233
―Әslindә bu cümlә sonrakı cümlәnin - heyz halında olan
qadınlarla cinsi әlaqәnin yasaq olunmasının - sәbәbini
açıqlayır. Çünki bu vәziyyәtdә qadınlarla yaxınlıq etmәk
ikrah hissi oyatmaqla yanaĢı çoxlu ziyanlar da törәdir. Bu
gün artıq onun ziyanları sübuta yetirilmiĢdir. Buna misal
olaraq, kiĢi vә
qadının sonsuzluq (nәsil vermә
qabiliyyәtinin itirilmәsi), sifilis, süzәnәk vә s. zöhrәvi
xәstәliklәrin törәmәsi orqanizmin mikrob yığnağı olan
heyz qanının kiĢi cinsiyyәt orqanına daxil olması vә s.
göstәrmәk olar. Buna görә dә hәkimlәr heyz halında cinsi
әlaqәyә icazә vermirlәr‖
1
.
Alimlәrdәn biri yazır:
―Heyz vә elәcә dә doğum qanında orqanizmdә olan
digәr qanlarda olmayan mikroblar da mövcuddur.
Prinsipcә
kiĢi nütfәsi (yaxud nütfә tәrkibindәki
spermatozoidlәr) vә ya qadının yumurtalığı çox tәmiz vә
mikrobsuz olur. Orada yeni bir varlıq formalaĢacağı üçün
Allah oranı tәmiz yaratmıĢdır. Әgәr tәsadüfәn yumurtalığa
bir mikrob düĢәrsә spermatozoid özü onu mәhv edәrәk
sıradan çıxarır. Lakin heyz zamanı qan vasitәsi ilә çoxlu
sayda mikrob yumurtalığa keçir ki, onları sıradan çıxarmaq
spermatozoidlәrin qüdrәti xaricindәdir. Belәcә mikroblar
böyük qalibiyyәt qazanır vә nәticәdә döl nöqsanlı olur‖
2
.
Dostları ilə paylaş: