Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə107/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   103   104   105   106   107   108   109   110   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

113 



140. Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini 

(müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, 

ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.  

141. Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları 

müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və 

narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü 

haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!  

142. Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). 

Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-

aşkar düşməninizdir.  

143. (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və 

bir cüt keçi. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı 

(müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram 

buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə 

xəbər verin!"  

144. (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki 

erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları 

haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) 

şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı 

yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru 

yola salmaz!  

145. (Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü 

heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) 

günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər 

içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət 

qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, 

Allah ona cəza verməz)". Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!  

146. Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə 

və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, 

onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə 

cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!  

147. Əgər onlar səni yalançı hesab etsələr, de: "Rəbbiniz böyük mərhəmət sahibidir. 

Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin