(Hələlik həyata keçirilməyib)
***
Özəlləşdirmə prosesində baş verən korrupsiyanın aradan
qaldırılmasıyla bağlı konseptual təklif
- Özəlləşdirmənin hazırkı normativ qiymətləri ilə real bazar qiyməti
arasında çox ciddi fərq vardır. Onsuzda özəlləşdirmə prosesində
Əmlak Məsələləri Dövlət Komitəsində sahibkarlardan alınan pullar real
bazar qiyməti ilə hesablanır. Amma, büdcəyə həmin vəsaitlərin 10-20
faizi ödənilir. Beləliklə milyonlarla vəsait büdcədən yayınır. Həm
özəlləşdirmə, həm də daşınmaz əmlakın reyesterinin aparılması
sahəsində olan korrupsiyanın qarşısı alınmalı, özəlləşdirmənin
normativ qiymətlərinə yenidən baxılmalı və həmin sahədən daxil olan
vəsaitin dövlət büdcəsinə yönəldilməsi tam təmin edilməlidir.
Dostları ilə paylaş: |