Qrup: A2222/qnmf mövzu: Heydər Əliyevin təhsil sahəsində apardigi islahatlar



Yüklə 22,44 Kb.
səhifə2/3
tarix28.04.2023
ölçüsü22,44 Kb.
#104336
1   2   3
Əsədzadə Heydər ppx...pptx

Peşə təhsilinin inkişafı
Peşə təhsilinin inkişafının yüksəliş dövrü məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdır.
Ali təhsilin prioritet rolu
Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi. Azərbaycanda ən müasir tələblərə cavab verən və milli brendə çevrilmiş ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaradılmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır.
Heydər Əliyevin milli kadr hazırlığı siyasəti
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1978-ci ildən etibarən respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuş, 1980-ci illərin əvvəllərindən isə bu göstərici ildə 1000-1400 nəfərə çatmışdı.

Yüklə 22,44 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin