yaratmasını beynəlxalq səviyyəyə qaldırmaq təklifi
- Ermənistanın Azərbaycana şirin su məsələsində problem
yaratdığı beynəlxalq səviyyədə qaldırılsın. Həm də, Ermənistanının
dağ rayonlarımızı işğal edərək dağ çaylarını və meşələri dağıtmasını
da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün müraciət
hazırlansın. Bütün bunların fonunda Ermənistanla alternativ enerji
mənbələrinin mühafizəsi istiqamətində hansısa əməkdaşlıqdan söhbət
gedə bilməz.
***
Seçilmiş konseptual təkliflər:
Dilənçilərlə bağlı konseptual təklif
- Bakının siması günü gündən yaxşı mənada dəyişir, ölkəmizin
imici pozitiv mənada hər gün dəyişir. Amma, ölkənin əsasən mərkəzi
hissələrində çoxlu dilənçilərin olması sirr deyildir. Az qala sanki inzibati
ərazi bölgüsü ediblər, müşahidə etdikdə görürsən ki, hansı harada
yerləşir. Hesab edirəm ki, bunların hamısıda ehtiyac üzündən burada
olmurlar. Bəlkə belə bir təşəbbüslə Ombudsman Elmira xanım çıxış
edə ki, xüsusi kompların təşkil olunması ilə bunların orda müvəqqəti
yerləşdirilməsi, çeşidlənməsi təşkil olunsun. Əgər ehtiyacı olan
insanlar varsa, onları qocalar evlərinə, uşaqlar evlərinə , xəstəxanalara
yerləşdirilməsi təmin olunsun. Digər hissəsi isə bu məsələdən sui
istifadə edirlərsə, gərəyi olan tədbirlərin görülməsi ilə bu küçələrdən
yığışdırılmalıdır.
Dostları ilə paylaş: |