Qrup: 689A3 Kafedra: Mühəndis riyaziyyatı və süni intellekt



Yüklə 1,35 Mb.
səhifə1/12
tarix02.01.2022
ölçüsü1,35 Mb.
#40863
  1   2   3   4   5   6   7   8   9   ...   12
Multimedia s.is 1


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

Müəllim: Tükəzban Quliyeva

Tələbə:

Qrup: 689A3

Kafedra: Mühəndis riyaziyyatı və süni intellekt

Fənn: Multimedia Texnologiyaları

Fakultə: İTT

Mövzu:

Obyektlərin redaktəsi və yaradılmasının ümumi prinsipləri: ilk olaraq obyektin təxmini forması hazırlanır. CorelDraw proqramında çevrə, düzbucaqlı, spiral, çoxbucaqlı və s. bu kimi tez-tez təsadüf edilən müxtəlif formalı obyektlərin yaradılması üçün alətlər var. Növbəti mərhələdə isə obyektin yeni kəsişmə nöqtələrini əlavə və ya ləğv etməklə, həmçinin seqmentin əyriliyinin nizamlanması ilə korreksiya olunur. Seqmentlərin əyriliyi dedikdə xətlərin koordinatları (qabarıqlıq dərəcəsi) nəzərdə tutulur. İstənilən əyri seqmenti düz xəttə, düz xətti isə əyriyə çevirmək olar. Kəsişmə nöqtələrinin yerini dəyişdikdə də obyektin forması dəyişə bilir. Lazım olan formanı alandan sonra obyektin özü və kontur üçün rəng seçilir. Bu zaman konturun qalınlığını da müəyyənləşdirmək olar. Onu da qeyd etmək lazımdır ki, təcrübəli istifadəçilər elementar formalar yaratmaq üçün nəzərdə tutulan alətlərdən istifadə etmədən də belə qeyri-standart formalar düzəldə bilirlər.

Bu redaktor vasitəsilə yaradılan istənilən şəkil bir və ya bir neçə obyektdən ibarətdir. Bu obyektlər isə müəyyən qədər və ya tamamilə üst-üstə düşə bilər. Bu barədə növbəti bölmələrdə ətraflı məlumat veriləcək.

Beləliklə, CorelDraw ilə ilkin tanışlıq yekunlaşır.



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin