Fənn üzrə 25% dərs buraxan tələbə yekun imtahana buraxılmır.
Tələbələrin nəzərinə:
Dərsin tədrisi müddətində tələbələrin auditoriyada iştirakı mütləqdir, dərslərin buraxılması fənnə uyğun limiti keçməməlidir.
Tələbə dərsə gecikməməlidir
Tələbələrin davamiyyətinin yoxlanılması dərs başlandığı andan həyata keçiriləcək.
Tələbə dərsə cavab verilməsində, verilən sualları cavablandırılmasında, verilən sərbəst işlərin və yoxlama tapşırıqların yerinə yetirilməsində aktiv iştirak etməlidir.
Sərbəst işlərə hər tələbə müstəqil olaraq yanaşmalıdır.
Dərs müddətində texniki vasitələrdən istifadə etmək olmaz.