74
özəlləşdirmə prosesi daha ləng gedir və bir çox böyük
həcmli müəssisələr dövlətə
məxsus olaraq qalır və Azərbaycanın iqtisadiyyatında və cəmiyyətində aparıcı
rol oynamaqda davam edir (telekommunikasiya, neft, qaz, elektrik enerjisi,
nəqliyyat və bank işi). Korporativ idarəetmə və menecment Azərbaycanda
özəlləşdirmə prosesinin aparılması üsuluna görə zəifdir, xüsusilə ona görə ki,
üstünlük strateji
investisiya qoyuluşuna deyil, işçilər tərəfindən səhmlərin
alınmasına verilmişdir. Bu kimi təşkilatların korporativ idarəedilməsi bütün
iqtisadiyyatın səmərəliliyi və rəqabət üçün mühümdür.Yuxarıda qeyd olunduğu kimi,
sağlam korporativ idarəetmə sistemi investorların səhm bazarına etimadı
artıraraq,həm xarici həm də yerli investroların korporativ sektora investisiyaları
cəlb etməklə özəl sektorun inkişafına təkan verir.Bu məsələyə xüsusi diqqət
verilməlidir, çünki 2003-cü ildə Dünya Bankının yoxsulluğun aradan qaldırılması
strateji sənədində deyilir ki,Azərbaycanda korporativ
idarəetmənin zəifliyi qeyri-
neft korporativ sektorun davamlı inkişafına maneədir.Təkmilləşdirilmiş korporativ
idarəetmə Azərbaycanın iqtisadi inkişafına xidmət edecək.
Korporativ idarəetmənin biznes baxımından əhəmiyyəti,üstünlüklər barədə
ümumi məlumat.
Qabaqcıl korporativ idarəetmə prinsiplərini əsas tutaraq,
həmin prinsiplərin həyata
keçirilməsinin bir sıra üstünlüklərinə iki prizmadan baxmaq olar:
1) Səhmdarların prizmasından qabaqcıl korporativ idarəetmə prinsipləri
səhmdarların hüquqlarını qorumaq,şirkətin aktivlərinin qorunmasını təmin etmək
və nəticə etibarilə səhmdarların zənginliyini artırmaqdır.
2) Maraqlı tərəflərin prizmasından müəssisələrin maraqlarına ən çox maraqlı
tərəflərin arasında əməkdaşlığın qulluq etməsi idarəetmə strukturu tərəfindən
nəzərə
alınmalıdır.Müəssisənin
uzunmüddətli
müvəffəqiyyətində
əməkdaşlar,təchizatçılar və kreditorlar kimi maraqlı tərəflərin rolunun nəzərə
alınması müəssisələrin marağındadır.Bu baxımdan maraqlı tərəflər qabaqcıl
idarəetmənin
birbaşa
benefisiallarıdırlar.Şirkətlər
üçün
iqtisadi
dəyərin
75
yaradılmasında
birbaşa
rol
oynayan
qabaqcıl
korporativ
idarəetmənin
üstünlüklərinin əsas 4 kateqoriyasını aşağıdakılardır:
1) əməliyyat səmərəliliyinin artırılması
2) investisiyaların cəlb olunmasının asanlaşdırılması
3) cəlb olunan kapital üzrə xərclərin azaldılması
4) reputasiyanın formalaşdırılması
Əməliyyat səmərəliliyinin artırılması birbaşa qabaqcıl
korporativ idarəetmə
prinsiplərinin həyata keçirilməsindən alınan nəticələrdən biridir.Səmərəliliyin
artırılması və nəticədə mənfəət qazanma potensialının artırılması aşağıdakı amillər
hesabına əldə olunur:
a)Direktorlar şuraları tərəfindən daha yaxşı rəhbərlik,nəzarət və strateji
istiqamətləndirmə;
b)Qərar qəbulu prosesinin təkmilləşdirilməsinə gətirib çıxaran,şirkətin daxilində və
xaricində informasiya axınının təkmilləşdirilməsi;
c)Əməliyyat risklərini və məhkəmə çəkişmələrini azaldacaq daha yüksək
səviyyədə təələblərə riayət və cavabdehlik.
Korporativ idarəetmə həqiqətən şirkətlər üçün kapital bazarlarına çıxışını
asanlaşdıra bilər.Korporativ idarəetmə nöqteyi-nəzərindən yaxşı təşkil edilmiş
şirkətlər səhmdarların hüquqlarını pozmayaraq gəlir gətirmək imkanına
malik
olmaları ilə etibarlılıqlarını nümayiş etdirir və investisiyalar üçün yaxşı tərəfdaş
kimi qiymətləndirilirlər. Qabaqcıl korporativ idarəetmə məlumatların şəffaflığı və
asanlıqla əldə edilə bilməsi, səmərəliliyi, vaxtında verilməsi,
bütövlüyü və
dəqiqliyi prinsipinə əsaslanır.
Cəlb olunan kapital üzrə xərclərin azaldılması şirkətin dəyərinin artırılmasına
ekvivalent olması həm nəzəri,həm də təcrübi tədqiqatlar baxımından sübut
olunmuşdur.
Yaxşı
təşkil
olunmuş
korporativ
idarəetmə
şirkətin
nüfuzunun
yaxşılaşdırılmasına və qudvilin artırılmasına öz təsirini göstərir. Bütün maraqlı
tərəflərin hüquqlarını tanıyan və səffaflığı təmin edən şirkətlər daha çox
ictimaiyyətin etimadını qazanırlar. Şirkətin nüfuzu və imici onun aktivlərinin bir
76
hissəsidir. İctimai etimad və nüfuz şirkətə inamın artırılması və sonda hasilatın və
mənfəətin artırılması ilə nəticələnə bilər.
Bundan əlavə, şirkətin qiymətləndirməsində müsbət
imicin və qudvilin böyük
rol oynaması məlum bir faktdır. Maliyyə uçotu baxımından qudvil şirkətin alış
məbləğinin onun xalis aktivlərinin ədalətli dəyərindən artıq olan hissəsidir. Bu, bir
şirkət tərəfindən başqa şirkəti almaq üçün ödənilən əlavə məbləğdir.(23;6-12)
Dostları ilə paylaş: