Təhlükəli potensiallı obyektlərin siyahısı.
Təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə* aşağıdakılar aiddir:
Partlayıcı, pirotexnik, zəhərləyici, yüksək zəhərləyici, tezalovlanan, tezalışan, oksidləşən və ətraf mühit üçün təhlükəli maddələr üzrə ammonyakın, ammonium nitratın (tərkibində ammonium nitratdan azot kütləsinin 28%-dən çox olduğu ammonium-nitrat və ammonium qarışığı, ammonium-nitrat konsentratı kütləsinin 90%-dən çox olduğu ammonium-nitratın su məhsulu), akrilonitrilin, xlorun, etilenoksidin, tərkibində sian olan hidrogenin, tərkibində ftor olan hidrogenin, tərkibində sulfid olan hidrogenin, kükürd dioksidin, kükürd trioksidin, alkillərin, fosgenin, sinilin və nitrilakril turşusunun, metilisianatın, qeyri-üzvi məhsulların, neft və digər karbohidrogen qazlarının və qazaoxşarların, kimyəvi reaktivlərin, azotun və fosforun, əsas kimya və kimyəvi mühafizə məhsullarının, dərman preparatlarının, mikrobioloji məhsulların, yağ-piy məhsullarının, qəfildən çürümə meyilli xüsusiyyət daşıyan maye və ya bərk məhsulların, efir-yağ və sintetik ətirli maddələrin, havanın bölünmə məhsullarının, suyun elektrolizi məhsullarının, uran və ya torium filizlərinin və konsentratlarının, uran filizlərinin və konsentratlarının, torium filizlərinin və konsentratlarının, kimyəvi radioaktiv elementlərin və radioaktiv izotopların (bölünən və təkrar istehsal olunan kimyəvi elementlər və izotoplar daxil olmaqla) və onların birləşmələrinin, təbii uranın və onun birləşmələrinin, Uran-235 ilə zənginləşdirilmiş uranın və onun birləşmələrinin, plutoniumun və onun birləşmələrinin, Uran-235 ilə kasadlaşdırılmış uranın və onun birləşmələrinin, toriumun və onun birləşmələrinin, radioaktiv elementlərin, izotopların və radioaktiv birləşmələrin, nüvə reaktorlarının istifadə olunmuş (işlənmiş) yanacaq elementlərinin, ağır suyun (deyteri oksidi) və s. alınması, istifadə edilməsi, emal olunması, düzəldilməsi, saxlanılması, nəql olunması və məhv edilməsi ilə məşğul olan obyektlər.
Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 1150S rejimdə işləyən avadanlıqlarla təchiz olunmuş müəssisələrin işçi təzyiqi 0,07 meqapaskaldan (0,7 kqq/kv.sm) çox olan buxar qazanları, buxar kəmərləri və təzyiq altında işləyən tutumları, temperaturu 1150S-dən çox olan suqızdırıcı qazanları və isti su kəmərləri.
. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmləri, eskalatorları, kanat yolları, mexanikləşdirilmiş attraksionları, funikulyorları və liftləri, o cümlədən körpülü, portal və qülləli kranları, vışkaları, sərnişin və yük liftləri, asma sərnişin və yük kanat yolları olan obyektlər.
dəmir filizi xammalının, koksun (karbonla zənginləşdirilmə, kokslama, kokslamanın kimyəvi məhsullarının tutulması və emalı), çuqunun, poladın (poladın və dəmirin birbaşa alınması da daxil edilməklə), lyünkeritlərin və ekzotermik qarışıqların, ferroərintilərin, tökmə və odadavamlı materialların istehsalı obyektləri;
giltorpaq (bişirmə və alüminium zavodlarında kalsiumlaşdırma), alüminium (kriolitin flotasiyası və regenerasiyası da daxil olmaqla), kristal silisium, elektrotermik silumin, nikel, kobalt, mis, sink, qurğuşun, qalay, titan, maqnezium, molibden, civə, yarımkeçirici materiallar (silisium, germanium), bərk ərintilər, nəcib metallar, kükürd, toz halında olan metallar (dəmir, manqan, alüminium, maqnezium, volfram, molibden, niobium, tantan, nikel, kobalt, sink, titan, sirkonium) istehsal olunan obyektlər;
.zavodlararası kommunikasiya xətləri daxil olmaqla, yuxarıda adları çəkilən istehsal sahələrində istifadə edilən hidrogenin, xlorun, ammoniumun, havanın bölünmə məhsullarının alınması, emalı, paylanması və saxlanması obyektləri;
qaz təsərrüfatı (qazın təzyiqini artırma və qaz kompressor stansiyaları, domna, koks, konvertor, ferroərinti, təbii qaz və onların qarışıqlarının zavodlararası, sexlərarası və sex qaz kəmərləri), istehlakçı sexlərin qaz avadanlıqları, yuxarıda adları çəkilən istehsalatlarda qaztəmizləmə, toztutma, aspirasiya və ventilyasiya obyektləri.
.daş kömürün, briketlərin, okatışların və daş kömürdən alınan oxşar bərk yanacaq növlərinin, liqnitin, aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş qonur kömürün, aqlomerasiya edilmiş və ya aqlomerasiya edilməmiş torfun (torf tullantıları daxil olmaqla), daş kömürdən, liqnitdən və ya torfdan koks və yarımkoksun, aqlomerasiya edilmişinin və ya aqlomerasiya edilməmişinin, retorta edilmiş kömürün, daş kömürün, suyun, generator qazının və oxşar qazların (neft qazlarından və digər karbohidrogen qazlarından başqa), daş kömürün, liqnitin və torf qətranlarının və digər susuzlaşdırılmış və ya susuzlaşdırılmamış mineral qətranların, yaxud qismən distillə edilən məhsulların, o cümlədən bərpa olunmuşların, daş kömür qətranının yüksək temperaturda distillə edilməsinin digər məhsullarının, daş kömür qətranından və digər mineral qətranlardan alınmış pek və pek koksunun hasilatı, alınması, emalı, saxlanılması və istifadəsilə məşğul olan şaxtalar, mədənlər, karxanalar, sulu duz mədənləri, duz mədənləri, zənginləşdirmə və digər təyinatlı obyektlər;
toztörədən texnoloji obyektlər, bərk dispers məhsulların nəqli obyektləri, partlayış təhlükəli toz-hava qarışığının yaranması ehtimalı olan istehsal obyektləri;
müalicə və təsərrüfat əhəmiyyətli mayemineral resursların hasilatı və istifadəsi obyektləri, mineral məhsulların emalı obyektləri;
sənaye əhəmiyyətli partlayış işləri aparılan obyektlər, partladıcı materiallar saxlanılan anbarlar və onları daşıyan nəqliyyat vasitələri;
su tərkibli və sadə dənəvərlənmiş partlayıcı maddələrin istehsalı və sənaye partlayış məmulatları hazırlayan obyektlər;
partladıcı materiallardan və məmulatlardan elm, tədris, təcrübi və digər bu tipli məqsədlər üçün istifadə edən elmi-tədqiqat institutlarının laboratoriyaları.
Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri üzrə:
neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının kəşfiyyatı ilə bağlı qazma obyektləri;
neft, qaz, qazkondensat və termal su yataqlarının, yeraltı qazsaxlama anbarlarının, neft şaxtalarının işlənilməsi ilə bağlı qazma, istismar, geofiziki tədqiqatlar və lay təzyiqinin saxlanılması obyektləri;
mədəndaxili və mədənlərarası neft, qaz və lay suyunun yığılması, hazırlanması və nəqli obyektləri;
qaz emalı və helium istehsalı zavodları, neft və qazın kompleks hazırlanması və separasiyası məntəqələri, nasos və kompressor stansiyaları, rezervuar-çən parkları, dənizdə neftçıxarma kompleksləri;
magistral neft-qaz boru kəmərlərinin istismarı ilə əlaqədar neftvurma və qaz kompressor stansiyaları, kondensatın saxlanması və qazsızlaşdırılması üçün çənlər, neftin və neft məhsullarının, kondensatın və maye karbohidrogenlərin yeraltı anbarları,
Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması üzrə:
təhlükəli yüklərin dəmir yolu vasitəsilə daşınmasında istifadə olunan sisternlər, vaqonlar və konteynerlər;
təhlükəli yükləri daşıyan vaqonların, xüsusi sisternlərin və konteynerlərin yuyulması və təmizlənməsi obyektləri;
hava limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, yüklənməsi və boşaldılması obyektləri;
dəniz donanması vasitəsilə təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulan gəmi növləri;
dəniz limanlarında təhlükəli yüklərin qəbulu, saxlanması, boşaldılması və doldurulması obyektləri;
Elevatorlu unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi ilə əlaqədar fəaliyyətdə olan taxılın elevator siloslarında saxlanılması və emalı obyektləri, qarışıq yem və gübrə formasında ammonium-nitratın (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium-nitratdan azot kütləsinin 28%-dən çox olduğu mürəkkəb gübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə birlikdə ammonium-nitrat var) istehsalı, saxlanması, daşınması və istifadəsi obyektləri.
Neft-kimya, neft emalı və qaz təchizatı sahələri üzrə:
neft qazlarının, digər karbohidrogen qazlarının və digər qazaoxşarların, neft koksunun, neft bitumunun və neft emalının digər qalıqlarının, o cümlədən bitumlu süxurlardan alınanların, təbii bitumun və asfaltın, bitumlu və neftli şistlərin və bitumlu qumların, asfaltitlərin və asfalt süxurlarının, təbii asfalta, təbii bituma, neft bitumuna, mineral qətranlarla və ya mineral qətran peklərinə əsaslanan bitumlu qarışıqların (bitumlu mastikalar, asfalt yol örtükləri), yağların yüksək temperaturda distillə edilməsindən alınan digər məhsulların, ətirli tərkib hissələri kütləsinin ətirsiz tərkib hissələri kütləsindən artıq olan oxşar məhsulların (benzolun, toluolun, ksilolun, naftalinin, digər ətirli karbohidrogen qarışıqlarının, fenolların, kreozot yağlarının və digərləri), neft-qaz emalının və neft-kimya məhsullarının digər növlərinin, əsas üzvi maddələrin sintezinin və üzvi xlor məhsullarının, kauçuk, şin, texniki-rezin, şistlərin və texniki karbonun, kimyəvi liflərin, polimer materialların və plastik kütlələrin, sintetik rəngləyicilərin, kimyəvi əlavələrin və digər incə üzvi sintez məhsullarının, lakrəngləyicilərin, məişət kimya məhsullarının istehsalı obyektləri;
qəza vaxtı tezalışan qaz püskürmələrinin (buxarlarının) yaranması ehtimalı olan texnoloji obyektlər, neft məhsulu anbarları, doldurma-boşaltma stansiyaları, tezalışan sıxılmış qazların nəqliyyat sistemləri;
partlayış xüsusiyyəti daşıyan maye və ya bərk məhsulların alınması və emalı ilə bağlı obyektlər;
insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan zərərli maddələrin istehsalı və emalı üzrə obyektlər;
neft məhsulları tullantılarının təkrar emalı, təmizlənməsi və qaz halı alan tullantıları yandıran və utilizasiya (yenidən istifadə) edən yerli və ümumzavod obyektləri;
ayrıca yerləşən və sexyanı nasos, kompressor və soyuducu stansiyalar;
təmizləyici qurğular, sənaye kanalizasiyası və təkrar su təminatı obyektləri;
şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinin istismarda olan xarici qaz xətləri (qəsəbələrarası birləşdirici qaz kəmərləri daxil olmaqla), qaz tənzimləyici qurğuları olan məntəqələr və ölçü qovşaqları;
təzyiqi 1,2 meqapaskaldan (12 kqq/kv.sm) çox olmayan təbii qazdan (qaz və neft yataqlarının) və təzyiqi 1,6 meqapaskaldan (16 kqq/kv.sm) çox olmayan mayeləşdirilmiş karbohidrogen qazından yanacaq kimi istifadə edən qaz kəmərləri və qaz avadanlıqları olan sənaye və kənd təsərrüfatı obyektləri;
qazdoldurucu stansiyalar və məntəqələr, stasionar avtomobil qazdoldurma stansiyaları, mayeləşdirilmiş qazın çən və qrup halında balonlarda saxlanılması və istifadəsi obyektləri, qazın istehsalı və emalı müəssisələri, qaz məhsullarının saxlanılması, sıxılmış və maye qazın satışı məntəqələri.
Dostları ilə paylaş: |