Azərbaycan Memarliq və İnşaat Universiteti
Kurs Lahiyəsi
Fakultə: İnşaat-Texnologiya
Kafedra: Fövqəladə hallar və Həyat fəaliyyətin təhlükəsizliyi
İxtisas: Fövqəladə hallar və Həyat fəaliyyətin təhlukəsizliyi mühəndisliyi
Qrup: 647a1
Fənn: Obyekt, bina və qurğuların dayanıqlığı
Mövzu: Майеляшдирилмиш карбощидроэен газлары (МКГ) partlayışın nəticələrinin qiymətləndirilməsi və partlayışa qarşı dayanıqlıq tədbirləri
Müəllim: Səbzəliyev Soltan
Tələbə: Hacizadə Şahmar
Bakı 2020
Giriş.
Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, pa rtlayışlar bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələ rin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektl ərində,magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir..Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3hissəsi nə qliyyatda baş verən qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir hissə ni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen f əlakətlər təşkil edir. Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr möv cuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. Bunların əsas səbəbləri aşağıdakılardır: - istehsalat sahələrihdə təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizmini n zəifləməsi; respublikada iqtisadiyyatın sturukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, hab elə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi; bəzi sənaye sahəl ərində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasit ələrinin, əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% vədaha artıq aşınması; sənaye istehsalında təhlükəsizlik texnikasının, x ammalın və hazırlanan məhsulun keyfiyyətcəkəskin surətdəaşağı düşməsi; istehsalata təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların,belə amillərdən kollektivvə fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətsiz olması; ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması; partlayış,yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi; potensial təhlükəli istehsalat və obyektlərin və ziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması; qəza və fəlakətlərin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;FHın baş verməsi ehtimalı olunan zonalarda sosial problemlərin yaranması. Texnogen xarakterli fövqəladə hallar dedikdə ümumlikdə, insanın sənaye və təsə rrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.Elmitexniki tərəqqi inkişaf etdikcə, onun nailiyyətləri artdıqca ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur.Təbiətdə baş verən fəlakətlər, həmçinin sayca çoxalan texnogen mənşəli qəzalar insanları bu barədə daha çox düşünməyə vadar edir.Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəza lar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır.
Dostları ilə paylaş: |