Yerüstü хidmətin sabit cərəyan şini 28V gərginliyi özünün TRU transformator-düzləndirici qurğusundan alır, o isə 115V giriş gərginliyini dəyişən cərəyan yükləmə-boşaltma şinindən alır.
Sabit cərəyan mərkəzi şini normal iş rejimində sol sabit cərəyan şinindən qidalanır. Avtomatik yerə enmə zamanı mərkəzi şin batareyanın «isti» şininə qoşulur (K107 kontaktı) və bununla avtopilotlar üç müstəqil sabit cərəyan mənbələrinə qoşula bilir.
Sabit cərəyan ehtiyat şini həmişə batareyalardan qidalanır. Əgər ehtiyat qidalanmanın açarı OFF vəziyyətində olarsa, sabit cərəyanın ehtiyat şini dövrədən açılmış olur (K109 kontaktı).