Geoloji hissə
Yatağın geologiyası haqqında ümumi məlumat
Faydalı layı təşkil edən çöküntülər, əsasən balıqqulaqlı əhəngdaşı, qum, gil, mergil, qum-daşlar və detrit əhəngdaşlarıdır. Bu layların yataq üzrə ümumi qalınlığı 22 m-ə çatır. Layın üstündə adda-budda adajıq şəklində elüvial delüvial çöküntülərinə təsadüf etmək olur. Bunların qalınlığı 0,4-1,0 m arasında olur. Yalnız yatağın sahəsinin çökək yerlərində onların qalınlığı 3-4 m -ə yaxın olur. Orta hesabla 1,5 m qəbul edirik (şək. 1.1.).
Şəkil 1.1. Şahinbaq əhəng daşı yatağının quruluşu
Geoloji-litoloji kəsişi aşağıdıgı kimidir:
Boz rəngli, az çatlı, möhkəm sıxılmış, yuxarılarda azajıq qumlaşmış xırda-orta dənəli detrik əhəngdaşı, qalınlığı 6,0 m-dək
Açıq boz rəngli, möhkəm sıxılmış detrik əhəngdaşı, qalınlığı 4 m-dək;
Boz rəngli, möhkəm sıxılmış, gil layı, qalınlığı 1,0 m-dək;
Açıq boz rəngli, möhkəm sıxılmış, monolit, xırda dənəli detrik əhəngdaşı, layın içində məsaməlilik qeyd edilir, məsamələr gil materialı ilə doldurulub, qalınlığı 4,6 m-dən;
Sarımtıl xırda dənəli detrik əhəngdaşı layı, arada məsaməlilik qeyd edilir, qalınlığı 4,5 m-dək;
Boz rəngli, yumşaq əhəngdaşı, qumdan və gil laylanmaları, qalınlığı 1,0 m-dək.
Layın ümumi yatım bujağı 18-200-dir.
Yatağın hidrogeoloci şəraiti olduqja əlverişlidir. Belə ki, nə geoloci-kəşfiyyat işləri aparılanda, nə də yatağın istismarı zamanı qrunt sularına rast gəlinməyib.
Əhəngdaşı layının yatımı və relyefin sadəliyi mədən-texniki və hidrogeoloci baxımdan daş karyerinin istismarı zamanı heç bir hidrotexniki çətinliklərə gətirib çıxarmamalıdır.
Dostları ilə paylaş: |