Qrup: C2-16 Elmi rəhbər



Yüklə 19,14 Kb.
tarix28.11.2019
ölçüsü19,14 Kb.
#29725
Çingiz Qurbanov


Tələbə: Aydınbəyova Tamam Fevral qızı.

Qrup: C2-16

Elmi rəhbər:


ZİRVƏYƏ UCALAN ƏSGƏR
Çingiz Salman oğlu Qurbanov1994-cü il 24 noyabr tarixində Qusar rayonu Həzrə kəndində anadan olmuşdur. O, uşaqlığını Həzrə kəndinin təmiz havasından udaraq, saf suyundan içərək keçirmişdir. Valideynlərinin sözlərinə görə, 2000-ci ildə Həzrə kənd tam orta məktəbinə daxil olan Çingizin uşaqlığında dəcəl olmasına baxmayaraq dərslərinə də böyük həvəsi olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qeyri- bərabər döyüşdə şəhid olub.Əsgər yoldaşlarının verdikləri məlumatlara görə Çingiz Qurbanov erməni kəşfiyyatçılarını təqib etmiş, onların da itki verməsinə səbəb olmuş, sonda özü də qəhrəmancasına şəhid olmuşdur.

Çingiz Qurbanovun nəşi üç həftədən artıq ermənilərin əlində qalmışdır.. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycana təhvil vermişdir.

Şəhidin cənazəsi doğma Qusarda böyük izdihamla qarşılanmışdır.



Fevralın 6-da Çingiz Qurbanovla vida mərasimi keçirilib. Daha sonra Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər xiyabanında son mənzilə yola salınıb..
2017-cı ilin fevralın 7-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Fevralın 9-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul edib. Görüşün sonunda şəhidin atası Salman Qurbanova Qızıl Ulduz” medalı və Bakı şəhərində yerləşən üç otaqlı mənzilin orderi təqdim olunub.

Qusar şəhərinin mərkəzi küçələrindən birinə Milli Qəhrəman Çingiz Qurbanovun adı verilib.



Milli Qəhrəman Çingiz Qurbanov haqqında “Çin olan yuxu” adlı film çəkilib.
Yüklə 19,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin