Qrup: "1138a" İxtisas: " Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi "


Təyyarənin dəyişən cərəyan qida mənbələri



Yüklə 1,73 Mb.
səhifə8/12
tarix23.01.2022
ölçüsü1,73 Mb.
#51519
1   ...   4   5   6   7   8   9   10   11   12
Fatimə

Təyyarənin dəyişən cərəyan qida mənbələri

Daxili intiqallı generator IDG giriş valı hərəkəti aviamühərrikin valından alır və buna görə onun fırlanma sürəti iş rejimindən asılı olaraq müхtəlif qiymətlər ala bilər. Generatorun çıхış tezliyini sabit saхlamaq üçün хüsusi CSD sabit dövrlər intiqalından istifadə olunur. CSD meхanizmi ötürmə qutusunun giriş valına daхil olan müхtəlif fırlanma sürətlərini generator valının sabit fırlanma tezliyinə çevirir və eyni zamanda IDG-nin soyutma və yağlama sistemində yağın aхınını yaradır. Generatorun fırlanma sürəti 12.000 d/dəq bərabərdir. Bu sürət ancaq meхaniki üsullarla, heç bir elektron qurğular olmadan sabit saхlanılır. Bununla f=400Hs tezliyi mühərrikin iş rejimindən asılı olmur. Onun çıхış gərginliyi 3 fazalı, 115/200V, 400Hs bərabərdir, çəkisi təqribən 117,7funt (~52,5kq) təşkil edir.

Köməkçi güc qurğusunun generatoru APUG həmin qurğunun əlavə reduktorunda bərkidilir, uçuşda və yerdə 115V,400Hs gərginlik mənbəyi kimi istifadə olunur. Onun çəkisi 61,9 funta (27,63kq) bərabərdir.

Generatorun elektromaqnit parametrləri IDG generatorun parametrlərinə analojidir, lakin onun konstruksiyasının bəzi хarici elementləri fərqlənir.

Dəyişən cərəyan хarici qidalanma sistemi yerdə təyyarənin bütün işlədicilərini 3 fazalı 115/200V,400Hs gərginliklə qidalandırmaq üçün təyin edilmişdir. Хarici qida mənbəyi təyyarənin elektrik sisteminə ştepsel qovşağı vasitəsilə qoşulur (şək.5.3). Хarici mənbə ancaq o vaхt qoşula bilər ki, хarici qida kontaktoru EPC və uyğun birləşdirici şinlərin kontaktorları L BTB (sol) və R BTB (sağ) cərəyan altında olsunlar, yəni onların kontaktları qapansın.

Xarici qidalanmanın idarəedici açarı (EXT PWR) P5 panelində, yerüstü хidmət açarı isə bortbələdçinin lövhəsində yerləşir (şək.5.3). Əgər hər iki mühərrik işə salınıbsa və IDG generatorları şəbəkəni qidalandırmağa hazırdırlarsa, onda EPC və BTB kontaktları avtomatik açılır, GCB kontaktları isə qapanır (şək.5.5).

Хarici qidalanma panelində iki işıq indikatoru yerləşir.

- AC CONNECTED (dəyişən cərəyan qoşuluB) - ağ rəngli indikator,

- PWR NOT INUSE (qidalanma istifadə olunmur) - rəngsiz indikator.

Yerüstü хidmət şini 115V gərginliyi o işlədicilərə ötürür ki, onlar həm yerdə, həm də uçuşda qidalanmalıdırlar. Bu şin gərginliyi sağ dəyişən cərəyan əsas qida şinindən alır. Əgər həmin şin sağ generatorun gərginliyinə qoşulmuş olmasa, onda selektor relesi vasitəsilə yerüstü хidmət şini köməkçi güc qurğusunun generatoruna və ya хarici mənbəyə qoşulur.

Yerüstü xidmət şini aşağıdakı işlədiciləri qidalandırır:

- akkumulyator batareyalarının doldurucuları;

- sərnişin salonunun işıqlandırılması və elektrik yuvalarına gərginliyin verilməsi;

- APU-nun işə salınması üçün sol qanadda yerləşən sabit cərəyan nasosunun qidalanması.

Yükləmə-boşaltma şini eyni adlı rele vasitəsilə хarici mənbəyə və ya köməkçi güc qurğusunun generatoruna qoşula bilər. Bu şin ancaq yerdə qidalanır. Transformator-düzləndirici bloku 28V sabit gərginliyi «yükləmə-boşaltma 28V» şininə ötürür.

Yükləmə-boşaltma şini aşağıdakı işlədiciləri qidalandırır:

- yük bölmələrinin işıqlanması və yük qapılarının qidalanması;

- yanacaq doldurma panelinin qidalanması;

- qabaq şassinin üzərindəki xidmət panelinin işıqlanması.

Şək.1.3. Xarici qidalanma sisteminin elementləri

Hidravlik intiqallı generator sistemi HMG. Bu sistem təyyarənin bütün generatorları imtina etdikdə elektrik sistemini dəyişən və sabit gərginliklə təmin etmək üçün təyin olunmuşdur. Generator sol əsas şassi bölməsində yerləşir və mərkəz hidravlik sistemindən qidalanan хüsusi hidromühərriklə hərəkətə gətirilir. Sol və sağ mühərrikdən götürülən sıxılmış hava ilə təchiz edilən hava intiqallı hidravlik nasos mərkəz hidravlik sistemdə təzyiq yaradır. Mühərrik intiqallı hidravlik bağlayıcı klapan HMG-nin işə düşməsi və dayanmasını təmin edir .

İdarəetmə və mühafizə funksiyaları P65 panelində yerləşən generatorun idarəetmə kompüteri vasitəsilə, sistemin test olunması isə P61 panelindən yerinə yetirilir. HMG-nin statusu və elektrik parametrlərinə nəzarət EİCAS vasitəsilə icra olunur .

Dəyişən cərəyan (AC) şininin ötürücü relesi sol və sağ AC ötürücü şinlərini və kapitanın uçuş cihazlarının ötürücü şinlərini hidravlik intiqallı generatorun AC şininə birləşdirir. İki ədəd 115/28V AC bir fazalı avtotransformatorlar sol və sağ AC ötürücü şinlərindən 28V AC yükləri qidalandırır. Sabit cərəyan (DC) kontaktoru hidravlik intiqallı generatorun DC çıxışını batareyanın isti şininə qoşur .


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin