Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   21   22   23   24   25   26   27   28   29
quliyeva elnara

 Tədqiqatın obyekti kimi Biznes infrastrukturunun müstəqil sahəsi olan 
korporativ idarəetmənin fəaliyyəti ilə məşğul olan biznes subyektləri seçilmişdir. 
Tədqiqatın predmetini biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi 
məsələlərinin inkişaf istiqamətlərini araşdırmaq təşkil edir. 


87 
 Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət 
Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye və Maliyyə Nazirliklərinin, Mərkəzi 
Bankın məlumatları təşkil edir. 
 Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 
nəzəri-metodoloji əsasları tədqiq edilib öyrənilmişdır; 
- korporativ idarəetmənin müasir vəziyyəti təhlil edilərək, inkişaf meylləri 
müəyyən edilmişdir; 
- aqrar istehlak və sənaye sektorlarında korporativ idarəetmənin tətbiqinin 
xarakterik xüsusiyyətləri aşkara çıxarılmışdır; 
- biznes fəaliyyətində korporativ idarəetmənin inkişaf perspektivləri tədqiq 
edilmişdir; 
- korporativ idarəetmənin inkişafında dünya təcrübəsi araşdırılmışdır;
- dövlətin inkişafında korporativ idarəetmənin rolunun artırılması imkanları 
aşkarlanmışdır. 
Tədqiqatın nəzəri və təcrübəvi əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti 
onunla müəyyən edilir ki, biznesin inkişafında korporativ idarəetmənin rolunun 
artırılmasına dair irəli sürülən təklif və tövsiyyələr “Biznesin əsasları”, “Biznesin 
təşkili və idarə edilməsi” və s. fənlərinin tədrisində, elmi-tədqiqat işlərinin 
yazılmasında istifadə oluna bilər. 
İşin təcrübəvi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqatın nəticələrindən 
gələcəkdə istifadə olunması biznesin fəaliyyətində korporativ idarəetmənin tətbiqi 
sahəsində mövcud olan problemlərin həllində köməklik edə bilər. 
“Biznesdə 
korporativ 
idarəetmənin 
təkmilləşdirilməsi 
məsələləri” 
mövzusunda tədqiqatın nəticəsi olaraq belə demək olar ki,k
orporativ idarəetmə
və şirkətlərin fəaliyyət nəticələri arasında müsbət asılılığı sübut edən bir sıra 
empirik tədqiqatlar mövcuddur. Bu tədqiqatların bəzilərinin çatışmazlıqlarına 
baxmayaraq (məs., seçim qrupunun az olması və ya göstəricilər arasında səbəb-
nəticə əlaqəsinin mövcudluğunu yoxlamaq imkanının olmaması və s.), 
ümumilikdə demək olar ki, qabaqcıl korporativ idarəetmə prinsiplərinin həyata 


88 
keçirilməsinin üstünlükləri məsrəfləri üstələyir.Həmçinin, üstünlükləri bir
məbləğlə ifadə etmək heç də həmişə asan olmur. Bu xüsusilə nüfuz riski, 
müflüsləşmə nəticəsində işçilərin iş yerlərini itirməsi riski və yaxud 
investorların sərmayələrinin itirilməsi riskləri nəzərə alınan zaman özünü birüzə 
verir.Ən ekstremal hallarda isə korporativ idarəetmə problemləri maliyyə 
bazarlarına inamın zəifləməsi və makroiqtisadi sabitliyin pozulmasına gətirib 
çıxara bilər.Korporativ idarəetmənin təkmilləşdirilməsi nəticəsində yaxşı 
nəticələr dərhal əldə edilmir.Bundan əlavə, korporativ idarəetmə birdəfəlik tədbir 
yox, davamlı bir prosesdir. Korporativ idarəetmə strukturların sayı və 
proseslərdən asılı olmayaraq vaxtaşırı yenidən nəzərdən keçirilməli və lazım 
olduqda təkmilləşdirilməlidir.İnvestorlar və ictimaiyyət ayrı-ayrı formal tədbirləri 
deyil , əslində şirkətlərin qabaqcıl korporativ idarəetməyə uzunmüddətli 
bağlılıqlarını dəyərləndirir.
Buna görə də şirkətlərin fəaliyyət göstərdikləri tənzimləyici və hüquqi mühit, 
ümumilikdə iqtisadi nəticələrin əldə edilməsi üçün əsas əhəmiyyət kəsb edir. 
Korporativ idarəetmə strukturu bütövlükdə iqtisadi fəaliyyətə və bazarın hərtərəfli 
inkişafına təsiri və bazar iştirakçılarına yaratdığı stimullar şəffaf və səmərəli 
bazarlann təşkili nəzərə alınmaqla qurulmalıdır.Korporativ idarəetmə şirkətlərin 
istiqamətləndirilməsı, nəzarəti işində struktur və prosesləri əhatə edir. Korporativ 
idarəetmə rəhbərlik, Müşahidə şurası, nəzarət paketinə sahib olan səhmdarlar, azlıq 
təşkil edən səhm sahibləri və digər maraqlı tərəflər arasında münasibətləri 
tənzimləyir. Yüksək səviyyədə təşkil edilmiş korporativ idarəetmə şirkətlərin 
fəaliyyətini genişləndirir, onların xarici kapitala çıxışını artırmaqla iqtisadiyyatın 
davamlı inkişafına kömək edir. İnkişaf edən ölkələrdə dövlət və elm adamlarının 
korporativ idarəetmə məsələlərində diqqəti əsasən, korporativ idarəetmənin 
şirkətlərin yerli və qlobal kapitala çıxış imkanının artırılmasında mümkün rolu 
üzərində cəmlənmişdir. Lakin kapitala çıxış zərurətindən asılı olmayaraq, 
korporativ idarəetmənin yaxşı təşkili daha məhsuldar fəaliyyətlə nəticələnir. 
İnkişaf etmiş idarəetmə strukturları və prosesləri şirkət daxilində qərarların qəbulu 
prosesini təkmilləşdirir, baş idarəetmə heyətin dəyişdirilməsi üçün effektiv 


89 
planlaşdırmanı təmin edir, fəaliyyət növündən və maliyyə mənbələrindən asılı 
olmayaraq şirkətlərin davamlı inkişaf imkanını artırır. İdarəedilməsi yaxşı təşkil 
olunmuş şirkət öz səhmdarları və digər maraqlı tərəflər (məsələn, əməkdaşlar, 
kreditorlar, müştərilər və geniş ictimaiyyət) qarşısında məsuliyyət daşıyır və 
şəffaflığı təmin edir. Nəticədə, korporativ idarəetmə nöqteyi- nəzərindən yaxşı 
təşkil edilmiş şirkət həmçinin, digər aspektlərdə, məsələn, ətraf mühit və sosial 
sahələrdə inkişaf etmək imkanına malikdir. Gənc demokratik ölkələrin (və onlara 
yardım səyləri göstərən qərbdəki yeni müttəfiqlərinin) əsas diqqətinin ən əvvəl 
dəyişikliklərin ictimai münasibətlərə aid olan aspektlərinə yönəldilməsi təəssüflər 
doğurur. Onlar özəl sektorun təşəkkülü məsələlərinə az diqqət ayırırlar. Mərkəzi və 
Şərqi Avropanın gənc demokratik dövlətləri öz iqtisadiyyatlarının mühüm 
hissəsinin özəlləşdirilməsi işində yaddaqalan uğurlara nail olub və hal-hazırda 
çoxmilli korporasiyaların əksəriyyətindən kapital oraya yönəlib. 
Bütün yuxarıda deyilənlər göstərir ki, gənc demokratik cəmiyyətlər 
korporasiyaların və onların quruluşunun problemlərinə Qərbdə bu sahədə 
toplanmış müsbət nəticələrdən istifadə edərək və bəlkə də, orada mövcud olan 
korporativ idarəetmə modellərini təkmilləşdirərək yaradıcı yanaşmalıdır. Gənc de- 
mokratik cəmiyyətlər öz korporativ idarəetmə sistemlərini yaratmağa başladıqları 
zaman onlar siyasi, iqtisadi azadlıqları təmin edən institutların yaradılması və 
möhkəmləndirilməsi yolu ilə irəliləyir. Həmin azadlıqlar isə bəşəriyyətin bütün 
tarixi boyu onun irəliyə inkişafının şahidi olmuşdur.
Qərb ölkələrinin iqtisadiyyatında korporativ idarəetmə qurumlarının 
yaranması və onların sonrakı təkamülü bazarın inkişafı proseslərində hər zaman 
reaksiya şəklində baş verib. İqtisadiyyatları keçid vəziyyətində olan ölkələrdə 
bazar «sıfırdan» başlayaraq qurulmalıdır. Roman Fridman və Ancey Rapaçinskinin 
göstərdiyi kimi, bu tələb «Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatının 
dəyişdirilməsinə ciddi sistem maneələri törədən təbii paradoksa gətirib çıxarır: öz-
özünə fəaliyyətdə olan bazara keçid prosesinin ən əsas ünsürü bazar qüvvələri ilə 


90 
yaradıla bilməz». Bazar mexanizmlərini hərəkətə gətirməyə kifayət qədər imkanı 
olan yeganə qüvvə elə bazar qüvvələrini devirməli olduğu qurum, dövlətin özüdür.
Qlobal təcrübədən də belə nəticəyə gəlmək olur ki, korporativ idarəetmə 
rəqabət mühitinin yüksək inkişaf etdiyi müəssisə və təşkilatlar üçün daha çox 
əhəmiyyət kəsb edir. Bu onların idarə qabiliyyətini çevikləşdirir, investisiya 
fəaliyyətini gücləndirir,həmçinin,maliyyə imkanlarını artırır. Dünya iqtisadiyyatına 
sürətlə inteqrasiya edən ölkələrdə yerli şirkətlərin beynəlxalq miqyasda rəqabət 
qabiliyyətliliyini artırmaq, idxalatçı ölkədən ixracatçı ölkəyə çevrilmək, ölkənin 
investisiya cəlbediciliyini artırmaq istiqamətində aparılan dövlət siyasətini daha 
səmərəli təşkil etmək məqsədilə korporativ idarəetmə institutları yaradılır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, respubilkamızda qeyri-neft 
sektorunun inkşafı üçün korporativ fəaliyyət vacibdir. Bunun üçün ən əlverişli və 
koporativ fəaliyyətə ehtiyacı olan sahə kənd təsərrüfatıdır. Hazırda ölkəmizdə kənd 
təsərrüfatı fərdi təsərrüfatçılıqdan ibarət olduğu üçün texnika – texnologiya, müasir 
üsullardan istifadə edilməsi mümkünsüzdür. Bu da kənd təsərrüfatının 
məhsuldarlığını aşağı salır və bu sektorun inkşafını ləngidir. Bunun üçün bu 
sektorda korporatv fəaliyyətin yaradılması məqsədə uyğun hesab edilir.
Bazar münasibətlərinin inkişafının indiki mərhələsində əmtəə istehsalçılarının 
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, onların fəaliyyət səmərəliliyinin 
artırılmasına əlverişli şərait yaradan kredit kooperativlərinin mahiyyəti və 
funksionallığını əks etdirən tədqiqatlar xüsusi ilə vacibdir. İnkişaf etməkdə olan bu 
korperativ təsisat forması çevikliyi və bazar tələbliyi ilə daha üstün mövqedə 
dayanır. Bu sahə digər sektorların da fəaliyyətinin güclənməsinə köməklik göstərir.
Çıxarılan nəticəyə əsasən ölkəmiz üçün aşağıdakı təklifləri verə bilərik:
● Korporativ idarəetmə fəaliyyətini təkmilləşdirmək üçün qərb təcrübəsindən 
istifadə etmək 
● Dünya bazarında müəssisələrimizin rəqabət qabiliyyətliliyini artırmaq üçün 
korporativ idarəetmə fəaliyyətindən istifadə etmək 


91 
● Korporariv idarəetmə fəaliyyətindən aqrar sektorda istifadə etmək 
● Digər 
fəaliyyət 
sahələrinin 
də 
inkşafını 
artırmaq 
üçün 
kredit 
korporativlərinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət dəstəyinin 
artırılması 
● Korporativ idarəetmə fəaliyyətinin mühümlülüyünü əhaliyə çatdırmaq üçün 
maarifləndirmə işlərinin görülməsi 
 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin