Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix31.01.2017
ölçüsü3,71 Mb.
#7271
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

Tütümək

  feli də çox az müşahidə edilən sözlərdən olub, 

«burnunun   ucu   tütüsün»

  frazeoloji   vahidinin   tərkibində 

qalmışdır:  

Sizi   görüm,   ağ   gün   eşidəndə   burnunuzun   ucu 

tütüsün!

  (32)   Burada  

tütümək

  sözü   tüstüləmək,   yanmaq, 



beləliklə,   məcazi   mənada   –   göynəmək   mənasındadır.   Bu   söz 

tüstüləmək   mənasında   başqa   türk   dillərində   də   vardır. 

L.Budaqov türk-tatar dillərində 

tütümək, tütəmək

 – tüstüləmək, 

papiros   çəkmək   fellərinin   olduğunu   göstərib,   aşağıdakı   misalı 

vermişdir: 

Atəşim yanmadan dütünüm dütür

 – odum yanmadan 

tüstüm tüstüləyir.

90

     Bunlarla   yanaşı,   bir   sıra   başqa türk 



dillərində, o cümlədən: 

türkmən


91

  və qaraqalpaq

92

  dillərində  



tute

, başqırd dilində  

tötəü 

sözləri   də   tüstüləmək   deməkdir.   Məlumdur   ki,   bu   sözdən 



«tütün» və «tüstü» mənalarında 

tütün


 sözü də əmələ gəlmişdir. 

N.K.Dmitriyev qeyd edir ki,  

tütün

  sözü tüstü mənasında daha 



sabitdir və bütün türk dillərində işlədilir, 

tütün


 (bitki) mənasında 

isə   yalnız   Azərbaycan,   türk,   türkmən

93

  dillərində   müşahidə 



olunur.   Qeyd   etməliyik   ki,  

tütün


  sözü   bizim   müasir   dilimizdə 

tüstü mənasında yoxdur,  

tütümək

  feli isə dialektoloji lüğətlərdə 



öz əksini tapa bilməyib.

94

89



       

 

 



.:  .  .                . 

 

 



 

 

Бах Р Я Р ц с т я м о в Мцасир Азярбайъан ядяби дили цчцн 



архаикляш

 

.  



 

.  


 

миш фелляр Дилчилик мяъмуяси Низами адына 

 

 

 



 

,  


Ядябиййат вя Дил институтунун ясярляри XVII 

,  


,  1963,

ъилд Бакы

 

.19-20.


сящ

90

  .              . 



… 

Л Б у д а г о в Сравнительный I. 

.385.

сящ


91

  

 



 

 

 



, 1962, 


.666.

Тцркмян дилинин сюзлцги Ашгабат

сящ

92

 



-

 



Каракалпакско русский словарь Москва, 1958, 

.665.


сящ

93

  .  .                . 



 

 



, 1962.

Н К Д м и т р и е в Строй тюркских языков Москва

94

  

   



  , 

Ону да дейяк ки тцтцсцн 

   

 



 

сюзц дя дахил олмагла мящялли вя 

 

архаик сюз



 

 

  «



 

»

 



лярин бир чоху

Даьылан тифаг ын сонракы 

 

 

 



 

няшрляриндя редактор вя тяртибчиляр тя

 

ряфиндян тящриф 



.  

,  


едилмишдир Мясялян тцтцсцн 

 

 1936-



 

 

сюзц пйесин



ъы ил няшриндя 

140


Qonum

  sözü indi canlı danışıq dilində olduğu kimi, pyesdə 

də  

qonşu  


sözü ilə birlikdə,  

qonum-qonşu  

  şəklində işlənmişdir. 

Bu   sözə   yalnız   pyesin   ilk   nəşrinin   son   məclisində   Kərbəlayi 

Rəhimin dilindəki 

«Ay qonum, ay qonşu, ay allahı sevən, bir çölə  

çıxın!»

 cümləsində ayrıca rast gəlirik. Hər iki sözün kökü «Kitabi-



Dədə   Qorqud»da   işlənmiş  

qonmaq


  felidir:  

Gətirib   qara   otağa 

qondurdular. Oğuz yenə əyyamla gəlib yurduna qondu; Ol (qırx)  

namərdlər   dəxi   bir   yerdə   qonmuşlardı  

və   s.   Bu   misallardakı 

qonmaq 


sözlərini birinci cümlədə oturmaq, ikincidə sakin olmaq, 

üçüncüdə   düşmək,   düşərgə   salmaq,   dayanmaq,   oturmaq 

mənalarında   başa   düşmək   olur.  

Qonum-qonşu

  sözünün   tə-

rəflərində də bu mənalar müəyyən dərəcə qalmışdır. Görünür, 

qonmaq

  felinin  üzərinə sinonim  isim düzəldən şəkilçilər  



(-um, 

-ış>şı)


  artırılmaqla  

qonum


  və  

qonşu


  sözləri   düzəldilmiş, 

bunlardan   birincisi   tədricən   məhdudlaşmış,   ikincisi   üstünlük 

qazanmışdır.

Sözlərin   fonetik   tərkib   və   məna   cəhətdən   arxaikləşməsi 

müxtəlif səbəblərlə bağlıdır. Bəzi sözlər öz sinonimləri tərəfindən 

məhdudlaşdırılmış və fəal sözlər sırasından çıxarılmışdır. Bəzən 

alınma söz xalis Azərbaycan sözlərinin təsiri ilə, bəzən əksinə, 

xalis Azərbaycan sözləri alınmaların təsiri ilə arxaikləşmiş, bəzən 

də alınmalar bir-birini sıxışdırmışdır. Məsələn, qədim tarixə malik 

olan   türk   mənşəli  

don

  sözünün  



–luq

  şəkilçisi   ilə   birləşməsi 

(

.  


 

,  


.62)  

ред Мир Ъялал сящ

дутсун,   1938-

 

 



  (

.

ъи ил няшриндя ред  



. .

,  


.27)  

Я Й Ъяфяров сящ

тутсун,   1956-

 

 



  (

ъы ил няшриндя тяртибчи 

.



.75)  



А Заманов сящ

дутсун  шяклин ;  

дя шалаг 

 

сюзц чолаг  (1936, 



.42,

сящ  


1938,  

.10); 


сящ

шцклядирсян 

 

сюзц шцккцдцрсян (1936, 



. 42, 1938, 

.10);


сящ

сящ


 

шюккцдцрсян (1956, 

.81); 

сящ


шахымаг фе  

ли

//

шаьыйыр шыьыйыр (1935, 

.15); 


сящ

//

чахды шахыйыр (1936, 

.57, 86, 87; 1938, 

. 24, 50, 51),

сящ

сящ


 

//

чахды


шыьыйыр (1956, 

.72, 93, 94); 

сящ

онялтсин 



 

фели йюнялтсин (1935, 

.77),

сящ


 

ованд 


  (1938,  

.50),  


елясин

сящ


увантсын  (1956,  

.92)  


сящ

шякилляриндя 

 

 

 



 

,  


 

йазылмыш вя орижинала диггят йетирилмямиш йахуд орижинал 

 

дцзэцн охунма



.  

 

  1966-



 

 

 



мышдыр Бу барядя

ъы илдя ейниля мялумат 

  , (

:  . .


  . 

-

 «



 

» ,  


вермишикся дя бах В И Ленин ад АПИ нин Елми ясярляр и XI 

,   1966,   4,  

.111),  

 

серийа



№ сящ

бу гейд


 

 

 



 

ляр сон икиъилдликдя дя нязяря 

.

алынмамышдыр



141

nəticəsində   yaranmış  

donluq


  sözünü   ədəbi   dilimizdə   əslən 

yaşayış,   azuqə   vasitəsi   mənasında   ərəb   mənşəli  

maaş

  sözü 


məhdudlaşdırmışdır. Əksinə vəziyyətə daha çox təsadüf edilir: 

fars   mənşəli  

şanə,biyaban

  sözləri  

daraq,   çöl

,   ərəb   mənşəli 

libas,əyal

  sözləri  

paltar,   uşaq

  sözləri   ilə   əvəz   edilmişdir;   ərəb 

sözü  

təməssükü



  rus   dilindən   alınmış  

veksel


,   ərəb   və   fars 

ünsürlərindən yaranmış  

sovdagar

 sözünü ərəb   dilindən alınmış 

tacir

, farsca  



kürsü

  sözünü rus dilindən alınmış  

stul

  sözu   əvəz 



etmişdir və s.

Pyesdə elə sözlər də vardır ki, cəmiyyətin bugünkü həyatında 

heç bir rolu olmadığı üçün onların ifadə etdiyi əşya və hadisələr 

sıradan çıxmışdır. Ona görə də işlənmə imkanları məhdudlaşaraq 

arxaikləşmiş belə sözlərin dildə sinonimlərinə də ehtiyac yoxdur. 

Lakin, şübhəsiz, belə sözlər birdəfəlik unudulmur, tarix kitablarında, 

lazım   gəldikdə   bədii-tarixi   əsərlərin   dilində   yenidən   canlandırılır. 

Odur ki belə sözləri bəzi dilçilər "tarixi çalarlı" sözlər, tarixizmlər 

(istorizmlər)   adlandırmışlar.

95

  Pyesdə,   ifadə   etdikləri   əşya   və 



hadisələrin     köhnəlməsi,   sıradan   çıxması   ilə   istifadədən   qalan 

sözləri aşağıdakı qruplara ayırmaq olar:

1. Köhnə vəzifə, rütbə, üsul-idarə ilə bağlı olan sözlər: 

xan, 


həzarat, bəy, bəyzadə, nökər, dabbaq, yüzbaşı, kəniz, murov, 

murovluq, mülkədar, müamilə, məlfufə

 və s.

2. Məişətlə bağlı olan əşya və alət adları



: fərş, çəprast, 

çuval, xurcun, çatı, imarət, qamçı, kürsü, səndəl

i və s.

3.   Dini   rütbə   və   mərasimlərlə   bağlı   olan   sözlər:  



molla, 

müctəhid, dərviş, təziyə, fitrə, ziyarət, canamaz, möhür

 və s.

«Dağılan tifaq» pyesində elə sözlərə də təsadüf olunur ki, 



onlar bu gün də ədəbi dildə müəyyən anlayışların ifadəçiləri kimi 

mühüm   rola   malikdir,   lakin   həmin   sözlər   fonetik   tərkibcə   – 

şəkilcə müəyyən dəyişikliyə uğramışdır. Bu dəyişiklik Azərbaycan 

dili   sözlərində   tarixi   mahiyyət   daşıyır   və   dilimizin 

formalaşmasında iştirak edən etnik qrupların – müxtəlif qəbilə və 

tayfa dillərinin qalığı hesab olunur. Belə sözlərdən  

yürək, yüz 

95

 



.:  .  .              -             . 

 

 



,

Бах Е М Г а л к и н а Ф е д о р у к Современный русский язык  

, 1954, 


 126;  .  . 

              . 

   

Лексика Москва



сящ

И Р Га л ь п е р и н Очерки по сти-

 

 



, 1958, 

.67    .


листике английского языка Москва

сящ вя с


142

(üz),   yil

  öz   izlərini   şimal,   qərb   və   cənub   şivələrində   indi   də 

saxlamışdır.

96

  Bu   cür   bəzi   sözlərin   əvvəlində   indiki   ədəbi 



dilimizdən fərqli olaraq, «y» səsinin işlənməsi,  

vurmaq


 sözünün 

əvvəlində «v» səsinin olmaması tarixi abidələrin dilində tez-tez 

müşahidə   edilən   müvaziliyin   (

ürək//yürək,   il//yil,   üz//yüz, 

vurmaq//urmaq

) qalıqları və izləridir.

Şəkilcə dəyişmə – arxaikləşmə alınma sözlərdə də özünü 

göstərir.   Bizim   klassik   ədəbiyyatımızda,   ardıcıl   şəkildə,   ərəbcə 

olan

 övrət


 sözü işlənmişdir. L.Budaqov XIX əsrin ikinci yarısında 

bu sözün Azərbaycan sadə danışıq dilində  

arvad

  şəklində, həm 



də   həqarətli   və   axmaq   bir   mənada   işləndiyini   göstərmişdir.

97 


Ə.Haqverdiyev bu sözü canlı dildə olduğu kimi – 

arvad


 şəklində 

işlətmiş   və   məlum   olduğu   üzrə   son   dövrlərdə   –   XX   əsrin 

əvvəllərində bu sonuncu forma tamamilə sabitləşmişdir.

Fonetik tərkibcə dəyişilmiş başqa bir sözə diqqət yetirək. 

«Dağılan   tifaq»   da   daxil   olmaqla   Haqverdiyevin   bütün 

pyeslərinin 1956-cı il nəşrində 

abır

 sözü III şəxsin təkində 



abrısı 

şəklində redaktə edilmişdir. Məsələn: P ə r i  x a n ı m. 

Bir də 

baxıb  görər   ki,  daha  oynamaq  ona   layiq   deyil,  oynasa  abrısı  



gedər… 

(«Dağılan tifaq»); H a c ı  S ə m ə d  a ğ a. 

Sən necə 

razı olarsan ki, sənə indiyədək ata yerində olan əminin abrısı  

tökülsün?

 («Bəxtsiz cavan») və s. Müasir dilimizdə 

abır

 sözü III 



şəxs təkdə  

–ı

  nisbət şəkilçisini qəbul edir və söz qapalı hecalı 



olduğu üçün bitişdirici «s» samitinə ehtiyac duyulmur. Belə ol-

duqda, sözə ikinci bir mənsubiyyət şəkilçisi artırılması və sözün 

abrısı

 şəklinə salınması maraq doğurur.



Doğrudur,   dil   tarixindən   bir   sözə   eyni   mənalı   bir   neçə 

şəkilçinin artırıldığı hallar məlumdur (məsələn, 

dışqarıya

 sözündə 

olduğu kimi). Lakin belə hallarda, sonuncu müstəsna olmaqla, 

həmin şəkilçilər öz funksiyasını bir növ itirmiş və sözə daşlaşmış, 

birikmiş  olur.  Nəzərdən keçirdiyimiz  

abrısı


  sözündə  isə  hər  iki 

şəkilçi   fəal   və   mütəhərrikdir.   Haqverdiyevin   öz   sağlığındakı 

96

 

.:  .  .                  . 



 

Бах М Ш Ш и р я л и й е в Азярбайъан диалектолоэийасынын 

, 1962, 


.99

ясаслары Бакы

сящ

97

  .              . 



… 

Л Б у д а г о в Сравнительный I. 

. 33, 766.

сящ


143

nəşrlərə diqqət yetirdikdə məlum olur ki, bu söz 

abrısı


 şəklində 

deyil, 


abrusı

 şəklində yazılmışdır. Məlumdur ki, 

abır

 sözü iki fars 



sözündən:  

ab  


(su) və  

ru

  (üz) -   sözlərindən əmələ gəlmiş və 



əvvəllər  

abru


  şəklində işlənmişdir. Bəzən tarixi-ənənəvi prinsipi 

də nəzərə alan ədib həmin formadan istifadə etmişdir. Söz sait 

səslə qurtardığı üçün mənsubiyyət şəkilçisindən əvvəl bitişdirici 

«s» samitinin artırılması də təbiidir. İndi 

abru

 sözü formaca köh-



nəlmiş, 

abır


 forması sabitləşmişdir. Buna görə də ədibin pyesləri 

yenidən   nəşr   edilərkən  

abru

  sözü   də  



abır

  şəklində 

müasirləşdirilmiş   və   yəqin   ki,  

-sı


  şəkilçisi   dramaturqun   bədii 

dilinə xas olan bir əlamət hesab olunmuşdur.

Pyesdə elə sözlər də vardır ki, fonetik tərkibcə olduğu kimi 

qalmış,  mənaca  dəyişilərək, yeni məzmun  qazanmışdır.  Leksik 

arxaikləşmənin   bu   növünə   dair:  

təklif,   mütəfəkkir,   qələt, 

qiyamət,   cümlə,   aşna

  və   s.   sözləri   misal   göstərmək   olar. 

Göründüyü kimi, pyesdə müşahidə edilən mənaca apxaikləşmə 

alınma sözlərlə bağlıdır.

Ərəbcə   zahiri   ədəb,   nəzakət,   cidd-cəhd,   qeyrət 

mənalarında   olan  

təklif

  sözü   pyesdə   də   iki   cümlədə   bu 



mənalarda işlənmişdir:

N ə c ə f   b ə y. 

Nə var, nə qilüqaldır?

İ m a m v e r d i. 

Nə olacaq?... Sənin oğlun neçə yoldaşı ilə 

gəlib mənim qızımı sürütdüyə-sürütdüyə aparıb dağ-daş arasında 

gizləyib.   Məgər   allah   belə   zülmü   götürər?   İndi   mənim   təklifim 

nədir?


 (35)

Burada 


təklif

 sözü heç də indiki mənada – müəyyən təklif 

vermək, təşəbbüs irəli sürmək mənalarında deyildir. İmamverdi 

demək   istəyir   ki,   o,   Nəcəf   bəyin   oğlunun   hərəkətləri 

müqabilində   necə   davranmalı,   necə   ədəb-ərkan   göstərməlidir; 

qeyrət ondan nə tələb edir  və s. 

Təklif

 sözü bu mənada  başqa 



bir cümlədə də işlənmişdir: Nəcəf bəy oğluna nəsihət edərkən 

Süleyman   bəy   deyir:  

Mən  uşaq   deyiləm  və  öz  təklifimi  yaxşı  

qanıram. 

(36)

Pyesdə  


mütəfəkkir

  sözü   də   əslinə   uyğun   mənada   –   fikirli 

mənasında işlənmişdir: Nəcəf bəy xeyli vaxt 

mütəfəkkir

 gəzinir. (37) 

Lakin indi 

mütəfəkkir

 sözünün bu mənası tamamilə köhnəlmiş və söz 

başqa   məna   kəsb   etmişdir.   Bunu   xalq   yazıçısı   M.İbrahimov   da 

144


nəzərə alaraq, həmin sözdən düzgün istifadə etmədiyi üçün indiki 

yazıçılardan birini tənqid etmişdir.

98

 Eləcə də pyesdə səhv mənasında 



qələt

 sözü söyüş məzmunu kəsb etmiş, 

aşna

 sözü məcazi mənada 



işlənməyə başlamış, 

cümlə


 sözü «bütün» mənasında işlədilməyərək 

qrammatik termin kimi sabitləşmişdir.

Pyesdə elə sözə də təsadüf edilir  ki, həmin  söz əvvəlcə 

fonetik tərkib etibarilə, sonra  isə  həm fonetik tərkib, həm  də 

mənaca   arxaikləşmişdir.   Ümumtürk   mənşəli  

çadır


  sözü   farsca 

şəb 


(gecə) sözü ilə birləşərək 

çadirşəb 

sözünü əmələ gətirmiş, 

Haqverdiyev sözün bu şəklindən istifadə etmişdir: 

Sona xanımın 

heykəli ağ çadirşəbə bürünmüş… Nəcəf bəyə tərəf yeriyir

. (61) 


Məlumdur ki, sonralar (bəlkə lap Haqverdiyevin öz dövründə də) 

çadirşəb  

sözü formaca arxaikləşmiş və  

çarşab


  şəklinə düşmüş, 

daha   sonralar  –  sovet   dövründə  isə çarşaba  ehtiyac  olmadığı 

üçün   həmin   söz   də   məhdud   dairədə   işlənməyə   və   sürətlə 

arxaikləşməyə başlamışdır.



SÖZÜN SEMANTİK CƏHƏTİ.

ÇOXMƏNALI VƏ OMONİM SÖZLƏR

Semantik təhlil bədii dilin məna zənginliklərini, sözün məna 

incəlik   və   çalarlarını,   sənətkarın   sözün   semantik   cəhətindən 

istifadə   ustalığını   öyrənmək   üçün   mühüm   tədqiqat 

üsullarındandır.   Belə   təhlil   vasitəsilə   sözün   daxili   məzmunu, 

mahiyyəti   açılır,   yaxın   mənalı   sözlərin   əlavə   məna   rəngləri, 

məzmun qohumluğu və məna əlaqəsi meydana çıxır. Eyni səs 

tərkibinə malik olan sözlərin yaxın və uzaq mənalı predmetləri, 

hadisələri   əks   etdirməsi,   müxtəlif   səs   tərkibinə   malik   sözlərin 

zidd mənaların ifadəsinə necə xidmət etdiyi aydın olur və bütün 

bunların ümumi  fonunda yazıçının əsas məqsədi, sözün məna 

kompleksindən   istifadə   bacarığı   müəyyənləşir.   Həmişə   xalq 

dilinin incəliklərinə nüfuz etməyə çalışan Haqverdiyev bu sahədə 

keçmiş mədəni irsimizə, rus və Avropa ədəbiyyatının ən yaxşı 

98

 

.:  .                  . 



   

 

.



Бах М И б р а щ и м о в Реализм вя хялгилик ъябщясиндян  

, 1961, 


.27.

Бакы


сящ

145


cəhətlərinə kifayət qədər bələd idi və bunlardan yaradıcı surətdə 

istifadə   edirdi.   Lakin   o,   təbii   ki,   bunlarla   kifayətlənmir,   yeni 

üsullar   axtarır,   sözdən   istifadənin   orijinal   nümunələrini 

yaratmağa   çalışırdı.   Onun   pyes   və   hekayələrində   elə 

xüsusiyyətlərə təsadüf olunur ki, bunlar ancaq onun üslubu üçün 

səciyyəvidir. Sadəcə olaraq aşağıdakı misala diqqət yetirək:

S ə l i m  b ə y. 

İndi bana heç olmasa bir iki yüz manat pul  

uduz, öləndə bir yol deyim: «Xudaya, pərvərdigara, sən Nəcəfə 

behişti-əla   qismət   elə».   O   saat   ruhun   atılsın   düşsün  

cəhənnəmin…   mən   də   cəhənnəm   deyirəm…   Behiştin   orta 

kuçəsinə.

 (19-20)

Müəllif   antonomaziyalardan   –  

cəhənnəm

  və  


behişt 

sözlərindən orijinal bir  yolla, müvəffəqiyyətlə istifadə etmişdir. 

Səlim   bəy   danışarkən,   həyatda   adi  şəkildə  olduğu   kimi,   guya 

çaşır, bir   sözün əvəzinə «təsadüfən» onun antonimini tələffüz 

edir və dərhal öz «səhvini» düzəldir. Əslində isə qəsdən belə 

edir   və   dolayı   yolla   hadisəyə   münasibətini   bildirir.   Bu   üsula 

ədibin hekayələrində də rast   gəlirik. Əgər «Dağılan tifaq»da bu 

yol ilə Səlim bəyin mövhumi məkanlara istehzası təzahür edirsə, 

1911-ci ildə çap olunmuş «Şikayət» hekayəsində məscidlərin əsl 

mahiyyəti,   onların   müəyyən   mənada   yarmarkalardan   fərq-

lənmədiyi   göstərilmişdir.   Hekayənin   ilk   cümləsi   belədir: 

«Ramazan   daxil   olub,   yarmarkalar…   bağışlayın,   səhv   etdim… 

məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar».

Bunlar   xalqın   dilinə,   həyat,   məişət,   zarafat   tərz   və 

qaydalarına Haqverdiyevin son dərəcə dərindən bələd olduğunu, 

xalqdan çox şey öyrəndiyini bir daha təsdiq edir.

Birinci   pərdədə  lap   ilk   gəlişdən   Səlim   bəyin   hər   kəlməsi 

Həmzə   bəyi   gülüş   hədəfinə   çevirir.   Bəylər   nədən   danışırlar-

danışsınlar,  Səlim  bəy sözü Həmzə bəylə bağlayır, onu təhqir 

edəcək   «zarafatlara»   əl   atır.   Budur,   söhbət   bəylərin   böyük 

həsrətlə can atdıqları keçmiş günlərdən, ovdan düşür və Həmzə 

bəy   müvəqqəti   olaraq   unudulur.   Ovla   əlaqədar   Nəcəf   bəyin 

Tirmə adlı iti xatırladılır. Bundan istifadə edən Səlim bəy həm 

yaxşı bir ov tulası kimi Tirməni tərifləyir, həm də sözü məharətlə 

Həmzə bəylə bağlayaraq onu tulaya bənzədir və gülüş hədəfinə 

çevirir:


146

S   ə   l   i   m       b   ə   y.    

Həmzə,     heç     Nəcəfin     Tirməsini 

görübsənmi? Qəribə tuladır, s a n a  t u l a  d e y i r ə m, daha bil  

nədir, bir at əvəzi.

  (9)

Tula


  sözü başqa sözlərlə elə əlaqələndirilmişdir ki, hər iki 

məna çox aydın başa düşülür. Hətta Həmzə bəy özü də təhqir 

edildiyini anladığı üçün «tula özünsən, ağzıyın sözünü bil» - deyə 

pərt   halda   cavab   qaytarır.   Yazılı   ədəbiyyatımızda   ilk   dəfə 

Haqverdiyevdə   rast   gəldiyimiz   bu   üsuldan   şeir   və   nəsr 

əsərlərində indi də istifadə olunur.

Ə.Haqverdiyev   sözün   mənasına   diqqətlə   yanaşmış,   hər 

hansı bir anlayışı ifadə etmək üçün hansı sözün yararlı olduğunu 

və hansı sözü seçib götürmək lazım gəldiyini əvvəlcədən ölçüb-

biçmiş, dəqiq müəyyənləşdirmişdir. Məsələn, Nazlı xanım pyesdə 

bir dəfə də olsun ərinin adını demir; onun dilində 

kişi, bizim kişi, 

yolu   yumrulmuş

  söz   və   ifadələri   «Qəhrəman   bəy»   sözünün 

perifrazlarıdır. Məlumdur ki, keçmişdə qadınlar kütləvi yerlərdə 

öz ərinin adını deməkdən çəkinərdilər. Bu hadisə öz izlərini hələ 

indi də saxlamışdır. Dildə tabu adlanan bu hadisənin qədim tarixi 

vardır və buna görə də obrazın danışığına milli kolorit verir. Ədib 

obrazların dilində sonralar da bu cəhətə fikir vermiş, hətta bu 

sahədəki zərərli mühafizəkarlığı «Xəyalat» pyesində açıq şəkildə 

pisləmişdir.   Hətəmxan   ağanın   Mirzə   Fətəliyə   dediyi   aşağıdakı 

sözlər onun (Hətəm xanın) bu məsələdə qatı mühafizəkarlığını 

öz dili ilə ifşa edir:

H ə t ə m x a n   a ğ a. 

…hələ bunlar hamısı bir kənara, 

sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaq 

ilə  nə  işin  var?  Sən  özün  hərçənd  müsəlmanlıqdan  kənar  bir  

adamsan,  amma  genə nə qədər olsa,  sənin  qanın  müsəlman  

qanıdır;  heç sənə  müsəlmanın  ismətinə  toxunmaq  yaraşarmı? 

Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyb 

olsun sənin üçün, çox eyb olsun! 

Ə.Haqverdiyevin   pyeslərində   ayrıca   tədqiqə  ehtiyacı   olan 

belə   səciyyəvi   cəhətlər   çoxdur.   Burada   isə   sözün   rəngarəng 

məna   xüsusiyyətlərinin   təzahür   tapdığı   şəkil   və   mənaca 

fərqlənən söz qruplarına diqqət yetirməklə kifayətlənəcəyik.

Məlum olduğu kimi, sözlər yaranarkən təkmənalı olur, lakin 

təfəkkür   inkişaf   etdikcə   yeni   məfhumlar   dərk   edilir   və   həmin 

147


məfhumlara   ad   vermək   lazım   gəlir;   nəticədə   bəzən   oxşar 

əlamətli müxtəlif məfhumlar eyni səs kompleksi ilə adlandırılır 

və,   beləliklə,   çoxmənalılıq   yaranmış   olur.   Başqa   cür   desək, 

sözlərdə çoxmənalılıq hər hansı əşya, hadisə, əlamət, hərəkət və 

sairi   adlandıran   səs   kompleksi   müxtəlif   cəhətdən   oxşarlıq 

əsasında   başqa   əşya,   hadisə,   əlamət,   hərəkət   və   sairə   aid 

edildikdə özünü göstərir.

Eyni   səs   kompleksinə   malik   olub,   oxşar   hadisə   və 

predmetləri   ifadə   etmə   xüsusiyyəti   xalq   dili   üçün   son   dərəcə 

səciyyəvi   olduğundan   və   başqa   sahələrdə   olduğu   kimi,   bu 

sahədə də ədib istinad nöqtəsi kimi xalq dilini, xalq ifadə tərzini 

əsas   götürdüyündən   pyesin   dilində   çoxmənalılıq   bədii-üslubi 

formanın   təbii   tərkib   hissəsi   kimi   çıxış   edir.   Məsələn,   insanın 

məlum   orqanını   bildirən  

ağız

  sözündən   müəyyən   cəhətlərinə 



görə  yaxın   olan   müxtəlif  predmetləri  adlandırmaq   üçün   yazıçı 

ustalıqla istifadə etmişdir:

Görürəm,   elə   günə   düşübsən   ki,   az   qalırsan   it   yeyən  

çörəyin də parasını İtin ağzından alıb yeyəsən

. (50)  

E l   a ğ z ı  

– ç u v a l  a ğ z ı; bir azdan sonra eşidərsən, aləm danışacaqdır  

ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb

. (18) 

Qurbanım olum, 



qorxmagilən, y a z    a ğ z ı d ı r, Adam qarışıq-quruşuq yuxular  

görür.


 (28)

Bu cümlələrdə 

ağız

 sözü 


itin ağzı, el ağzı, çuval ağzı, yaz 

ağzı  


kimi insan ağzı ilə müxtəlif cəhətdən oxşarlıq təşkil edən 

məfhumları birləşdirmişdir. 

El ağzı

 və 


çuval ağzı

 birləşmələrində 

həcmcə oxşarlıq vardır: çüval ağzı böyük olduğu kimi, məcazi yol 

ilə elin sözünün qüvvətli və qüdrətli olduğu göstərilmişdir.  

Yaz 

ağzı,   itin   ağzı



  və   başqa   bir   cümlədə   işlədilmiş  

xəncərin


 

ağzı 


birləşmələrindəki 

ağız


 sözündən insan ağzı ilə vəzifə və müəyyən 

dərəcə quruluşca oxşarlıq əsasında istifadə edilmişdir.

Ayaq

  (insan   ayağı,   it   ayağı),  



baş

  (insan   başı,   barmağın 

başı,   dağın   başı),  

təpə


  (insanın   təpəsi,   dağın   təpəsi),  

para 


(hissə, bölük; bəzi, bir qisim) və s. sözlərin çoxmənalılığından da 

bu cür istifadə edilmişdir. Pyesdə çoxmənalılıq, başlıca olaraq, 

xalis Azərbaycan sözlərinə aid  olub, asan və tez anlaşılması ilə 

səciyyələnir. 

148


Nəcəf bəyin dilindəki: 

Xudadan istərdim bu saat bu sözləri 

deyən şair mənim yanımda olaydı.

  (6);  


Əlacım ona qalıbdır ki, 

həmişəlik göndərim kəndə, gedib orada işləsin, bəlkə axırı bir  

yana   çıxa

  (15)   –   cümlələrindəki   böyür,   tərəf   və   frazeoloji 

mühitdə sənət, peşə mənaları ifadə edən 

yan


 sözünün mənaları 

arasında əlaqə çətin seçilsə də, hər halda hiss olunur və ona 

görə   də   həmin   söz   çoxmənalı   söz   kimi   çıxış   edir.   Lakin 

«Xudavəndi-aləm…   övladınızı   yer   və   göy   bəliyyatından   hifz 

eləsin»

 (17). 


«Göy təpənin altından bulaq axır»

 (38) – cümlələ-

rindəki səma mənasında  

göy


  sözü ilə, rənglərdən birini bildirən 

göy


 sözü arasında məna əlaqəsi o qədər zəifləmişdir ki, bunların 

bir   mənşədən   olduğu   çətin   hiss   edilir.   Beləliklə,   pyesdə   səs 

tərkibi etibarilə eyni, mənaca tamamilə müxtəlif predmet, əlamət 

və hadisələri bildirən sözlər də müəyyən yer tutur. Belə sözlər 

arasında məna əlaqəsi ya hiss olunmur, yaxud da çox çətinliklə 

sezilir; ona görə də belə sözlər artıq çoxmənalı deyil, omonim 

hesab olunur.

Pyesdəki omonim sözlərin bir qismi çoxmənalılıq əsasında, bir 

qismi qohum olmayan sözlərin eyni şəklə düşməsi yolu ilə əmələ 

gəlmişdir.

Məlum   olduğu   üzrə,   bu   və   ya   digər   sözün   müxtəlif 

mənaları   öz   aralarında   müəyyən   bir   ümumilik   saxlayıb   əsas 

mənadan az-çox uzaqlaşsa da, əsas məna ətrafında  qruplaşırsa 

– biz sözün çoxmənalılığı ilə, ayrı-ayrı mənalar əsas mənadan 

daha   çox   uzaqlaşdıqda   və   onunla   əlaqəni   tamamilə   kəsərək 

yalnız   fonetik   tərkibcə   uyğunluq   saxladıqda   –   ononimliklə 

rastlaşırıq.

99

  Məsələn,   zahirən  



«…davada   qolunu   ha   belə 

qatlayıbsan ki, bəs qolum çolaq olub»

  (11) – cümləsindəki  

qol 


sözü   ilə  

«Mən   Nəcəf   bəy   Çaybasarski   qol   yazdım»

  (51)   – 

cümləsindəki 

qol

 sözləri arasında yaxınlıq, çoxmənalılıq duyulur. 



Əslində isə insan bədəninin bir üzvünü bildirən və imza mənası 

ifadə   edən   bu   sözlər   ayrı-ayrı     məfhumların   ifadəçiləri   olub, 

semantik əlaqəni kəsmiş və omonimləşmişlər. Pyesdə doğru və 

hamar yer, səhra mənalarında 

düz

 sözü də belədir.



99

 

.:  



Бах

.              . 

   

 



, 1947,


Р Б у д а г о в Слова и его значение изд ЛГУ

 

 .20.



сящ

149


Dildə tam və natamam mənalı sözlər də omonimlik təşkil 

edə   bilir.   Bu     hadisə   özünü   konversiya   şəklində   göstərir,   yəni 

müəyyən  bir   söz  öz  fonetik  tərkibini  dəyişmədən  müxtəlif   nitq 

hissələrinə daxil ola bilir. Doğrudur, nitq   hissələri yalnız leksik 

kateqoriya deyildir, lakin əsas və köməkçi nitq hissələri başlıca 

olaraq,   leksik   prinsip   üzrə   aparılmış   bölgü   olduğundan   bu   cür 

omonimlikdən də danışmaq mümkündür.

Pyesdə bəzi sözlərdən həm müstəqil mənalı leksik vahidlər, 

həm də köməkçi söz – ədat kimi istifadə edilmişdir. Məsələn, 

elə 


və 

qoy


 sözləri həm müstəqil nitq hissəsi (əvəzlik və fel), həm də 

ədat,  


yaxşı

  sözü   həm   sifət,   həm   də   ədat   kimi   işlənmişdir. 

Əslində,   omonimliyin   bu   yolu   da   çoxmənalılıqla   bağlıdır,   lakin 

burada səs tərkibi etibarilə eyni olan sözlərdən ədat olanlar öz 

leksik mənalarını  itirmiş  və onlarda   yalnız  qrammatik mənalar 

qalmışdır.

Pyesdəki   omonimlərin   çoxu   mənşəcə   müxtəlif   sözlərdən 

əmələ   gəlmişdir.   Belə   omonimlərin   dilimiz   üçün   qiymətli 

cəhətlərindən   biri   onların   əsasən   xalis   Azərbaycan   sözlərindən 

ibarət olmasıdır. Pyesin dilində təsadüf olunan bu cür omonim 

sözlərin əksəriyyəti qədim tarixə malik olub, leksik-qrammatik yol 

ilə əmələ gəlmişdir. Məsələn: 

ay

 (30 gün) – 



ay

! (nida), 

at

 (heyvan 



adı) –  

at(maq)


,  

qan


  (cisim) –  

qan(maq),

 

qıl


  (cisim) –  

qıl(maq)


dolu


  (buz dənəsi) –  

dolu  


(sifət),  

daş


  (cisim) –  

daş(maq)


,  

iç - 


iç(mək)

,  


yaz – yaz

(maq),  


yan

  (tərəf) –  

yan(maq)

,  


sarı

  (rəng) – 

sarı

 (tərəf), 



gül – gül(mək)

sağ



 (tərəf) – 

sağ


 (salamat) və s.

Mənşəcə müxtəlif sözlərdən ibarət olan omonimlərin bir qismi 

alınma  sözlərin köməyi ilə əmələ gəlmişdir. Bunları da  iki qrupa 

ayırmaq olar.

a) xalis Azərbaycan sözü ilə alınma sözün omonimliyi: 

barı 


(a. ədat) –  

barı


  (f. hasar),  

çay


  (a. axar su) –  

çay


  (çincə bitki 

adı), 


damaq 

(a. ağızda üzv) – 

damaq

 (f. kef) və s.



b) alınma sözlərin omonimliyi: 

divan


 (ə) – hökümət və cəza 

mənalarında,  

nişan

  (f) – orden və əsər-əlamət mənalarında və 



s.

100


100

  

 

 

 



   

   


 

.

Омонимлик пйесин дили цчцн о гядяр дя сяъиййяви дейилдир



150


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin