Qoruyucu dövrələr və sxemlər
Elektrik qida sistemlərində tətbiq olunan ən vacib sxemlərdən biri də cərəyana və gərginliyə görə qoruyucu dövrələrdir. Bort avadanlığının daha etibarlı mühafizəsi yalnız aşağıdakı bütün qəza hallarından mühafizə təmin olunduqda mümkündür:
qidalandırıcı fazalardan hər hansı biri itdikdə;
faza gərginliklərindən hər hansı birinin yolverilən həddi aşdığı halda;
faza gərginliklərindən hər hansı birinin yolverilən həddən aşağı enməsi halında;
şəbəkədəki faza gərginliklərinin ardıcıllığı dəyişdikdə (faza dəyişməsi);
şəbəkə xətlərində eyniadlı fazalar olduqda (fazalar üst - üstə düşdükdə);
yük xətlərində artıq yüklənmələr olduqda;
şəbəkədə və yük xətlərində qısa qapanmalar olduqda;
yükün işçi cərəyanının nominal qiymətdən aşağı olduğu halda;
şəbəkə gərginliyinin tezliyinin dəyişdiyi halda.
Şək.1.7. Elektromexaniki çeviricinin sxemi
Hal-hazırda müasir təyyarələrdə bütün sadalanan funksiyaları yerinə yetirən elektron bloklar tətbiq olunur. İstismarda olan təyyarələrin hamısında elektron qoruyucu bloklarla yanaşı bir qayda olaraq elektromexaniki qoruyuculardan istifadə olunurlar.
Şəkil 1.8 – də generatorun çıxış cərəyanına nəzarət etməyə imkan verən cərəyan transformatorları (CT – current transformer) əsasında qurulan diferensial cərəyan qoruyucusunun sxemi verilmişdir. Şəkil 1.9 - da isə faza itməsini təyin etmək üçün nəzərdə tutulan Merz Prays sxemi verilmişdir.
Şək. 1.8. Çıxış cərəyanına nəzarət üçün diferensial cərəyan qoruyucusunun sxemi
Şək.1.9. Faza itməsini təyin etmək üçün Merz Prays sxemi
Elektron qoruyucu sxemlərin bir sıra üstünlüklərinə baxmayaraq, əvvəlki fəsillərdə qeyd olunduğu kimi relelər, kontaktorlar və qoruyucu avtomatlar da hal-hazırda qoruyucu qurğular kimi geniş istifadə olunur. Bu qurğular vasitəsilə avadanlıqların, onların elektrik dövrələrinin ayrı-ayrılıqda qoşulması, dövrədən ayrılması və qəzalı hallarda avtomatik olaraq dövrədən ayrılması təmin edilir. Şəkil 2.1-də qoruyucu avtomatın sxematik quruluşu verilmişdir.
Şək.2.1. Qoruyucu avtomatın sxematik quruluşu
Şəkil 2.2 - də elektrik start sisteminin sxemi verilmişdir. Sxemdən göründüyü kimi “start” düyməsi basıldıqda akkumulyatordan starter (motorun) relesinin işçi dolağına cərəyan verilir və bu rele işə düşərək motora (starterə) akkumulyatordan energi verilməsini təmin edir.
Şək.2.2. Elektrik start sisteminin sxemi
Fırlanan hissələrin mövcudluğundan asılı olaraq aviasiya EE çeviriciləri iki sinifə bölünür:
Elektrik maşın (sabit cərəyanı stabil tezlikli dəyişən cərəyana çevirir).
Statik (həm dəyişən cərəyanı sabit cərəyana, həm də sabit cərəyanı stabil tezlikli dəyişən cərəyana çevirir).
Dostları ilə paylaş: |