Köməkçi güc qurğusunun batareyasının şini həmin qurğunun batareyasından qidalanır. Yükləmə-boşaltma şini gərginlik altında olduqda doldurma qurğusu APU batareyasının şinini qidalandırır və həmin batareyanı doldurur.
Batareyanın şini sabit cərəyan sol şinindən (K106 kontaktı) və ya batareyanın «isti» şinindən qidalanır (K104 kontaktı). Əgər sabit cərəyan sol şinində gərginlik olmasa, batareya şini «isti» batareya şinindən qidalanır.
Əsas batareyanın «isti» şini əsas batareyadan qidalanır. Yüklənmə-boşaltma işlərin şini gərginlik altında olanda, batareyanın doldurma qurğusu onun «isti» şinini qidalandırır və əsas batareyanı doldurur. Uçuş zamanı hər iki sabit cərəyan şinlərində gərginlik yoх olarsa, HMG generatoru həm ötürücü şinləri, həm də batareyanın «isti» şinini qidalandırır (K10564 kontaktı).