Dəyişən cərəyan generatorunun gərginlik tənzimləyicisi. Bir sıra aqreqatlarda, xüsusən aviasiya texnikasında istifadə olunan aqreqatlarda işçi gərginliyin tənzimlənməsi, onun hüdudlarına nəzarət olunması və qəzalı hallarda elektrik qida mənbələrinin və onların qidalandırdığı avadanlıqların qorunmasını təmin etmək üçün bir sıra orijinal sxem həlləri istifadə olunur. Şəkil 1.6 - da verilmiş sxemdə çıxışındakı gərginliyi ilkin həyəcanlandırıcıdolağındakı cərəyanın avtomatik dəyişdirilməsi hesabına stabilləşdirilən təyyarə dəyişən cərəyan generatorunun quruluşu təsvir olunmuşdur.
Sxemdən göründüyü kimi generator, 12 qütblü sabit maqnit blokundan, sabit ilkin həyəcanlandırıcı sahə dolağından və 3-fazalı dolaqlardan ibarət olan sabit maqnit generatorundan, fırlanan üçfazalı düzləndirici ilə qidalandırılan rotor dolağından və çıxış stator dolaqlarından ibarətdir.
Şək.1.6. Geniş istifadə olunan dəyişən cərəyan generatorunun sxematik quruluşu
Dostları ilə paylaş: |