təlimi) daha geniş tətbiq olunur. 
Kompüterlərdə yüzlərlə proqramlar işgüzar oyunlarda istifadə olunur: 
1. mövqe oyunları (şahmat, dama və s); 
2. dinamik oyunlar (hərəkər edən obyektə atəş açmaq, futbol və s.); 
3. istifadəçinin süjetə müdaxiləsinə imkan verən dialoq oyunları; 


4. təlim xarakterli oyunlar. 
Mətnşünaslıq (tekstologiya) metodları sənəd-informasiya daşıyıcılarının təhlilinə
sintezinə əsaslanır. Mətndə məna etibarı ilə iki cəhəti ayırmaq olar: - müəllifin fikri, yəni onun 
model aləmi, oxucunun, yəni bilik mühəndisinin mütaliə prosesində aldığı məna. 
ETS-lərin deyilən mərhələləri təcrübi olaraq həyata keçirildikdən sonra təhsil sahəsində 
seçilmiş biliklərin strukturlaşdırılması məsələləri həll edilməlidir. Strukturlaşdırma predmet 
saəsnin qismən formal təsvir prosesidir. Burada, predmet sahəsinin konseptual və funksional 
strukturunun işlənməsinə, bilik bazasının formalaşdırılmasına və proqramla reallaşdırılmasına 
diqqət verilir. 
Təhsil sahəsinin konseptual strukturu, yaxud modeli onun obyektlərinin və həmin 
obyektlər arasında qarşılıqlı əlaqələrin təsviridir. 
Funksional struktur – məsələni həll edən zaman ekspertin istifadə etdiyi mühakimələri və 
qəbul etdiyi qərarları əks etdirən modellərdir. 
Predmet sahəsində biliklərin konseptual və funksional strukturunu formallaşdırdıqdan 
sonra bilik mühəndisi proqramçı ilə birlikdə bilik bazasında biliyin təqdimi üçün əlverişli 
proqramlaşdırma vasitələri müəyyən etməlidir. Belə vasitələr isə ya translyatorlar, ya da örtüklər 
ola bilər. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin