Sabit cəRƏyan maşinlarinin quruluşu və Əsas elementləRİ



Yüklə 276,53 Kb.
səhifə1/2
tarix22.10.2023
ölçüsü276,53 Kb.
#159784
  1   2
referat 5981


“Azərbaycan Hava Yolları”
Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyası

Sərbəst iş №1


Fakültə: Hava Nəqliyyatı
Qrup: 1155A
Kafedra: Avionika
Fənn: Elektrik maşınlarının əsasları
Tələbə: Əzimzadə Zaur
Müəllim: Hüseynov Vüqar
Mövzu: SABİT CƏRƏYAN MAŞINLARININ QURULUŞU VƏ ƏSAS ELEMENTLƏRİ

BAKI-2017


SABİT CƏRƏYAN MAŞINLARININ QURULUŞU
VƏ ƏSAS ELEMENTLƏRİ
Hər bir elektrik maşını kimi sabit cərəyan maşını da 2 əsas hissədən ibarətdir.
1. Maqnit sahəsi yaradan hissə - induktor;
2. Elektrik hərəkət qüvvəsi yaranan hissə - lövbər.
Sabit cərəyan maşınlarında induktor maşının tərpənməz hissəsi olan statorda yerləşir, lövbər isə fırlanan olur.
Sabit cərəyan maşınının statoru, yəni induktor əsas qütblər, əlavə qütblər və gövdədən ibarətdir. Əsas qütblər nüvədən, qütb uclugu və dolaqdan ibarət olub, vəzifəsi maşında əsas maqnit sahəsini yaratmaqdır.
Qütb nüvəsi qalınlığı 0,5-1,0 mm olan polad vərəqlərdən, bəzən də 2mm qalınlığı olan konstruksion polıd vərəqələrdən ştamplanaraq yığılır. Bunda məqsəd nüvənin lövbərə tərəf yönəlmiş aşağı qatlarında dövri cərəyanları azaltmaqdır. Bu cərəyanlar lövbər dişli olduğu üçün maqnit sahəsinin döyünməsi nəticəsində əmələ gəlir. Qütbdən lövbərə tərəf yönəlmiş genişləndiridmiş hissəsi başmaq, yaxud qütb ucluğu adlanır.
Maşının bütün əsas qütb nüvələri üzərindəki dolaqlar öz aralarında ardıcıl birləşdirilir və yalnız 2 uc kənara çıxarılır. Bütün nüvələrin dolaqlarının birləşdirilməsindən alınan dolağa təsirlənmə dolağı deyilir.
Gövdə sabit cərəyan maşınlarında əsas və əlavə qütbləri, eləcə də maşının bütün tərpənməz hissələrini özündə birləşdirir və gövdə vasitəsilə maşın bünövrəyə bərkidilir. Gövdənin maqnit qüvvə xətlərini keçirən hissəsinə yarmo deyilir.
Sabit cərəyan maşınının ən məsul hissəsi lövbərdir. Lövbər 3 əsas hissədən ibarətdir. Hazırda dişli-yuval ı baraban tipli silindrik lövbərlər tətbiq olunur. Hər bir lövbər, nüvədən, lövbər dolağından və kollektordan ibarətdir.
Lövbər nüvəsi qalınlığı 0,5mm olan xüsusi markalı elektrotexniki polad vərəqlərdən ştamplanmış disklərdən yığılır. Dövri cərəyanların qarşısını almaq üçün disklər hər iki tərəfdən nazik lak, yaxud oksid təbəqəsilə bir-birindən izolə edilir. Əgər nüvə bütöv poladdan hazırlanmış olsaydı, dövri cərəyanların təsirilə istiliyə çevrilən itkilər çox böyük qiymət alar, nüvə həddindən artıq qızarvə f.i.ə. aşağı düşərdi.
Lövbər dolağı xüsusi şablonlarda hazırlanan seksiyalardan ibarət olub, nüvə səthindəki yuvalarda yerləşdirilir.
Seksiyaların ucları müəyyən qayda ilə öz aralarında və kollektor lövhələri ilə birləşdirilir. Seksiyalar nüvədən çox səliqəli izolə olunur.
Maşının ən xarakterik hissələrindən biri kollektordur. Kollektor izolyasiya təbəqəsilə bir-birindən izolə edilərək silindr formasında yığılmış mis lövhələrdən ibarətdir. Lövhələrin qalınlığı maşının gücündən asılı olaraq, 2-15mm ola bilər.
Yığılmış silindr xüsusi pərçimləyici boltlarla sıxılaraq vala geydirilir. Kollektordan cərəyan almaq və yaxud ona cərəyan verməkdən ötrü fırça aparatı tətbiq edirlər.

Yüklə 276,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin