I. Kursun məntiqi əsası və ixtisasın standartına uyğunluğu
Qloballaşan dünyada baş verən sürətli dəyişikliklər, bazarlarda rəqabətin kəskinləşməsi, istehlakçıların tələbat və zövqlərinin əsaslı şəkildə artması ilə bazarların seqmentləşməsinin dərinləşməsi, yeni məhsulların istehsalı texnologiyalarının mənimsənilməsi dövrünün qısaldılması zərurətinin yaranması kimi proseslər, müəssisələrin fəaliyyətində köklü dəyişikliklərin aparılmasını şərtləşdirmiş və bu səbəbdən də tələbələrdə strateji menecmentə dair nəzəri və praktiki bilik və bacarıqların inkişaf etdirilməsinə zəmin yaratmışdır. Azərbaycan Turizm və Menecment Universitetinin təsdiq edilmiş tədris kurrikulumuna əsasən bu kurs “Biznesin idarəedilməsi”ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
II. Kursa başlamaq üçün hər hansı ön biliklər və qabiliyyət tələbləri (əgər varsa)
Strateji menecment fənninin öyrənilməsi, iqtisadi nəzəriyyə, menecment, ümumi idarəetmə, maliyyə menecmenti, beynəlxalq menecment, marketinq, xarici dil və s. fənlərə söykənir.
Dostları ilə paylaş: |