Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
116
.
7
.
əl-Ə’raf
(Sədd) surəsi
(Məkkədə nazil olmuşdur, 206 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim, Sad.
2. Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və mö’minlərə öyüd-nəsihət vermək
üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində
bir sıxıntı olmasın!
3. Rəbbinizdən sizə nazil edilənə (Qur’ana) tabe olun. Allahı qoyub başqa dostlara
uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!
4. Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut
peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün
günorta çağı (istirahət edərkən) gəldi.
5. Əzabımıza düçar olduqları zaman onların: "Biz həqiqətən, zalım olmuşuq!" -
deməkdən başqa heç bir sözləri olmamışdır.
6. (Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları
barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də (dinimizi onlara təbliğ edib-
etməmələri haqqında) sorğu-sual edəcəyik.
7. Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı
Biz qaib deyildik (onların yanındaydıq).
Bizim email:
Dostları ilə paylaş: |