Müştərək sahibkarlığa invesyisiya qoyuluşunun iqtisadi səmərəliliyi Müştərək sahibkarlığa invesyisiya qoyuluşunun iqtisadi səmərəliliyi
XXI əsr dünyada qloballaşma və inteqrasiya əsri, eləcə də sürətli
informasiya dövrü kimi xarakterizə edilir. Təbii ki, bütün bu proseslər, həm də
milli təsərrüfatların daha sürətlə beynəlmiləlləşməsini, qlobal iqtisadi məkana
sürətli çıxışını və s. tələb edir. Eyni zamanda, qeyd olunanlar ayrı-ayrı milli
təsərrüfatların dinamik inkişafında xarici amillərin də rolunu artırır.
müasir dövrdə qarşıda duran mühüm vəzifələrdən biri də iqtisadiyyatın beynəlxalq əmək bölgüsündə səmərəli iştirakını təmin etməkdən, xarici kapitalın, mütərəqqi texnologiya və idarəetmə təcrübəsinin cəlb olunması yolu ilə məhsuldar qüvvələrin inkişafına nail olmaqdan ibarətdir.Ölkəyə xarici kapitalın,mütərəqqi texnika və texnologiyanın,müasir idaarəetmə təcrübəsinin cəlb edilməsinin ən səmərəli forması isə, sözsüz ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasıdır.Xarici investisiyanın iqtisadiyyatda oynadığı rolunu başa düşmək üçün ilk növbədə onun mahiyyətinə nəzər salmaq lazımdır. Qeyd etmək lazımdır ki, qüvvədə olan investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının 13 yanvar 1995ci il tarixli qanununda investisiyaya belə tərif verilir: İnvestisiya-gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
Xarici investisiyaların artım göstəriciləri və bu göstəricilərin get-gedə daha da yüksəlməsi bir daha xarici investisiya qoyuluşlarının iqtisadi inkişafın təmin olunmasında oynadığı rolu əks etdirir. Müasir dövrümüzdə investisiya qoyuluşlarına daxil olan vəsait və sərvətlər bunlardır.
Qoballaşıb vahid bir sistem halına düşən dünya iqtisadiyyatı onun ayr-ayrı həlqələrini təşkil edən milli təsərrüfatların daha da yüksək səviyyədə bir-birinə inteqrasiya etməsini,bir-birinə çuğlaşmasını tələb edir
Ümumiyyətlə ölkə iqdisadiyatına investorları cəlb eləmək üçün ölkədə gərək aşağıdakı faktorlar olsun
- ölkədə mövcud оlan sоsial-siyasi vəziyyət və оnun pеrspеktivləri;
- daхili iqtisadi vəziyyət və оnun inkişaf pеspеktivləri;
- daхili iqtisadi fəaliyyət və оnun pеrspеktivləri;
- dövlətin sahibkarlığa kömək siyasətinin stabil оlması;
- güzəştli vеrgi rеjimi;
- maliyyə vəsaitlərinin aхınına şərait yaradan tədbirlər sistеmi;
- innоvasiya mərkəzlərinin yaradılması;
- müəssisələrə maliyyə yardımının göstərilməsi üçün firma şəbəkəsinin inkişafı;
- kоnsultasiya mərkəzlərinin mövcudluğu;
- intеllеktual mülkiyyətin еffеktiv müdafiə sistеmi;
- təsərrüfat fəaliyyətinin tənzimlənməsi prоsеdurasının sadələşdirilməsi;
- işçi qüvvəsi kеyfiyyətinin yüksəldilməsi;
- infоrmasiya tехnоlоgiyası və kоmmunikasiya vasitələri ilə təminatlıq dərəcəsi;
- yaradıcılıq azadlığı və s.
Ölkəmizdə investisiya mühitini formalaşdıran amillərə ona birbaşa və ya dolayı yolla təsir göstərən qlobal və ölkədaxili amilləri misal göstərmək olar.Qlobal amillərə ölkələrərin bilavasitə fəaliyyətindən asılı olmadan ümumdünya miqyasında baş verən hadisələr,ölkədaxili amilləər isə ölkədə olan iqtiadi,siyasi,sosial,hüquqi,təbii-cografi mühit amilləri aiddir. Ölkədaxili amillərə aşağıdakıları misal olaraq göstərmək olar.
Siyasi amil investisiya iqliminin formalaşmasında və müştərək sahibkarlığın inkişafında mühüm amil olmaqla, ölkənin geosiyasi mövqeyini, mövcud siyasi rejimi, yeridilən siyasəti, ölkədə mövcud olan siyasi sabitliyi, dövlətin iqtisadiyyata müdaxiləsi səviyyəsini, beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını və s. məsələləri əhatə edir.
İnvestisiya qoyuluşlarının cəlb olunmasında mühüm yer tutan amillərdən biri də qlobal amillərdir. Bu amillər qrupuna əsasən beynəlxalq səviyyədə gedən proseslərin, coğrafi dəyişikliklərin və təbii hadisələrin təsirləri toplanmışdır ki, bunlar da ölkənin investisiya mühitinə dolayısı ilə təsir etməkdədir. Siyasi konfliklər (əsasən müharibələr, ölkələr arasında ziddiyyətlər və s.) iqtisadi böhranlar (dünya bazarında müxtəlif növ resursların qiymətlərinin yüksəlib enməsi), təbii fəlakətlər və coğrafi dəyişikliklər bu qəbilədən olan amillərdəndir.
Xəzər dənizinin Azərbaycan sektorunda hazırda 3,5 mlrd. ton neft, 200 mln. ton dəmir filizi, 180 mln. ton alunit, 400 min tona yaxın mis ehtiyatı vardır. Bu isə ölkədə neft-qaz sənayesindən əlavə həm də digər ağır sənye sahələrinin,xüsusən metalurgiya sənayesinin inkişafı üçün yüksək potensialın olmasına bariz nümunədir.
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi öz növbəsində müştərək müəssisələrin yaradılmasını və fəaliyyət dairəsinin genişləndirilməsini zəruri edirdi.Aparılan təhlillər göstərir ki, Azərbaycana qoyulmuş xarici investisiyalar hesabına ölkədə neft, qaz, energetika, metallurgiya, maşınqayırma, yeyinti sənayesi, kənd təsərrüfatı və digər sahələr geniş inkişaf etdirilmiş və bu prosesdə xarici və milli tərəfdaşların ortaqlaşa yaratdığı müştərək müəssisələr əhəmiyyətli rol oynamışdır.
Müşahidə və araşdırmalar göstərir ki, müasir dövrdə bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında müştərək müəssisələrin təşkilinə daha çox rast gəlinir. Azərbaycan Respublikasında müştərək müəssisələrin 14% iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə fəaliyyət göstərir.Neft layihələrinin həyata keçirilməsi üçün 2 mindən artıq Azərbaycan vətəndaşının çalışdığı 10 müştərək müəssisə fəaliyyət göstərir ki, onlar tanınmış xarici şirkətlərlə 381 milyon dollar dəyərində müqavilə işləri almışlar.Azərbaycanda fəaliyyət göstərən müştərək müəssisələrin inkişaf dinamikasını nəzərdən keçirsək görərik ki, son illərdə bu tip müəssisələrin sayı xeyli artmış, fəaliyyət dairəsi isə xeyli genişlənmişdir.Belə ki, 2005ci illə müqayisədə 2014cü ildə həmin müəssisələrin sayı 53,0 % artaraq 1218-ə çatmışdır.
Milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əməkdaşlığın, onun mühüm forması olan müştərək sahibkarlığın genişləndirilməsinin obyektiv zərurətə çevirir.Vahid sistem halında formalaşan dünya iqtisadiyyatına qovuşmaq və onun uğurlarından bəhrələnmək üçün beynəlxalq iqtisadi əməkdaşlığın müxtəlif formalarından bacarıqla istifadə olunmasını, bazar konyukturunun dəyişdirilməsini, xarici investisiyanın cəlb edilməsini və onun fəallığının artırılmasını nəzərə tutur.
Xarici investisiyanın ölkəmizə cəlb olunmasında əsas məqsədlər asağıdakılardan ibarətdir
- ölkədə istehsal rəqabət qabiliyyətinin, texniki-iqtisadi səviyyəsinin artırılması;
- ölkədə struktur dəyisikliklərin aparılması və mövcud iqtisadi potensialı
artırılması üçün yeni müəssisələrin yaradılması;
- yeni ixrac yönlü və idxalı əvəz edən istehsalların yaradılması;
- ölkədə rəqabətin mühitinin inkisaf etdirilməsi üçün yeni təsərrüfat
subyektlərinin yaradılması;
- az inkisaf etmis ərazilərin inkisaf etdirilməsi;
- ixtisaslı kadrların hazırlanması sahəsində xarici təcrübədən istifadə.
ölkədə xarici investisiya qoyuluşları üçün münbit şərait mövcuddur.Bu şəraitə aşağıdaklar aiddir:
- investorlar üçün hüquqi təminatlar;
-sürətlə inkisaf edən və açıq iqtisadiyyat;
- ÜDM-in 26,4 % illik artımı;
- xarici ticarət dövriyyəsinin 19,8 % illik artımı;
- orta idxal tarif dərəcəsi: 5,7%;
- qeyri-neft sektorunda geniş imkanlar;
- kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri;
- təbii ehtiyatlar,faydalı qazıntılar və münbit torpaq;
- əlverisli strateji mövqe;
- Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış;
- beynəlxalq ticarət təşəbbüslərində iştirak (İpək yolu, Şimal–Cənub koridoru);
- genişlənən Avropa faktoru və Yeni Qonsuluq Siyasətinə qosulma;
- rəqabət qabiliyyətli yerli isçi qüvvəsi;
- regionda adambaşına düşən ən yüksək xarici birbaşa və portfel investisiya
göstəricisi;
-son 5 ildə əksər iqtisadi fəaliyyət sahələrində yüksək artım sənaye – 7,5 dəfə,
tikinti – 3,8 dəfə, ticarət – 3,5 dəfə, nəqliyyat və rabitə – 2,9 dəfə, sosial xidmətlər –
2,8 dəfə, kənd təsərrüfatı – 2,1 dəfə
Cədvəldə əks etdirilən son 5 ili ayrı-ayrılıqda təhlil etsək görərik ki, hər il artım olmuşdur.Statistik göstərir ki, 2010-cu ildə xarici investisiya qoyuluşlarının həcmi 8247,8 mln. dollar,2011-ci ildə isə xarici investisiya qoyuluşlarının məbləği 8673,9 mln.dollar olmuşdur ki,bu da ötən il ilə müqaisədə 5,1% artım deməkdir
Müştərək biznesin müasir vəziyyəti və perspektivləri
Bazar münasibətlərinə keçid respublikada müxtəlif sahibkarlıq formalarının inkişafına geniş imkan açmışdır. Xüsusilə ölkədə iqtisadi inkişafın daxili imkanlar hesabına təmin edilməsi məhdud olduğundan, xarici investisiyanın cəlb edilməsi mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.
Təhlil göstərir ki, Azərbaycanda müştərək müəssisələrin və xarici
firmaların sayı müntəzəm surətdə artaraq 2000-ci ildəki 551-dən 2007-ci
ildə 1163-ə çatmış və ya 2,1 dəfə artmışdır.
Xarici və müştərək müəssisələrin fəaliyyətində müsbət irəliləyişlər nəzərə çarpır. Təhlil göstərir ki, 2008-ci ildə 2000-ci ilə nisbətən xarici və müştərək müəssisələrin sayı 21 dəfə, onlarda işləyənlərin siyahı sayı 2,9 dəfə, orta hesabla bir müəssisədə çalışanların sayı 3,7 dəfə, orta aylıq əmək haqqı 4,9 dəfə, istehsal olunan məhsulun (işlərin və s. xidmətlərin) həcmi 20,9 dəfə artmışdır.
Ölkəmizdə fəaliyyət göstərən müştərək müəssisələr kiçik olduğundan milli iqtisadiyyatın inkişafında onların rolu arzuolunan səviyyədə deyil, halbu ki, ölkənin zəngin təbii sərvətlərindən, əlverişli təbii-iqlim şəraitindən və böyük intellektual mülkiyyətindən daha səmərəli istifadə etmək üçün müştərək müəssisələrin iri miqyasda inkişaf etdirilməsi olduqca zəruridir. Bu məqsədlə dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi müştərək müəssisələrin inkişaf strategiyası işlənib hazırlanmalı və orada aşağıdakı önəmli məsələlər öz əksini tapmalıdır.
Birincisi, Azərbaycanda müştərək müəssisələrin yaradılması və fəaliyyəti sosial yönümlü bazar iqtisadiyyatı modelinin strateji prinsiplərinə əsaslanmalıdır. Daha doğrusu, müştərək müəssisələr xarici kapitalın ölkə iqtisadiyyatına axınının gücləndirilməsi və onun fəallığının artırılması, idxal-ixrac əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi, daxili istehlak bazarının
sivil qaydalarla qorunması, milli dövlət mənafeləri baxımından iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün əlverişli zəmin yaratmalıdır.
İkincisi, istehsal sahələrinin səciyyəvi xüsusiyyətləri, ölkənin iqtisadi
durumu və əhalinin psixoloji hazırlığı nəzərə alınmaqla dövlət mülkiyyətinin özəlləşdirilməsi geniş vüsət almalıdır.
Üçüncüsü, son vaxtlar elmi-texniki tərəqqinin nailiyyətləri əsasında
firmalararası əlaqələrin və sazişlərin keyfiyyətcə yeni formaları təzahür edir,
ölkənin, sahənin və müəssisənin rəqabətqabiliyyətinin yüksəldilməsində
mütərəqqi texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri dəyişir,
«ictimai tərəqqi» anlayışı və onun meyarları barədə yeni baxışlar çıxır, bazarların qloballaşması prosesi baş verir.
Nəticə
Beynəlxalq biznesin təşkilinin forması olan müştərək sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində, beynəlxalq əmək bölgüsünün dərinləşməsində, firmalararası kooperasiya əlaqələrinin qurulmasında, əhalinin məşğulluq. Müştərək sahibkarlıq beynəlxalq biznesin təşkilinin forması kimi səviyyəsinin yüksəldilməsində və rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayır. Müştərək sahibkarlığın inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət təsir göstərir, həmçinin yerli xammal resurslarından daha səmərəli istifadə olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə, ixrac potensialının artırılmasına səbəb olur. Müştərək sahibkarlığın təməlində tərəfdaşların səyləri, maliyyə vəsaitləri və material resurslarının birləşməsi, mənfəət və risklərin bölünməsində onların birgə iştirakı durur. Dünya iqtisadiyyatının qloballaşması ölkələr arasında yalnız əmtəə və işçi qüvvəsini deyil, həm də kapitalın beynəlxalq hərəkətini gücləndirir. Azərbaycanda zəngin təbii sərvətlərin mövcud olması, əlverişli biznes və investisiya iqliminin yaradılması ölkə iqtisadiyyatına xarici kapitalın axınını sürətləndirmişdir ki, bu prosesdə müştərək müəssisə və xarici firmaların rolunun artması meyli müşahidə olunur.
Diqqətinizə görə təşəkkürlər!
Dostları ilə paylaş: |