Sabit cərəyan qidalanma sistemi
Sabit cərəyan qidalanma sistemi aşağıdakı altsistemlərdən ibarətdir:
- Batareyalar;
- Transformator-düzləndirici qurğu;
- Ehtiyat qidalanma;
- Sabit cərəyan ölçü avadanlıqları.
Şək.1.4. Sabit cərəyan sisteminin altsistemləri
Bu sistem ikinaqilli şəbəkədən ibarətdir və paylayıcı şinlər vasitəsilə bütün işlədiciləri təmin edir. Dəyişən cərəyan sisteminin əsas şinlərindən qidalanan iki ədəd transformator-düzləndirici bloklar (TRU) gərginliyi sabit cərəyan şinlərinə ötürür.
Iki ədəd 24V nominal gərginlikli 40 amper-saat tutumlu nikel-kadmium batareyaları (biri–əsas, digəri–köməkçi güc qurğusunun) doldurma qurğuları ilə birgə sabit cərəyan şəbəkəsini işçi vəziyyətdə saхlayır.
Ehtiyat qida sisteminə batareyalar və statik invertor daхildir. Əsas qida sistemi imtina etdikdə, hidravlik intiqallı generator (HMG) ehtiyat şinləri dəyişən və sabit gərginliklərlə təmin edir. HMG işləmədiyi halda isə, ehtiyat şinlərə gərginlik batareyalar və statik invertor tərəfindən verilir. Belə vəziyyətdə 28V sabit gərginlik və birfazalı 115V dəyişən gərginlik əsas cihazları, kommunikasiya dövrələrini və naviqasiya avadanlığını 30 dəqiqəyə qədər qidalandıra bilər.
Ehtiyat sistemi müstəqil qida mənbəyi kimi avtopilotla yerə enmə rejimini təmin edə bilər.Batareyalar sistemi iki ədəd 24V gərginliyi olan nikel-kadmiy batareyalardan (əsas batareya və köməkçi güc qurğusunun batareyası) və onlarla bağlı doldurma qurğulardan ibarətdir.
Əsas qida gərginliyi yoх olduqda batareyaların «isti» şininə hündürlük mühərrikdən hərəkətə gətirilən generatorun transformator-düzləndirici qurğusundan (HMG TRU) 28V, 50A sabit gərginlik (avtomatik) verilir.
Ehtiyat cərəyan şinləri statik invertordan və batareyalardan qidalanır. Əgər əsas gərginlik yoх olarsa, HMG generatorun hesabına ehtiyat sabit və dəyişən cərəyan şinləri qidalanır. HMG imtina etdiyi halda isə batareyalar və statik invertor ehtiyat şinlərinə qida gərginliyi verirlər. Belə rejimdə ehtiyat şinləri (28V sabit gərginlik və birfazalı 115V dəyişən gərginlik) 30dəq. müddətində işləyə bilərlər.
Sabit cərəyan sisteminin avadanlıqlarının yerləşməsi şək.1-də verilib. Transformator-düzləndiricilərin hər iki bloku avadanlığın əsas mərkəzində, statik invertor, əsas batareya və doldurma stansiyası avadanlığın burun zonasında, köməkçi güc qurğusunun TRU bloku, batareyası və doldurma qurğusu-avadanlığın quyruq mərkəzində quraşdırılıb.
Normal iş rejimində sabit cərəyan mərkəzi şini, batareyanın şini və sabit cərəyan ehtiyat şini 28V sabit cərəyan sol şinindən qidalanırlar. Əgər TRU-lardan biri imtina etsə, sabit şinlərin işini idarə edən blok və onun K108 kontaktı işçi vəziyyətində olan TRU blokunu hər iki əsas sabit cərəyan şinlərə qoşur.
APU köməkçi güc qurğusunun batareyası və onun doldurma qurğusu APU-nun işə salınması üçün təyin olunub. 115V dəyişən sağ şini dövrəyə qoşulmuş olanda APU-nun TRU bloku onun starterinin mühərrikinə sabit gərginlik ötürür.
Statik invertor TRU blokundan qidalanaraq 115V dəyişən gərginlikli ehtiyat şininə gərginlik verir (K105 kontaktı).
Şək.1.5. Sabit cərəyan qidalanma sisteminin funksional sxemi
Dostları ilə paylaş: |