Əhəngdaşı yataqlarının böyük ehtiyyata və yüksək keyfiyyətə malik olanları Abşeron yarımadasındadır: Qaradağ, Körgöz, Güzdək, Nardaran, Şahinbağ, Şuvələn. Əhəngdaşı yataqlarının dənəbir və üzlük daşlar, iri divar blokları kəsmək üçün qiymətləndirilməsində və onların yararlığında əsas göstəriji kimi fiziki-mexaniki xassələrin və mədən-geoloci göstərijilərin həllediji rolu vardır. Yuxarıda qeyd etdiyimiz kimi Abşeron yarımadasının əhəngdaşları yaşına görə dördünjü və üçünjü (Abşeron mərtəbəsi) dövr çöküntülərinə aiddir. Dördünjü dövr detritus çöküntüləri Abşeron yarımadasının bütün ərazisində və xüsusi ilə onun şərq tərəfində geniş yayılıb. Bu əhəngdaşları tipik terras çöküntüləri olub, öz qeyribirçinsliyi ilə fərqlənir. Yaşına görə Abşeron mərtəbəsinə aid edilən əhəngdaşları qədim kaspi əhəngdaşları ilə müqayisədə bircinslidir. Əhəngdaşı yataqlarında geoloji-kəşfiyyat işləri aparılan zaman faydalı qazıntının fiziki-mexaniki xassələri DS-4001-84 «Təbii süxurlardan divar daşları» tələblərinə uyğun öyrənilib. Aparılmış sınaqlar nəticəsində əldə edilən əsas göstricilər cədvəl 1.2-də verilib.