Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
26
(qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət
olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
168. Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə
getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.
169. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi
deməyi əmr edər.
170. Onlara (bütpərəstlərə) : "Allahın göndərdiyinə (Qur’ana) tabe olun!" -deyildiyi
zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir
şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
171. Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara
(heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.
172. Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər
Allaha ibadət edirsinizsə, (bu ne’mətlərə görə) Ona şükür edin!
173. O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı
ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda
(başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə
qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah
bağışlayandır, mərhəmətlidir!
174. Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini)
gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq
oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz.
Onları şiddətli əzab gözləyir!
175. Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış
kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!
176. Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Qur’anı) haqq olaraq
göndərmişdir. Lakin kitab barəsində müxtəlif rə’ydə olanlar (onun hökmlərinin
bə’zisini qəbul, bə’zisini rədd edənlər, bə’zisini gizlədənlər, bə’zisini isə təhrif edib
dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.
177. Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən
ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba
(Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti
|