7. Valideynlәrә sevgi göstәrmәk vә onun sağlam ailә
mühitindә tәsiri.
8. Hicab vә qadınların psixi sağlamlığı.
9. Axirәtә inam vә psixi sağlamlıq.
10. Namazın ruhi tәskinlikdә rolu.
11. Ailә qurmaq vә onun fәrdi-ictimai tәskinliyә
tәsiri vә s.
YEKUN
1
―Psixiatriya vә kiliniki psixologiya‖ jurnalından.
2
Bәqәrә, 153, 154; Ali-Ġmran, 200.
3
Әhzab, 3; Ali-Ġmran, 159.
4
Bәqәrә, 155.
5
―DüĢüncә vә davranıĢ‖ jurnalından.
255
Burada bir neçә mәqama aydınlıq gәtirmәk faydalıdır.
1. Quranın qeyd olunan Ģәfavericiliyi hәlә nazil olduğu
dönәmdә müĢahidә olunur vә ilahi kitab olduğunu
isbatlayırdı. Psixoloji biliklәr inkiĢaf etdikcә bu motivlәr
daha aydın olacaq.
2. Unutmaq lazım deyil ki, Quranın göstәriĢlәrinin
hikmәti psixi sağlamlığa göstәrdiyi müsbәt tәsirlәrlә
bitmir. Burada digәr (mәnәvi) amillәr dә mövcuddur. Bir
çox amillәr isә hәlә dә aĢkar olunmamıĢdır.
3. Quranın Ģәfavericiliyi, psixi sağlamlığa müsbәt tәsiri
onun elmi ecazkarlığını sübuta yetirmir. Çünki bu tәsirlәr
iki cürdür.
Birinci: Quranın ehtiva etdiyi dәyәrlәrin tәsiri. Bu
dәyәrlәr öncәki dinlәrdә dә mövcud olmuĢdur vә buna
görә dә möcüzә ola bilmәz.
Ġkinci: Qeyd edilәn tәsirlәr Quranın avazı ilә bağlıdır.
Yәni Quran oxuyanın xüsusi avazı vә ya Quranın özünә
mәxsus musiqisi xәstәlәrin müalicәsinә müsbәt tәsir
göstәrir vә onların ağrılarını azaldır. Fikrimizcә bu
Quranın әzәmәtini göstәrsә dә onun ecazkarlığına sübut
ola bilmәz. Çünki bu növ müsbәt tәsirlәr hәr bir musiqidә
müĢahidә olunur. Lakin Quranın bu növ tәsirinin
(mәnәviyyatla birgә olduğu üçün) daha çox olduğu iddia
olunarsa, bunun әtraflı vә dәqiq araĢdırmalara ehtiyacı
olduğunu bildirәrik.
4. Quranın fәrdi-ictimai psixikaya göstәrdiyi müsbәt
tәsirlәrin aĢkar olunması bizә Quranı daha yaxĢı
tanımaqda, psixi xәstәlәrin müalicәsindә istifadә etmәkdә
kömәk edir. BaĢqa sözlә desәk, bu istiqamәtdә aparılan
tәdqiqatlar mәnәvi keyfiyyәtlәri tәcrübi kәmiyyәt olaraq
insanların ixtiyarına verir vә ilahi vәhydәn istifadә etmәk
üçün yeni qapılar açır. Ümidvarıq ki, bu yeni baĢlanmıĢ
256
tәdqiqatlar davam etdirilәcәk, insanlar mәnәviyyata daha
çox maraq göstәrәcәklәr.
|