II FƏSİL. Qarışdırıcı qurğunun tıxacının bərpası
2.1. Dövri qarışdırıcı qurğunun işləmə prinsipi
Dövri qanşdırıcıların məhsuldarlığı bir yoğurumun həcmindən Vy və saatdakı yoğurumların sayından asılıdır. Qarışma zamanı xırda hisssəcikclər iri hissəciklərin arasındakı boşluqları doldurduğu üçün alınan məhsulun həcmi barabana doldurulan quru materialların ümumi həcmindən həmişə az olur. Bu, çıxım əmsalı ilə xarakterizə edilir və yoğurumun həcminin Vy barabana doldurulan quru materialların həcminə V nisbəti kimi götürülür:
burada Ky-bir yoğurumun həcmi, l; Vsem, Vqum, Vq(çın)-uyğun olaraq setment, qum və qırmadaşın (çınqılın) həcmləridir. Qarışıgın komponentlərinin dənəvər qranulometrik tərkibindən asılı olaraq çıxım əmsalı beton qarışığı üçün 0,65....0,75 məhlul qarışığı üçün 0,85.,.0,95 göturülür.
Dövri qarışdırıcının məhsuldarlığı
burada kv -maşının iş vaxtından istifadə əmsalı (kv=0,65...0,70); t1-materialın barabana doldurulması vaxtı (t1=10...20 san); t2 -qarışma vaxtı (beton qarışığı üçün t2=60...240 san, məhlul qarışığı üçün t2=120...150 san); t3-qarışığın barabandan boşaldılması vaxtı (t3=10..20 san); t4-barabanın əvvəlki vəziyyətinə qaytarılması vaxtıdır, san
Qarışdırılan hissəciklərin mərkəzəqaçma qüvvəsinin təsiri ilə barabanın divarına sıxılaraq onunla birlikdə hərəkət etməsinə yol verməmək üçün barabanım fırlanma tezliyi düzgün seçilməlidir. Aşan barabanlı qarışdırıcıda barabanın fırlanma tezliyi
burada -pərin üfüqə görə maillik bucağı (=45°); 1-qarışığın polada görə sürtünmə əmsalı (1=0,6); R-barabanın silindrik hissəsinin daxili radiusudur, m. Praktikada dövri betonqarışdırıcıların barabanının fırlanma tezliyi 0,2...0,46 san -1 (12...28 dövr/dəq) götürülür. Qarışdırıcının parametrləri sxem əsasında aparılır.
Mühərrikin gücünün təyini. Qravitasıyalı dövri beton-qarışdırıcı mühərrikinin gücü,
burada N1- beton qarışığının qaldırılmasına sərf olunan güc, Vt; N2 -çənbərin diyircəklər üzərində diyirlənmə sürtünməsini dəf etməyə sərf olunan güc, Vt; N3 - dayaq diyircəklərinin sapfasında sürtünməni dəf etməyə sərf olunan güc, Vt; - intiqalən f.i.ə.-dır, =0,80...0,85.
burada A-baraban içərisindəki qarışığın qaldırılmasına sərf olunan iş, Nm nbarabanın fırlanma tezliyidir, san-1
burada Gv, Gk -barabanın silindrik və konusvarı hissəsindəki qarışığın çəkisi, N; ys, yk - barabanın fırlanma oxundan silindrik və konusvarı hissələrdəki qarışığın ağırlıq mərkəzlərinə qədər olan məsafələrdir, m.
burada Fs -barabanın silindrik hissəsindəki qarışığın en kəsiyinin (seqmentin) sahəsi, m2 ls-barabanın silindrik hissəsinin uzunluğu, m; p-quru qarışığın sıxlığı (p=1400..1500 kq/m3 ); g-sərbəst düşmə təcilidir (g=9,8 m/san2 ).
Seqmentin sahəsi
burada R-barabanın daxili radiusu, m; -tutum bucağıdır, rad.
Baraban fırlandıqda silindrik hissədəki materialın ağırlıq mərkəzinin yerdəyişməsi
-qarışığın firlamada təbii maillik bucağıdır, =30...45°
Barabanın konusvarı hissəsindəki materialın ağırlıq mərkəzinin yerdəyişməsi
burada Gb -barabanın çəkisi, N; Gm-barabanın içərisindəki materialın çəkisi, N; Rıçənbərin radiusu, m; r-diyircəyin radiusu, m; ro-sapfanın radiusu, m; -diyircəyin qurulma bucağı (=30...35°); f-diyirlənmə sürtünmə əmsalı (f=0,002...0,003) m; f1 - sürüşmə sürtünməsi əmsalıhdır (f1=0,01).
Barabanı aşıran mexanizmin hesablanması. Betonqarışdırıcının barabanı əl ilə idarə olunan mexaniki sistemlə, eləcə də hava və hidravlik silindrlərlə aşırılır. Mexaniki sistemdən kiçik tutumlu barabanların aşırılmasında istifadə edilir.
.
Nəticə
Beton qarışığının səlisliyi, rahat yerləşdirilə bilməsi və axarlığı onun texnoloji xassəsi, möhkəmliyi, suudma, istilik keçirmə və sukeçirməsi, şaxtayadavamlılığı, odadavamlılığı və fiziki-mexaniki xassələridir. Sement betonları sıxlığına görə çox agır: 2500 kq/m3-dən çox; ağır: 1800...2500 kq/m3 ; yüngül: 500...1800 kq/m3 , daha yüngül: 300 kq/m3 -dən az olur. Betonun markası onun sıxılmaya möhkəndiyinə görə təyin edilir. Betonun markası dedikdə, standart üsul ilə beton qarışığından hazırlanıb, normal şəraitdə bərkimiş 15x15x15 sm ölçüsündə 28 günlük kub nümunələrinin sıxılmaya möhkəmlik həddi nəzərdə tutulur.
Dostları ilə paylaş: |