Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə164/205
tarix28.12.2016
ölçüsü2,57 Mb.
#3725
1   ...   160   161   162   163   164   165   166   167   ...   205
LĠVATIN
1
 
YASAQ OLUNMASI 
Livat
  cinsi  tәmin  olunmanın  qeyri-adi  üsulla  yerinә 
yetirilmәsidir.  Bu,  insan  tәbiәtinә,  instinktiv  meylinә 
ziddir.  Ilahi  peyğәmbәrlәr  (ә)  bu  çirkin  adәtә  qarĢı 
mübarizә  aparmıĢlar.  Quran  bir  neçә  ayәdә  Lut 
peyğәmbәrin (ә) qövmü haqqında söhbәt açır vә bu qeyri-
adi cinsi tәmin olunmanı pislәyәrәk qadağan edir. 
Birinci:  
“Doğrudanmı  siz  bəşər  övladından  yalnız  erkəklərlə 
yaxınlıq  edirsiniz?    Və  Rəbbinizin  sizin  üçün  yaratdığı 
qadınlarınızı  tərk  edirsiniz?  Siz  (günah  etməklə)  həddi 
aşan bir camaatsınız!"
2
  
 
Ġkinci:  
Bir  zaman o öz tayfasına demişdi: "Sizdən  əvvəl bəşər 
əhlindən  heç  kəsin  etmədiyi  həyasızlığı  (kişilər  arasında 
olan  cinsi  əlaqəni)  sizmi  edəcəksiniz?
  Siz  qadınları  atıb 
şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi 
aşmış bir tayfasınız!"
3
  
 
Birinci ayәdә bu  әmәlin rüsvayçı,  çirkin  әmәl  olmasını 
qeyd  etmәklә  yanaĢı,  buna  öncәki  ümmәtlәrdә  tәsadüf 
edilmәdiyini  vurğulayır.  Bu  mәlum  әmәlin  çirkinliyini 
daha da artırır. Çünki bu gün әsası qoyulan pis adәt sabah 
gәlәcәk nәsillәrә örnәk olacaq
4
.  
                                                 
1
 Ġslama görә bütövlükdә homoseksualizm vә elәcә dә cinsiyyәt 
pozğunluğunun digәr növlәri (sadizm, mazohizm, pedofiliya vә s.) qәti 
Ģәkildә yasaqdır. 
2
 
ġüәra, 165-166. 
3
 Әraf, 80-81. 
4
 ―Tәfsiri-nümunә‖, c. 6, sәh. 242. 


243 
 
Üçüncü:  
Lutu  da  (yad  et)!  Bir  zaman  o  öz  qövmünə  demişdi: 
"Doğrudanmı  siz  özünüzdən  əvvəl  aləmlərdən  (bəşər 
əhlindən,  ins  və  cindən)  heç  kəsin  etmədiyi  iyrənc  bir  işi 
görürsünüz?
1
  
 
Dördüncü:  
“Lutu  da  (peyğəmbər  göndərdik).  O  zaman  (Lut)  öz 
tayfasına  demişdi:  "Gözünüz  görə-görə  çirkin  işləmi 
məşğul  olursunuz?  (Etdiyiniz  əməlin  qəbahətini,  günahını 
başa düşə-düşə hələ də ona davam edirsiniz!) Siz qadınları 
qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? 
Həqiqətən, siz cahil bir tayfasınız!" (Lut) tayfasının cavabı 
yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki 
onlar  (bizim  gördüyümüz  işlərdən)  təmiz  qalmaq  istəyən 
insanlardır!" - deməkləri olmuşdu”
2

 
―خشدبف‖  [fahişə]  qәbahәtli  olduğu  aydın  olan  iĢlәrә 
deyilir. Burada mәqsәd 
 livat
dır. 
 
BeĢinci:  
Elçilərimiz  (mələklər)  Lutun  yanına  gəldikləri  zaman 
(tayfası  bu  gözəl  qonaqlara  bir  pislik  yetirər  deyə) 
əndişəyə  düşdü,  ürəyi  sıxıldı  və:  "Bu,  çox  çətin 
(başabəlalı)  bir  gündür!"  -  dedi.  (Qonaq  gəldiyini  bilən) 
tayfası  tələsik  (Lutun)  yanına  gəldi.  Onlar  (Lutun  yanına 
gəlməzdən  və  mələkləri  görməzdən)  əvvəl  də  pis  işlər 
görürdülər.  (Lut  onlara)  dedi:  "Ey  qövmüm!  Bunlar 
(balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır 
(onlardan  şəriətə  müvafiq  surətdə  istifadə  edin).  Onlar 
                                                 
1
 Әnkәbut, 28. 
2
 
Nәml, 54-56. 


244 
 
(nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan 
qorxun  və  (yaramaz  əməllərinizlə)  məni  qonaqların 
yanında  rüsvay  etməyin.  Məgər  aranızda  (sizə  yaxşı  işlər 
görməyi  əmr  edən, pis işləri  yasaq  edən) ağlı başında bir 
adam  yoxdur?"    Onlar  dedilər:  "Sənin  qızlarına  heç  bir 
rəğbətimiz  (və  ya  ehtiyacımız)  olmadığını,  şübhəsiz, 
bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"
1
  
Hәdislәrdә  bu hadisә  belә  anılır.  Hәzrәt  Lut (ә) tarlada 
iĢlәdiyi  zaman  yaraĢıqlı  gәnclәrin  ona  doğru  gәldiklәrini, 
qonağı  olmaq  istәdiklәrini  gördü.  O,  bir  tәrәfdәn 
qonaqpәrvәrlik  hislәrinin  çağırıĢına  sәs  vermәk  istәyir, 
digәr  tәrәfdәn  dә  yaraĢıqlı  gәnclәrin  cinsi  pozğunluğa 
aludә  olan  Ģәhәrә  girmәsinin  hansı  rüsvayçılıqlara  sәbәb 
ola bilәcәyini düĢünürdü. 
Altıncı:  Qәmәr  (34)  vә  Zariyat  (32-37)  surәlәrindә  dә 
Lutun (ә) qövmünün mәruz qalacağı әzabdan söhbәt açılır. 

Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin