Fənnin məqsədi: Bu fənnin tədrisində əsas məqsəd iqtisadçı-bakalavrlara strateji menecmentin nəzəri və praktiki məsələlərinə dair zəruri bilikləri öyrətməkdir.
Fənnin əsas vəzifəsi - Strateji menecmentin nəzəri və metodoloji əsaslarına dair bilgilərə yiyələnmək;təşkilatın vizyonunu və missiyasını müəyyənləşdirmək, strateji məqsədləri və hədəfləri təyin etmək bacarığına sahib olmaq; xarici və daxili mühitin təhlili əsasında müəssisənin (təşkilatın) uzunmüddətli inkişaf perspektivlərini müəyyən etmək; təşkilatın xarici və daxili mühitini təhlili metodları haqda müəyyən biliklərər sahib olmaq; strateji alternativlərdə mümkün variantları və müəssisənin müəyyən strategiyasının seçimini təyin etmək; strategiyanın həyata keçirilməsinin nəzəri və metodoloji əsaslarına dair bilgilərə yiyələnnək; strateji nəzarət metodlarının və nəzarət sisteminin tətbiqi (həyata keçirilməsi) xüsusiyyətləri haqda biliklərər sahib olmaq.