Elektrik maşın çeviricisi (EMÇ) bir valda yerləşdirilmiş sabit cərəyan elektrik mühərrikindən və bir (birfazalı və ya üçfazalı çevirici) və ya iki (sabit cərəyanı birfazalı və üçfazalı dəyişən cərəyana çevirən) dəyişən cərəyan generatorundan ibarətdir. Eləcə də EMÇ-nin gövdəsində idarəetmə qutusu quraşdırılır. EMÇ-nin qidalanması birinci halda bort sabit cərəyan şəbəkəsindən, ikinci halda isə akkumulyator batareyalarından həyata keçirilir.
EMÇ-nin işləmə prinsipi elektrik maşınlarında enerjinin ikiqat çevrilməsinə (mühərrik və generator) əsaslanmışdır (bu səbəbdən EMÇ-nin f.i.ə. 0,5...0,6 aşmır). Dəyişən cərəyanın tezliyinin və gərginliyinin stabilləşdirilməsi üçün (yük cərəyanının və qida gərginliyinin dəyişməsi zamanı) EMÇ-ləri idarəetmə qutusunda (ПО və ПТ seriyalı EMÇ) və ya ayrıca blokda (ПТО seriyalı EMÇ) yerləşdirilmiş xüsusi tənzimləyicilərlə təchiz olunmuşdur.
ПО tipli (gücü 200 - 6000 VA olan) birfazalı çeviricilər 27V10% sabit gərginliyi 115V3%, 400Hs5% birfazalı gərginliyə, ПТ tipli ( gücü 1500 VA olan) üçfazalı çeviricilər 36V3%, 400Hs2% üçfazalı gərginliyə, ПТО tipli kombinə olunmuş çeviricilər 36V üçfazalı və 115V birfazalı gərginliyə çevirir.
Gücü 1kVA olan EMÇ-nin işəsalma sxemi şəkil 2.3-də göstərilmişdir. Verilmiş sxemdə işəsalma rezistoru (R) mühərrikin (M) lövbər dolağına ardıcıl qoşulmuşdur. Dolağı mühərrikin sıxaclarına qoşulmuş К2 relesinin normal açıq kontaktları rezistora paralel olaraq birləşdirilmişdir.
Çeviricinin işə qoşulması üçün Q açarını qapamaq lazımdır. Bu zaman К1 kontaktorun dolağı şəbəkə gərginliyinə qoşulur, K1 kontaktoru işə düşür və öz kontaktları ilə 27V şəbəkə gərginliyini R rezistorundan keçməklə M mühərrikinin lövbər dolağına verir.
Statik çeviricilərin işləmə prinsipi transformator-düzləndirici blokların və gərginlik və tezlik tənzimləyici sxemin (bu stabilləşdirmə sistemidir) tətbiqinə əsaslanmışdır. Fırlanan hissələr olmadığından statik çeviricilər istismarda daha rahat və etibarlıdır.
Şək.2.3. EMÇ-nin işəsalma sxemi
Dostları ilə paylaş: |