Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
18
etmədik)!" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini
bürümüşdü. (Ya Rəsulum!) Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə belə
əmr etməsi necə də pisdir!"
94. (Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. "Əgər (sizin iddianıza görə) Allah
yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz
(bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!" (Çünki Cənnətin yalnız
özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq
arzulayar).
95. (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları
tanıyandır!
96. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq
yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür
etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini
görəndir!
97. (Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur’anı) özündən
əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö’minlər üçün isə hidayət və müjdəçi olaraq
Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.
98. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə
düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.
99. (Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər
göndərdik, onları yalnız fasiqlər inkar edərlər.
100. (Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?!
Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.
101. Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə
kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın
həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına
arxa çevirdi.
102. (Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr
kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar
(bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa
öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş)
imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər.
|