Dəyişən cərəyanın mərkəzi şini normal iş rejimində sol əsas şinə qoşulmuş olur. Avtomatik yerə enmə zamanı mərkəzi şin statik invertorun çıхışına qoşulur və bununla avtopilotların üç müstəqil dəyişən mənbələrinə qoşulması təmin edilir.
Dəyişən cərəyanın ehtiyat şini sol ötürücü şindən qidalanır, lakin aşağıdakı hallarda ehtiyat şini statik invertordan qidalanmağa keçirilir:
- sol ehtiyat şinində gərginlik olmayanda;
- Batareyanın açarı (BAT) qoşulduqda (ON vəziyyəti);
- ehtiyat qidalanma açarı STBY POWER AUTO vəziyyətində olduqda.
Ehtiyat şinini dövrədən ayırmaq üçün ehtiyat qidalanmanın açarı OFF vəziyyətinə keçirilməlidir.
Dostları ilə paylaş: |