Qrup: c-304 Fənn: Geoinformasiya sistemləri



Yüklə 195,1 Kb.
səhifə1/2
tarix22.06.2020
ölçüsü195,1 Kb.
#32133
  1   2
Coğrafi obyektlərin modelləşdirilməsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə : Tarix və coğrafiya

İxtisas : Coğrafiya müəllimliyi

Tədris ili: III

Qrup: C-304

Fənn: Geoinformasiya sistemləri

Fənn müəllimi: baş müəllim Qəribova İlhamə (i.qeribova@adpu.edu.az, ilhama33@live.com)

Tələbə: Nurəliyeva Mətanət (metanetyusifli20@gmail.com)

İMTAHAN TAPŞIRIĞI

Coğrafi obyektlərin modelləşdirilməsi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

TİTUL VƏRƏQİ

Fakültə : Tarix və coğrafiya

İxtisas : Coğrafiya müəllimliyi

Tədris ili: III

Qrup: C-304

Fənn: Geoinformasiya sistemləri

Fənn müəllimi: baş müəllim Qəribova İlhamə (i.qeribova@adpu.edu.az, ilhama33@live.com)

Tələbə: Nurəliyeva Mətanət (metanetyusifli20@gmail.com)

BAKI-2020



TƏLİMAT

Əziz və hörmətli tələbələr.

2019-2020-ci tədris ilinin yaz sessiyasınin imtahan prosesi aşağıdakı qaydalar əsasında həyata keçiriləcək.
Hər bir tələbəyə müəllim tərəfindən müəyyənləşdirilmiş İMTAHAN TAPŞIRIĞI veriləcək. Tələbə həmin sualları minimum beş səhifə şəklində yazaraq müəllimə elektron yolla təhvil verməlidir. (istisna kimi əgər elektron resurs yoxdursa poçt xidmətindən istifadə edilə bilər) Tələbənin yazdığı məzmuna əsasən 100 ballıq sistemlə qiymətləndirilmə aparılacaq. Qiymətindən narazı qalan tələbə imtahan nəticəsi açıqlanandan 24 saat müddətində Appelyasiya Komissiyasına müraciət edə bilər əlbəttə ki onlayn şəkildə. Dördüncü tədris ilinin tələbələri Buraxılış Yekun Dövlət Attestasiyasında iştirak etmək istəmirlərsə onların ÜOMG BYDA-nın qiyməti olaraq gotürüləcəkdir.

- cavablar Word proqramında, A4 formatında, Times New Roman şrifti ilə 14 pt ölçüdə, 1.0 sətirlərarası intervalla hazırlanmalıdır;

Cavablar sualı tam əhatə etməli və köçürmə halına yol verilməməlidir. Cavabları özünüzünküləşdirib yazmağınız tövsiyə olunur, çünki köçürmə halı balınıza mənfi təsir göstərə bilər;



İMTAHAN TAPŞIRIĞI kafedra tərəfindən hər ixtisas və qrup üzrə müəyyənləşdirilib, təsdiq olunduqdan sonra tələbələrə təqdim olunacaq. Fakültə tərəfindən BYDA və DİPLOM işlərinin müdafiəsi üçün komissiya təşkil ediləcək. İmtahan prosesinin obyektivliyi üçün fakültədə Appelyasiya Komissiyası və İmtahan Qərargahı fəaliyyət göstərəcək.

İmtahan prosesində hər kafedra tədris olunan fənlərin imtahan tapşırıqları və obyektiv və vaxtında yoxlanılması üçün məsuldur.

Coğrafi obyektlərin modelləşdirilməsi

Bütün Coğrafi İnformasiya Sistemləri məkan daxilindəki obyekt və proseslərin yerləşməsini təsvir edən formal modellər əsasında qurulur. Coğrafi verilənlərin modelləşdirilməsi, real dünyanın müəyyən qədər abstraktlaşdırılmasıdır. Bunun üçün isə verilənlər dəsti, sorğu və təhlil sistemi və redaktə imkanı olmalıdır. CİS vasitəsilə məkan obyektlərinin təbii qarşılıqlı əlaqələrini təsvir etmək üçün müvafiq modellərin qurulması lazımdır.

CİS bazasında qurulan modellərin özünəməxsusluğu vardır. Bu xüsusiyyət onda ibarətdir ki, CİS-də məkan obyektləri həm qrafiki, həm də atributiv informasiyalarla ifadə olunurlar. Atributiv verilənlər cədvəl və ya mətn şəklində asanlıqla təqdim oluna və emal oluna bilirlərsə, qrafiki verilənlərin CİS mühitində modeli mürəkkəbdir və müəyyən çətinliklərlə bağlıdır. Bu çətinliklərdən biri ondan ibarətdir ki, məkan verilənləri və onlar arasındakı əlaqələr, atributiv verilənlərə nisbətən çətin modelləşdirilirlər. CİS mühitində məkan obyektlərinin tam modelləşdirilməsi qrafiki verilənlərlə, atributiv verilənlərdən əlaqəli şəkildə istifadəni nəzərdə tutur. Ona görə də, həm qrafiki, həm də atributiv informasiyalar əsasında qurulan iki modelin CİS əsasında birləşdirilməsinə bəzən georelyasiya modeli deyilir. Məhz müxtəlif xarakterli verilənlərdən ibarət modelin qurulmasındakı bu cür mürəkkəbliklər geoinformatikanın aktuallığını artırır.

Bildiyimiz kimi, məkan informasiyaları CİS-də iki model formatında təqdim oluna bilər ki, bunlardan biri rastr, digəri isə vektor model formatıdır. Rastr formatında informasiya ayrı-ayrı nöqtələrdən ibarət olduğundan, kompyuter bu nöqtələrdən tək-tək və ya qrup şəklində yararlanır. Ona görə də, rastr formatından o zaman istifadə olunur ki, istifadəçini ayrı-ayrılıqda deyil, məkan obyektləri, məkan nöqtəsi və onun xüsusiyyətləri maraqlandırır.

CİS istifadəçiləri verilənlərin topoloji modelindən də istifadə edirlər. CİS sistemlərində, spesifik əlaqələrlə bağlı olan çoxlu xəritə və sxemlərdən istifadə olunduğundan, coğrafi obyektlərin topoloji cəhətdən təsviri tələb olunur. Ümumi topologiyadan fərqli olaraq topoloji model onu nəzərdə tutur ki, obyektlərin modelləri qarşılıqlı əlaqədə saxlanılır. Bu isə öz növbəsində CİS bazasında olan verilənlərdən müxtəlif növ məkan təhlillərinin aparılması üçün geniş imkan yaradır.

Xəritə, qlobus və plan kartoqrafik təsvirlərdir. Ərazinin kiçildilmiş,


ümumiləşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik
təsvir deyilir.

Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini daha aydın təsvir edən modellərdir. Onlar kartoqrafik modelləşdirmə ilə yaradılır.

Məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilin əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar.

Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:



1. Riyazi əsas – kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə Yerin kürə səthindən müstəvi səthə keçidini təmin edir.

Yer kürə formasında olduğu üçün onu qlobusda nisbətən düzgün təsvir etmək olar. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməyi ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – materiklərı, okeanları, adaları və s. eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müstəvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə keçirilərkən meridian və paralellərin forması dəyişir. Xəritədə meridian və paralellərin yaratdığı şəbəkə kartoqrafik şəbəkə adlanır. Qlobus səthini müstəviyə açarkən onun “dilimlərə” bölünən hissələri arasındakı boşluqların yerini dolduran zaman təhriflər, yəni xətalar yaranır.

Xəritədə təhriflərdən yaxa qurtarmaq mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.

Sahə təhrifi. Qütbə yaxın ərazilərin sahəsi bəzən daha böyük göstərilir. Məs: Qrelandiya.

Forma təhrifi.  Materiklər bəzən dartılmış və ya sıxılmış formada göstərilir.

Uzunluq təhrifi. Bütün meridianların uzunluğu bərabər olduğu halda bəzən bu gözlənilmir.

Bucaq təhrifi. Meridianlar ekvatorla düz bucaq (90°) altında kəsişdiyi halda bəzi xəritələrdə bu bərabərlik itir.

Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Silindrik proyeksiyada ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən  dünyanın Merkator proyeksiyası ilə tərtib olunmuş siyasi xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir.

Kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı (konform), bərabərsahəli (ekvivalent), ixtiyari.



Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar demək olar ki, təhrif olunmur, lakin sahə və məsafələr tam təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H. Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.

Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. D. Qall və A. Petersin proyeksiyası buna misal ola bilər. Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.

Silindrik  proyeksiyalarda qlobus şəffaf silindrin içərisinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıflr təhriflər xətti və ya sıfır təhriflər nöqtəsi adlanır. Silindrik proyeksiyalarda, əsasən dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.

Xəritələrin səmərəli olması şübhəsizdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, biz xəritə oxumağın adi qaydaları ilə tanışıq. Hamıya məlumdur ki, mavi xətlər çaylardır, şimal yuxardadır, şərq sağ tərəfdədir və s. Verilənlərin coğrafi modeli də özünün anlayış və münasibət dəstinə malikdir. Bu anlayışlar əsasən coğrafi informasiyanın elektron avadanlıqları vasitəsilə canlandırılması imkanına bağlıdır və bu prosesə xidmət edir.

Yer ehtiyatlarından istifadə, insan yaşadığı mühitin idarə olunması kimi məsələlərin həllinə yönəlmiş qərarların qəbulu üçün də coğrafi informasiya sistemlərindən istifadə edilir. Adətən CİS informasiyaları xəritə və simvollar vasitəsilə təsvir olunur. Xəritəyə baxarkən obyektlər və prosesləri harada yerləşməsi, onların mahiyyəti haqqında məlumat əldə edirik. Həmin obyektlərə gedən yolları, digər obyektlərdə sərhədləri və s. müşahidə edə bilirik. Kompyuterdə interaktiv rejimdə işləyərkən CİS vasitəsilə elə yeni informasiyalar yaratmaq olar ki, bu informasiyalar kağız xəritə üzərində yoxdur.

Misal üçün məkan daxilində hər hansı bir obyektin bütün məlum xüsusiyyətlərini, müəyyən marşrut üzrə yerləşən digər obyektlərin siyahısını istəyə bilərik. Bundan əlavə olaraq, CİS köməyi ilə su sərfini və ya ətraf mühiti çirkləndirən mənbənin müəyyən edilməsinə imkan verən model qura bilərik.

Digər sahələrdə olan modelləşdirmə kimi, CİS bazasında da modelləşdirmə üçün lazım olan informasiya reallıqda mövcud olan coğrafi obyektin nə məqsədlə modelləşdirilməsindən asılı olur.

Real dünyanın obyektləri ilə bizim qarşılıqlı əlaqələrimiz müxtəlif olduğu kimi, biz onları müxtəlif üsullarla modelləşdirə bilərik. Məsələn, çaylar təbii obyekt hesab olunur. Çayların əhəmiyyəti böyükdür. Onlardan yük və sərnişin daşımada istifadə olunur. Çaylar yer səthinin mühüm elementlərindən olmaqla, coğrafi xəritələrdə siyasi və inzibati xəritələr kimi də istifadə olunurlar. İndi CİS bazasında çayların modelləşdirilməsinin bir neçə üsulunu nəzərdən keçirək:



1. Çayların şəbəkə halında birləşməsindən alınan xətlər dəsti şəklində. Hər bir xətt parçası öz istiqaməti, su sərfi və digər xüsusiyyəti olan çayı əks etdirir. Bu halda xətti şəbəkə modeli qurmaqla çayın su sərfini və çayda gəmilərin hərəkətini təhlil etmək olar.



2. İki coğrafi məkan arasında sərhəd şəklində. Çaylar inzibati ərazi vahidlərini ayırmaq funksiyasını yerinə yetirə bilər.



3. Çaylar sahə obyekti şəklində.



Yüklə 195,1 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin