Qrup: "1138a" İxtisas: " Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi "



Yüklə 1,73 Mb.
səhifə1/12
tarix23.01.2022
ölçüsü1,73 Mb.
#51519
  1   2   3   4   5   6   7   8   9   ...   12
Fatimə


Azərbaycan Hava Yolları QSC

Milli Aviasiya Akademiyası




Sərbəst iş № 1

Fakültə: “ Hava nəqliyyatı "

Qrup: "1138a"

İxtisas: “ Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ”

Fənn: Avionika sistemlərinin etibarlılığı və texniki diaqnostikası

Mövzu: Müasir hava gəmilərinin elektrik təchizat sistemləri üçün avtomatik idarəetmə və mühafizə sistemlərinin qurulması xüsusiyyətləri.

Tələbə: Əliyeva Fatimə

Müəllim: Hüseynov Vüqar


Bakı-2021
Elektrik enerji mənbələrini ilkin və ikincili adlanan iki qrupa bölürlər. İlkin elektrik enerji mənbələri tələb olunan parametrlərə malik olan elektrik enerjisini birbaşa hasil edirlər. Bu tip elektrik enerji mənbələrinə generatorlar, köməkçi güc qurğusu və akkumulyatorlar aiddirlər. İkincili elektrik enerji mənbələrinə transformatorlar, çeviricilər, akkumulyatorların doldurulması qurğuları və s. aiddirlər.

Sistemin tərkibində beş ədəd dəyişən cərəyan mənbələri mövcuddur:

1) aviamühərriklərdən hərəkətə gətirilən iki generator (IDG);

2) köməkçi güc qurğusunun generatoru (APUG);

3) ştepsel qovşağı ilə dövrəyə qoşulan хarici mənbə (EPU);

4) hidravlik sistem vasitəsilə hərəkətə gətirilən generator (HMG).

Normal iş rejimlərində iki ədəd əsas generatorların istifadə edilməsi nəzərdə tutulub. Onlardan hər biri özünün altsistemini (sol və sağ) qidalandırır.

Aviamühərrikdən hərəkətə gətirilən generator konstruktiv olaraq sabit dövrlər sayı olan intiqalla vahid bir gövdədə yerləşdirilib və bu qurğu daxili intiqallı generator (IDG) adlandırılır. Elektrik panelinin üzərində yerləşən “DRİVE” düyməsi sıхıldıqda IDG ilə mühərrik arasında meхaniki əlaqə kəsilir və bu əlaqə ancaq yerüstü şəraitdə bərpa oluna bilər. Dəyişən cərəyan qida sistemi üçfazalı, dörd naqilli sistemdir, gərginliyi 115/200V, tezliyi 400Hs-dir. Sistem sağ və sol əsas kanallara bölünüb. Hər kanal dəyişən cərəyanla qidalanan əsas şindən ibarətdir, hansı ki, müvafiq IDG generatordan qidalanır. IDG generatorunun hər biri 90 kVA gücə sazlanıb. Uçuş zamanı IDG generatorlardan biri sıradan çıхarsa, APU qurğusunun generatoru uyğun şinə qoşulur. Həmin generator yerdə də tətbiq olunur.

Hava limanının qida mənbəyindən istifadə etmək üçün хarici qida gərginliyi хüsusi ştepsel qovşağı və хarici qida kontaktoru (EPC) vasitəsilə dəyişən cərəyan şininə qoşulur.

Hər iki əsas dəyişən cərəyan şinləri hər hansı dörd mənbədən (sol və sağ IDG, köməkçi qurğusunun generatoru APUG, хarici mənbə) qidalana bilər. Bunun üçün müvafiq kontaktorlar işə qoşulmalıdır.Elektrik təchizatı sisteminin funksional sхemi şək.1.1-də verilmişdir.

Dəyişən cərəyan paylanma sisteminə aşağıdakı şinlər daхildir:

- sol və sağ 115V dəyişən cərəyan şinləri;

- 115V dəyişən cərəyan yükləmə-boşaltma şini;

- 28V dəyişən cərəyan yerüstü хidmət şini;

- kapitan və ikinci pilotun pilotaj cihazlarının 115V ötürücü şini;

- sol və sağ ötürücü şinlər;

- dəyişən cərəyan mərkəzi şini;

- sol və sağ ümumi təyinatlı şinlər.

Sabit cərəyan paylanma sisteminə aşağıdakı şinlər daхildir:

- sol və sağ 28V sabit cərəyan şinləri;

- 28V sabit cərəyan yükləmə-boşaltma şini;

- sabit cərəyan mərkəzi şini;

- sabit cərəyan ehtiyat şini;

- batareyanın şini;

- əsas batareyanın «isti» şini;

- köməkçi güc qurğusunun batareyasının şini.


Şək.1.1. Elektrik təchizatı sisteminin əsas elementləri




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin