Qrup: 451. 18 Rəhbər: prof/ İbrahimov Nazim Tələbə


Qravitasiyalı qarışdırıcılar



Yüklə 382,9 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü382,9 Kb.
#42795
1   2   3   4   5   6
Qarışdırıcı qurğunun tıxacının bərpa texnologiyası

Qravitasiyalı qarışdırıcılar

Müasir qravitasiyalı dövri betonqarışdırıcılar barabana doldurulan quru materialların həcminə görə -100, 250, 500, 750, 1200, 1500, 2400, 3000, 4500 llik, hazır yoğurumun həcminə görə -65, 165, 330, 500, 800, 1000, 1600, 2000, 3000 l-lik məhlulqarışdırıcılar isə doldurulan quru materialların həcminə görə -40, 80, 150, 325, 500, 1000, 1500 l-lik, hazır yoğurumun həcminə görə-3Q, 65, 125, 250, 400, 800, 1000,1200, 1600, 2000 l-lik olur (cədvəl 16). Fasiləsiz qarışdırıcıların əsas keyfıyyət parametri onun məhsuldarlığıdır. Qravitasiyalı qarışdırıcılarda eynicinsli qarışıq almaq üçün baraban içərisindəki qarışığın qaldırılıb endirilməsi 30...40 tsikldə aparılmalıdır. Qarışığın sərbəst qarışması üçün barabanın həcmi doldurulan materialın həcmindən 2,5...3 dəfə artıq olmalıdır. Qravitasiyalı betonqarışdırıcılar aşan və stasionar barabanlı hazırlanır.

Şəkil 1. Aşan barabanlı betonqarışdırıcı: a-ümumi görünüşü; b-baraban; c-kinematik sxemi

Aşan barabanlə betonqarışdırıcı (şəkil 1, a, c) çatı (1) üzərində quraşdırılan travers (2), baraban (8), dayaq diyircəkləri (3 və 5), saxlayıcı 81 diyircəklər (4,7 vo 9) elektrik mühərriki (6), reduktor və tacşəkilli dişli çarx (13), traversi əymək üçün dəstək (10), hava silindri (11) və doldurma qurğusundan (12) ibarətdir. Qarışdırıcının baraban bir-birinə qaynaq edilmiş silindrik (2) və iki konusvari hissədən (1 və 6) hazırlanır (şəkil 1, b). Silindrik hissəyə kip oturdulmuş dayaq çənbərinə (3) tacşəkilli dişli çarx (4) bərkidilir. Barabanın daxili səthi yeyilməyə davamlı lövhələrlə (5) futerlənmış və ucları yeyüməyə davamlı ərinti ilə örtülmüş maili pərdələrdən (7) ibarətdir. Qarışdırıcı işlədikdə komponentlər dozalayıcılardan keçid qısa borusu ilə fırlanan barabanın içərisinə doldurulur. Material pərlər vasitəsilə 48° -dək bucaq altında hündurlüyə qaldırılıb, öz ağırlıq qüvvəsi ilə tökülərək qarışır. Beton qarışığının sərtliyindən asılı olaraq qarışma müddəti 60...150 san, barabanın doldurulma vaxtı isə 10...15 san götürülür. Qarışma qurtardıqdan sonra doldurma quruluşu uzaqlaşdırılır, hava silindri fırlanan barabanın 55° -yə qədər əyir və baraban içərisindəki qarışıq öz ağırlıq qüvvəsi ilə barabandan nəqliyyat qurğusuna boşaldılır. Barabanı aşırmaq üçün hava silindrinə 0,35 MPa, əvvəlki vəziyyətinə qaytarmaq üçün isə 0,7 MPa təzyiq altında sıxılmış hava verilir. Doldurulan materialın həcmi 2400 l, yoğurumun həcmi 1600 l, barabanın fırlanma tezliyi 0,201 san -1 , güc sərfi 28 kVt, məhsuldarlığı isə 60 mVsaat-dır.

Səyyar betonqarışdırıcı çərçivə üzərində quraşdırılmış barabanın aşırma mexanizmi, su dozalayıcı sistem, doldurma çalovu və çalovu qaldırıb endirmə mexanizmindən ibarətdir (şəkil 71). Barabana material çalovlu qaldırıcının köməyi ilə yüklənir. Qabaqcadan dozalanmış qırmadaş, qum və sement çalova yerdə doldurulur. Çalovu (1) kanatla (6) yuxarı qaldırmaq üçün betonqarışdırıcı-nın çərçivəsi üzərində yerləşən qaldırıbendirmə mexanizmi vardır (şəkil 2,a).



Şəkil 2. Səyyar betonqarışdırıcının kinematik sxemi: a-çalovu qaldırıb-endirmə mexanizmi; b-barabanın fırlanma və aşırma mexanizmi

Mexanizm flanslı elektrik mühərriki (5), sonsuzvint, reduktoru (4), iki baraban (3) və örtük içərisində yerləşən tənzimləmə qurğusundan (2) ibarətdir. Barabanlar dayaq yastıqlarında oturdulmuş üfüqi val (7) ilə hərəkətə gətirilir. Üfüqi valsonsuz vint reduktoru ilə fırladılır. Çalovu hərəkətə gətirmək üçün barabana dolanan kanatın bir ucu material ilə dolmuş çalova bağlanır. Çalovu yuxarı və aşağı vəziyyətlərə gətirmək üçün fırlanma bərəkəti yaldan sonsuzvint çarxına örtülür. Çalov yuxarı vəziyyətə gətirildikdə sonsuzvint çarxı fırlanaraq söykənəcək ilə son açarı qoşur və onu yuxarı kənar vəziyyətdə saxlayır. Çalov aşağı düşdükdə sonsuzvint çarxı əks tərəfə fırlanaraq söykənəcək ilə o biri son açarı işə qoşur. Söykənəcəklərin vəziyyətini dəyişməklə çalovun qalxma hündürlüyünü tənzimləmək olur. Barabanın aşırma mexanizmi sükandan (13), reduktordan (11), tormoz qasnağından (12) və pedaldan ibarətdir (şəkil 71,b),

Qarışdırıcının armudvari barabanı (8) içərisində pərlər, bərkidilmiş aşağı silindrik və yuxarı konusvarı hissələrdən hazırlanır. Baraban traverslə birlikdə çərçivənin sapfaları üzərində dönür. Traversə elektrik mühərriki (10) və reduktordan, (9) ibarət intiqal birləşdirilir. Baraban fırlanmaq üçün reduktorun çıxış valında sərt oturdulur. Təkərlər üzərində quraşdırılan betonqarışdırıcıda turbin tipli ДВК-40 markalı kranдж su dozatoru qoyulmuşdur. Yoğurumun həcmi 165 l, barabanın fırlanma tezliyi 0,33 san-1 (20 dövr/dəq), fırlanma mexanizminin gücü isə 1,1 kVt-dır.

Son zamanlar kiçik tikinti obyektlərində və şəxsi mülkiyyətlərdə beton qarışığı hazırlamaq üçün İtaliya firmasının seriya və buraxdığı müxtəlif həcmli aşan barabanlı betonqarışdırıcılardan istifadə edilir. Betonqarışdıran kiçik qabaritli və səyyar olduğundan onların istifadə sahəsi genişdir. Betonqarışdıranın barabanı (5) travers (3) üzərində çərçivədə (1) dayaqlar üzərində bərkidilir. Barabana doldurulmuş materiallar qarışdırıldıqdan sonra boşaldılmaq üçün baraban aşırdılır. Bu aşırma qurğusu (4) ilə yerinə yetirilir. Barabana fırlanma hərəkəti intiqal mexanizmindən ötürülür. Betonqarışdıranın intiqalı və idarə sistemi qutuda (6) yerləşdirilmişdir. Betonqarışdıranın yerini dəyişmək üçün onun çərçivəsi iki ədəd təkərlərdə (2) oturdulur.

Şəkil 3. İtaliyanın "FTA" firmasının aşan barabanlı betonqarışdırıcısı

Dövri məhlulqanşdırıcılar yapışdırıcı, su və qumdan mexaniki üsul ilə sement və məhlul qarışığı hazırlamaq üçün işlədilir. Bu qarışdırıcılar stasionar tipdə hazırlanır. Səyyar məhlulqarışdırıcıların tutumu 80, 100, 150 və 325 l, stasionar məhlulqarışdırıcılarındakı isə 750, 1000 və 1500 l-dir. Stisionar məhlulqarışdırıcı (şəkil 3) gövdə, tərpənməz baraban, pərli val və intiqaldan ibarətdir. Baraban (9) və valın (10) intiqalı şvellerlərdən qaynaqla hazırlanmış çatı (1) üzərində quraşdırılır. Barabanın yan divarlanna pərli valın yastıqlarını (11) oturtmaq üçün kronşteynlər (6) qaynaq edilir. Val üzərindəki spiralvari pərlər (4) materialı qarışdırmaqla bərabər, onu ox boyunca divardan barabanın orta hissəsindəki çaxmağın qapağı (5) ilə bağlanan lyuka doğru itələyir. Pərli valın intiqalı elektrik mühərriki (2), qayış ötürməsi (3), val (8), friksion mufta (12) və bir cüt silindrik dişli çarxdan (7) ibarətdir.

Qarışığın komponentləri qabaqcadan dozalanır və üstdəki qəfəsdən barabana doldurulur. Pərlərin valda möhkəm oturması üçün onların bərkidilən hissəsi kvadrat şəklində hazırlanır. Vala fırlanma hərəkəti dəstəklə (13), friksion muftanı qoşmaqla ötürülür. Pərli valın fırlanma tezliyi 0,33 san-l , doldurulan materiala görə barabanın tutumu 1500 l, məhlulqarışdırıcının məhsuldarlığı 22 m3 /saat, mühərrikin gücü 20 kVt-dır. Fasiləsiz məhlulqarışdırıcı konstruktiv cəhətdən fasiləsiz məcburi təsirli betonqarışdırıcıya uyğundur. Fərq yalnız məhlulqarışdırıcıda bir qarışdırıcı valın olnasındadır. Bu cür məhlulqarışdırıcının məhsuldarlığı 4,6 m3 /saat-dır. Qravitasiyalı fasiləsiz təsirli betonqarışdırıcılarda qarışığın komponentləri qarışmaqla bərabər, fırlanan barabanın içərisində doldurma qıfından boşaltma boğazlığına doğru hərəkət edir. Prosesin fasiləsizliyi yüksək məhsuldarlıq əldə edilməsinə, keyfıyyətli qarışıq alınmasına və texnoloji prosesin avtomatlaşdırılmasına imkan verir. Məhsuldarlığı m3 /saat olan betonqarışdırıcılardan böyük beton zavodlarında plastik beton qarışığı hazırlamaq üçün istifadə edilir



Şəkil 4. Stasionar məhlulqarışdırıci: a-ümumi görünüşü ; b-kinematik sxemi





Yüklə 382,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin