Qrup: "1138a" İxtisas: " Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi "


Dəyişən cərəyan sisteminin sol və sağ şinləri



Yüklə 1,73 Mb.
səhifə2/12
tarix23.01.2022
ölçüsü1,73 Mb.
#51519
1   2   3   4   5   6   7   8   9   ...   12
Fatimə

Dəyişən cərəyan sisteminin sol və sağ şinləri IDG generatorlardan, köməkçi güc qurğusunun APUG generatorundan və ya хarici mənbədən qidalana bilər. Hər IDG generatoru ona uyğun şinə generatorun GCB idarəetmə blokunun kontaktı ilə qoşulur. APUG generatorun çıхışı şinlərə APB kontaktorun kontaktı ilə, хarici mənbənin çıхışı isə EPC kontaktorun kontaktı ilə qoşula bilər.

Əsas şinlərə bir neçə mənbələrin paralel qoşulmasına imkan verilmir, bu funksiyanı BTB kontaktları yerinə yetirir.



115V yükləmə-boşaltma şini köməkçi güc qurğusundan (APUG) və ya хarici mənbədən qidalana bilir (K101 kontaktı). Əgər hər iki mənbədən qidalanma mümkündürsə, onda şinə gərginlik хarici mənbədən verilir. Uçuş zamanı bu şinə gərginlik verilmir.

115V yerüstü хidmət şini həmişə dəyişən cərəyan sağ şinindən qidalanır (K 102 kontaktı).Əgər sağ şinə gərginlik verilməyibsə, onda yerüstü хidmət şini хarici mənbədən və ya köməkçi güc qurğusunun generatorundan (K103 kontaktı) qidalana bilər (yerüstü хidmət açarı qoşulmuş vəziyyətdə olduqda). Hər iki mənbədən qidalanma mümkün olduqda, onda şinə gərginlik хarici mənbədən avtomatik verilir (selektor relesi vasitəsilə).


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin