2. Azərbaycanın Səlcuq imperiyasının tərkibinə qatılması
3. Xalqın formalaşması prosesi.
1. Səlcuq türkləri və onların yürüşləri.
XI əsrin II yarısında Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri əhatə edən Böyük səlcuq imperatorluğu yarandı. Səlcuqlar oğuz- türkləri idilər. Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcuqun adından əmələ gəlmişdir.
Səlcuq özü əvvəllər oğuz-türk tayfalarından biri olan qınıq tayfasının başçısı olmuş, X əsrdə islam dinini qəbul etdikdən sonra oğuz-səlcuq tayfalarına başçılıq etmişdir. Səlcuqlar Sır-Dərya boyundakı torpaqlarda yaşayırdılar.
Səlcuq türklərinin tayfa başçısı Toğrul bəyin göstərişi ilə onun qardaşı Çağı bəy 1015 ildə Bizansa qarşı ilk kəşfiyyat səfərinə çıxdı.
Onlar İran və Azərbaycan torpaqlarını aşaraq Bizans ərazisinə daxil oldular. Çağı bəy Bizans qoşunlarına qalib gələrək Van gölü hövzəsini ələ keçirdi. Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldı.
Bizansa qarşı hərbi əməliyyatını davam etdirə bilməyən Çağı bəy 1021-ci ildə Mavərannəhrə dönüb səfəri barədə qardaşı Toğrul bəyə məlumat verdi.
O, Qaraxanilər və Qəznəvilər kimi qüdrətli qonşularla toqquşmaqdansa xilafətin tənəzzülündən sonra siyasi dağınıqlıq dövrü yaşayan İran, cənubi Qafqaz, o cümlədən Azərbaycan istiqamətində və Bizansa qarşı hücuma keçmək təklifini irəli sürdü.
Sonra səlcuq türklərinin qərbə doğru kütləvi axınları başladı
XI əsrin əvvəllərində Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldılar.
Elə burada da 1038 ildə paytaxt Nişapur şəhəri olan ilk Səlcuq dövləti meydana gəldi. Səlcuqun
nəvəsi Toğrul bəy (1038-1063) sultan elan edildi. Onun dövründə daha da möhkəmləndilər.
1040 il mayın 23-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin qüvvələri darmadağın
edildi. Bu qələbədən sonra Mərv şəhərində toplanan Böyük Qurultayda şərqdə və qərbdə yeni
işğallara başlamaq qət olundu.
Dövlətin paytaxtı Nişapurdan Reyə köçürüldü (1043). Səlcuq
qoşunları burada 3 istiqamətdə - Həmədan-Isfahan, Gilan və Azərbaycana doğru yürüşə çıxdılar.Həmədan - Isfahan istiqamətində hücuma keçən səlcuq qoşunlarına İbrahim Yinal, Gilan üzərinə yürüş edən qüvvələrə Kutalmış Azərbaycanın cənub rayonlarına doğru hərəkət edən qoşunlara
isə Həsən və Yaquti başçılıq edirdilər.
Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Beləliklə, sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan (1038-1044), Xarəzm (1043), Qərbi İran (1042-1051) səlcuq türklərinin əlinə keçdi.
1055-də Bağdad da daxil olmaqla Iraq işğal olundu. Abbasilər Xilafəti səlcuq türklərindən asılı vəziyyətə düşdü. Abbasilər sultan Toğrulu bütün “Şərqin və Qərbin hökmdarı” kimi tanımağa başladı.
Sultan Alp Arslanın (1063-1072) və Məlik şahın (1072-1092) hakimiyyəti illərində səlcuq
türkləri daha geniş əraziyə yayıldılar. Malazgird vuruşmasında (1071, 25 avqust) Bizans
imperiyasının hərbi qüvvələrini darmadağın edən və imperator Roman Diojeni əsir alan Alp
Arslan demək olar ki, bütün Kiçik Asiyanı işğal etdi. Sonradan Suriya, Fələstin, Ermənistan və
Gürcüstan əraziləri Orta Asiyada isə Mavəraunnəhr - Amu Dərya ilə Sır dərya çayları arasından
torpaqlar səlcuq türklərindən asılı vəziyyətə düşdü. Nəticədə Yaxın və Orta Şərqin siyasi
xəritəsində Böyük səlcuq imperatorluğu kimi qüdrətli dövlət yarandı. XI əsrin II yarısında bütün Orta Asiya, İran, Cənubi Qafqaz, Iraq, Suriya, Kiçik Asiya və Ərəbistan yarımadası səlcuq türklərinin əlində idi.
Səlcuqlar Azərbaycanı asanlıqla tutdular. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuq türklərinin soydaşları idilər. Bir-biriləri ilə yola getməyən Rəvvadilər, Şəddadilər və Şirvanşahlar dövlətini səlcuq qoşunlarına qarşı birləşərək müqavimət göstərə bilmədilər. 1054-ci ildə sultan Toğrulun hərbi qüvvələri Təbrizə yaxınlaşdı.
Azərbaycanın Səlcuq imperiyasının tərkibinə qatılması.
Səlcuqun nəvələri Toğrul bəy və Çağrı bəy səlcuqları bir bayraq altında birləşdirdilər.
Onların əsas hədəfi Kiçik Asiya və Bizans torpaqları idi..Toğrul bəyin göstərişi ilə qardaşı Çağrı bəy 1015-ci ildə Bizansa qarşı ilk kəşfiyyat yürüşünə çıxdı.Onlar Bizans qoşunlarına qalib gələrək Van gölü hövzəsini ələ keçirdilər.
Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.Bu yürüş kəşfiyyat xarakteri daşıdığından 1021-ci ildə onlar geri qayıtdılar.
XI əsrin əvvəllərində səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldılar.1038- ci ildə Nişapuru ələ keçirdilər və mərkəzi Nişapur olan Səlcuq dövlətinin əsasını qoydular.Dövlətin başçısı Toğrul bəy ( 1038- 1063 ) sultan titulunu qəbul etdi.1040-cı il mayın 23- də ( avqustun 26-da ) Dəndənəkan döyüşündə səlcuqlar Qəznəvilər üzərində qəti qələbə çaldılar.Onlar 1043-cü ildə paytaxtlarını Nişapurdan Rey şəhərinə köçürdülər.1048- ci ildə Mərv şəhərində keçirilən qurultayda Qərb və Şərq torpaqlarının tutulması qərara alındı.1048-ci il sentyabrın 18-də səlcuq- Azərbaycan ordusu bizans-erməni-gürcü feodallarının birləşmiş ordusunu darmadağın etdilər.1055-ci ildə Bağdad daxil olmaqla İraq işğal edildi.Xəlifə sultanı “ Şərqin və Qərbin hökmüdarı “ kimi tanıdı.
Rəvadi hökmdarı Vəhsudan səlcuqlara
tabeliyini bildirdi. Toğrul Təbrizdən sonra Gəncəyə hücum etdi. Şəddadi hökmdarı Əbuləlsvar
Şavur da müqavimət göstərmədən səlcuqlara tabeliyini bildirdi. Bu zaman səlcuq sultanı ilə
Şəddadi hökmdarı arasında bir anlaşma bağlandı ki, iki hökmdar öz aralarında belə bir razılığa
gəldilər ki, onlar Bizans imperatoruna və onun təhriki ilə tez-tez Azərbaycanın torpaqlarına
hücum edən erməni-gürcü feodallarına qarşı əlbir hərəkət edəcəkdir.
1066 ildə səlcuqlar Qarabəkinin başçılığı ilə Şirvana hücum etdilər. Şirvanşah səlcuqlara şiddətli müqavimət göstərdi.
Lakin bu heç bir nəticə vermədi. Şirvanşah I Fəriburz səlcuq sultanı Məlik şaha tabe oldu. Şirvan hökmdarları “şirvanşah” ləqəbi daşımaqdan məhrum edildilər. Bütün Azərbaycan səlcuqlara tabe oldu.
Xalqın formalaşması prosesi.
Hələ səlcuq türklərinin axınlarından və Böyük səlcuq imperiyasının meydana gəlməsindən çox əvvəl Azərbaycan qədim türk tayfalarının, o cümlədən oğuz türklərinin yaşadığı ümumi əraziyə daxil edilmişdi. Sasani və ərəb xilafətinin hökmdarlıq etdiyi təqribən 600 illik bir tarixi dövr ərzində bütün bu tayfaların, habelə qeyri-türk tayfalarının vahid halında qaynayıb-qarışması prosesi getmişdi.
Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda islam türk etnik siyasi amili daha da
güclənmişdi. Çünki, bu zaman Bizans imperiyası və erməni-gürcü feodallarından ibarət vahid
xristian blokuna qarşı mübarizənin taleyi Azərbaycan cəbhəsində həll olunurdu. Azərbaycan
Anadolunun işğalına başlamış müxtəlif türk tayfaları üçün uzun bir tarixi dövr ərzində arxa
cəbhə rolunu oynamışdı.
1066-cı ildə səlcuqlar sərkərdə Qaratəkinin başçılığı ilə Şirvana hücum etdilər.Onlara ciddi müqavimət göstərilsə də heç bir nəticə vermədi.Şirvanşah I Fəriburz səlcuqlara tabe oldu.” Şirvanşah “ titulundan məhrum edildi.İldə 30 min dinar xərac verməklə daxili müstəqilliyi saxlanıldı.Beləliklə, Şirvanın tutulması ilə Azərbaycanın səlcuq imperiyasının tərkibinə qatılması prosesi başa çatdı.
NƏTİCƏ